Gündəlik praktikada çox rast gəlirik. Pasiyentlər zəng edir və ya müayinəyə gəlirlər: “Doktor, gözüm dəhşət ağrayır!” O “dəhşət ağrıyır” sözünü elə vurğulayaraq deyirlər ki?!
DAVAMIÇölə çıxanda gözlərin sulanması
Pasiyentlərin çoxunda belə şikayətlər olur: “Doktor, rahat olduğum yerdə, qapalı mühitlərdə, evdə gözümdə sulanma yoxdur, özümü rahat komfortlu hiss edirəm, amma çölə çıxanda gözüm sulanmağa başlayır. Niyə?”
DAVAMIYuxusuzluq gözdə hansı problemlər yaradır
“Yuxusuzluq, gözdə necə problemlər əmələ gətirər?” – kifayət qədər böyük bir mövzudur. Konkret olaraq “Yuxusuz qalanda gözümdə ağrı hiss edirəm və gözüm qızarır” şikayətinə görə bu mövzunu açdım.
DAVAMIToyuq korluğu və ya retinitis pigmentoza
El arasında”toyuq korluğu”, elmi adı “retinitis pigmentoza”. “Retinitis pigmentoza” nədir?
DAVAMIHəkimə getmədən özbaşına eynək taxmaq
Özbaşına eynək taxmaq – əslində, bu bizim qəbul edəcəyimiz bir mövzu deyil. Amma çox təəssüf ki, gündəlik praktikada rast gəlirik. Pasiyentlər:
davamı“Mən eynəkistifadə edirəm. Doktor, baxın görüm bu eynək doğrudur, yoxsa yox?”
Yuxusuzluqdan gözaltı torbalar olarmı?
Bəli, bəzən yuxusuzluqdan, gözaltı torbalanmalar da ola bilir. Səbəbi nəyə bağlıdır? Açığı, onun səbəbi haqqında tam dəqiq bir məlumat verə bilməyəcəyəm. Amma fikirlərimisizlə bölüşə bilərəm.
DAVAMIUşaqların pointerə (lazer işığına) baxması
Bu gün paylaşmaq istədiyim mövzu məni çox narahat edən mövzudur. Açığı bir neçə dəfə qarşılaşmışıq bu mövzu ilə və öz həm pasiyentlərin, gələnlərin içərisində, həm ətraf mühitimdə danışanda mümkün qədər bu mövzunun yayılmağını istəyirəm, amma səs olaraq, yəni bir nəfərə və ya məclislərdə bunu paylaşmaq fərqli, amma artıq sosial mediada, internetdə də paylaşmaq istədim ki, insanlara bu haqda məlumat verək. Çox ciddi bir mövzudur.
Elə keçən həftə qarşılaşdıq. Çoxdandan tanıdığım bir pasiyent, ailə. Uşaqlarını balaca vaxtında əməliyyat eləmişik. Zəng elədilər ki:
DAVAMIOptikada “Nömrəni çox yazıblar” dedilər
Bu gün danışanda ki, hansı mövzudan danışaq, Əflatun müəllim dedi ki:”Sizi nə narahat edir? Narahat edən mövzulardan.” O mövzulardan bir dənəsi haqqında danışmaq istəyirəm. Çox deyil, az da olsa olur, amma yenə də bu mövzu məni narahat edir.
DAVAMIMövsümi göz allergiyaları
Ən çox hal-hazırda rast gəldiyimiz suallar: “Doktor, gözüm çox qaşınır.” “Doktor, gözüm çox sulanır, gözüm çox qızarır. Nədən ola bilər? “
Xüsusilə də, martın ortalarına doğru sezon allergiyaları daha çox artmağa başlayır. Əvvəllər yanvar, fevral aylarında qriplərdən sonra qalıq olaraq göz əlamətləri özünü büruzə verirdi. Orada da yenə qaşınma, qızartı, sulanma, bir də əlavə ifrazat, çirk ifrazı. Bunlar daha çox qripin qalığı olaraq özünü göstərirdi. İndi hal-hazırdakı periodda isə bakterial və viral proseslərdən daha çox allergik proseslər özünü daha çox büruzə verməyə başlayır.
DAVAMIHər gözə “ağıllı linza” qoymaq olmaz
Trifokal linzalar. “Ağıllı linza” deyilir, əslində, düzdür, bu, el arasında artıq belə olub, “ağıllı linza” kimi tanınır, amma elmi adı onun “trifokal lenslər”dir. Yəni orada “smart”lıq, “ağıllı”lıq bir şey yoxdur silikonun xüsusi bir törəməsidir də, canlı bir materialdır. Orada içərisində bir mikrosxemi də yoxdur, prosessoru yoxdur, yəni biz ona “ağıllı” deyə bilmirik. Niyə isə belə başladı, trifokal lenslər.
Düzdür, əvvəllər bir neçə dəfə bu haqda yazılarımız olub. Amma demək ki, vaxt keçdikcə həm məlumatları yeniləmək baxımından, həm də insanların ehtiyaclarına uyğun olaraq bəzi mövzuları təkrarlama ehtiyacı doğa bilir.
Niyə bu mövzuda məlumat vermək istəyirəm? Trifokal lenslər niyə gündəmdədir?
DAVAMI