Bir xəstədə bir neçə katarakta növü ola bilərmi? [Katarakta: 9]

Müayinəyə xəstələr gəlir. Biz müayinə sırasında gördüklərimizi səsli olaraq bildiririk,  bizim qeydiyyatçı da yazır. Əlbəttə ki, bunları pasiyentlər də eşidir. 

Əsl mövzumuzun adı nədir? 

“Eyni xəstədə bir neçə katarakt növü ola bilərmi?”

Bəli, olar. 

Deməli, qeydiyyat… 

DAVAMI

Katarakta diaqnozu necə qoyulur [Katarakta: 8]

Kataraktanın əlamətləri haqqında əvvəlki yazımızda məlumat vermişdik. Yəni pasiyent şübhələnir bu əlamətlərdən, həkimə müraciət edir və növbəti etap: katarakta diaqnozu təsdiqlənməli və ya inkar olunmalıdır.

DAVAMI

Katarakta tək tərəfli, yoxsa ikitərəfli olur? [Katarakta: 7]

Praktikada da çox rast gəlirik.  Yaşılıq kataraktası əksər hallarda ikitərəfli olur. Amma şərt deyil. Yəni mütləq kataraktaiki tərəfdə olacaq deyə, bir qayda-qanun yoxdur. Təktərəfli də ola bilir. 

DAVAMI

Yaşa bağlı kataraktanın əlamətləri nələrdir? [Katarakta: 6]

Yaşa bağlı olan kataraktalar hansı əlamətlə özünü büruzə verir? 

Yəni kataraktanın əlamətləri nələrdir? 

Birincisi, görmənin keyfiyyətinin aşağı düşməsi. Yəni görmədə bulanmanın əmələ gəlməsi. Bu ümumi görmə sahəsində bulanıqlıq total, homogen bulanıqlıq şəklində də ola bilər və ya sektoral. 

DAVAMI

Kataraktanın növləri: Arxa Polyar Katarakta – APK [Katarakta: 5]

Kataraktanın növlərindən biri də qısaca APK dediyimiz Arxa Polar Kataraktadır. (Kataraktanın digər növləri: arxa subkapsulyar katarakta, kortikal katarakta, nuklear katarakta)

Arxa polar katarakta üçün, əslində, “çox yaş məhdudiyyəti yoxdur” deyim. 

Gənclərdə daha çox rast gəlinir, yaşlılarda daha az rast gəlinir. 

Arxa polyar katarakta zamanı konkret olaraq büllurun mərkəzində nöqtəvari bulanma baş verir. 

DAVAMI

Kataraktanın növləri: Nuklear Katarakt [Katarakta: 4]

Kataraktaların növlərindən biri də Nuklear kataraktadır. (Kataraktanın digər növləri: arxa subkapsulyar katarakta, kortikal katarakta, arxa polyar katarakta)

Nuklear katarakt daha çox yaşı yuxarı olan insanlarda rast gəlinir. Yəni yaşı yuxarı olan dediyimiz təxminən 50-55 yaşdan sonra. Çox nadir 40 yaşlarda da hiss oluna bilər. 

Erkən yaşlarda nə vaxt olur? 

DAVAMI

Kataraktanın növləri: Arxa Subkapsulyar Katarakta [Katarakta: 3]

Kataraktanın növləri mövzusunda ikincisi: Arxa subkapsulyar katarakta (APK).

Arxa subkapsulyar kataraktalar həm yaşla ortaya çıxan bir problemdir, həm də gənclərdə metabolizm pozğunluğunun nəticəsində ortaya çıxan bir problemdir. Arxa subkapsulyar kataraktalarda pasiyentlər görmə keyfiyyətinin çox qısa müddətdə zəiflədiyindən şikayət edirlər. 

DAVAMI

Katarakta nədir? [Katarakta: 1]

Katarakta mövzusunu seriya yazılar şəklində paylaşmağı əslində neçə vaxtdır planlaşdırırdım. Amma narahat idim, qorxurdum. Qorxumun da səbəbi: Katarakta o qədər geniş bir sahəni əhatə edir ki, o mövzunu necə yığıb-yığışdıracamı planlaşdıra bilmirdim. Amma yenə cürət elədim. Bir bismilah edək, bir bir nöqtədən başlayaq. Gedə bildiyimiz qədər bütün ən incə nöqtələrinə qədər insanları maraqlandıran bütün detallarına: əməliyyat öncəsi, əməliyyat sonrası ola biləcək, onların beynini narahat edən bütün mövzular haqqında detallı məlumat vermək istəyirəm. 

DAVAMI