Torlu qişada incəlmələr və bu incəlmələrə nələr daxildir?
Qısa bir məlumat vermək istəyirəm. Əvvəlki yazılarda qeyd etmişdik ki, torlu qişalardakı incəlmələr ciddi patologiyalara, ciddi problemlərə gətirib çıxara bilər. Bu torlu qişa incəlmələri, nazikləşməsi deyəndə biz hansı nüansları, hansı xəstəlikləri nəzərdə tuturuq?
Ən birinci, ən çox geniş yayılmış Lattice Degenerasiyası, ondan sonra VRT dediyimiz Vitreoretinal Traksiyalar, ondan sonra White Without Pressure dediyimiz Təzyiqsiz Ağ, ondan sonra Snail Track dediyimiz İlbiz İzi və ən axırıncı, bunların içərisindən ən təhlükəlisi, əlbəttə ki, Torlu Qişada Dəliklər (Retinal Hole). Bu beş başlıq altında biz torlu qişa nazikləşmələrini müzakirə edəcəyik. Yəni torlu qişa nazikləşmələri deyəndə bu beş patologiyanı nəzərdə tuturuq.
Düzdür, bu patologiyaların hər birinin özünəməxsusluğu var. Amma yekunda hamısının həm qorunma yolları, həm də çıxış yolları ortaq olduğuna görə bunları, bu beş patologiyanı “Torlu qişanın incəlməsi” başlığı altında müzakirə edəcəyik.