Göz müayinəsi necə olmalıdır?

Sizcə necə olmalıdır göz müayinəsi?

Göz müayinəsinin komponentləri var: Bir var ümumi qəbul olunmuş müayinələr, bir də var spesifik müayinələr.

Ümumi qəbul olunmuş müayinələr

Xəstə nə şikayətlə gəlirsə gəlsin, bu müayinələr mütləq olunmalıdır.

  1. Gözün dərəcəsinin təyini
  2. Göz təzyiqinin təyini
  3. Çılpaq gözlə görmə itiliyi
  4. Korreksiya ilə (şüşələrlə) görmə itiliyi
  5. Biomikroskopik müayinə – Slit lamp müayinəsi
  6. Bəbək böyüdülməlidir
  7. Fundus müayinəsi – göz dibi müayinəsi – retina taraması

Bu müayinələr – yeddi dənə saydıq hər halda eləmi? Bu yeddi müayinə minimum olmalıdır. Bu müayinələrdən hər hansı birini olunmayan pasiyent “Mən göz müayinəsi oldum” deməməlidir, özünü aldatmamalıdır. Bəzən xəstə gəlir deyir ki, 

  • Hə doktor, müayinə olunmuşam.
  • Harada müayinə olunmusan?
  • Filan yerdə…

Amma baxırsan, o qədər nüanslar qaçırılıb ki?.. Gedir sadəcə görmə itiliyinə baxır, onu göz müayinəsi sayır. Və ya optikada gözün dərəcəsinə baxdırır… 

Misal üçün, bir pasiyentimiz var, adını da deyə bilərəm… Belə baxırsan, cavan oğlandır, ziyalı da adamdır… Gözündə problemi var, zəif görür. 3 ildir “həkimə gedirəm” anlayışı ilə optikaya gedir, sadəcə eynəyinin nömrəsini dəyişdirir. Və bu adamın içi rahatdır ki, “mən göz həkimində oluram, müayinə olunuram”. Gəlir, torlu qişası qopub, dəliklər olub… İki gözü də görmür… 

  • Müayinə olmurdunuzmu siz?
  • Doktor, mən müayinə olunurdum.
  • Bəs, heç indiyədək həkiminiz sizə problemin olduğu barədə məlumat vermədimi, siz mütəmadi müayinə olursunuzsa?
  • Yox, həkim heç məlumat vermir.

Bir az araşdırdım..

  • Harada müayinə elətdirdin, kim müayinə elədi?
  • Doktor, optikada müayinə elətdirirəm.

3 ildir bu adam, optikada eynəyini dəyişdirəndən dəyişdirənə bir müayinə olunur və özü üçün “göz müayinəsi olundum” fikrinə gəlir. Və çox təəssüf ki, cavan oğlan hal-hazırda çox böyük, çiddi problemlər yaşayır.

Ona görə də bu 7 müayinə bizim “olmazsa olmaz” müayinələrimizdir. Yəni, bunlardan hər hansı birini əksik eləmək, müayinə olunmamış sayılır. 

Bəzən xəst gəlir:

  • Ay doktor, sən Allah.. Tələsirəm, bir dənə “yaxın oçki” yaz gedim.. 

və ya 

  • Doktor mənim bir dənə gözüm qızarıb… Neyliyirsən ee.. Lazım deyil. Mənim o qədər vaxtım yoxdur!

İnana bilməzsiniz… Təkcə bu sözü deyən insanlarda o qədər problemlər aşikar olunub ki!? Yəni, düşünün… Qlaukoması olan insanlar olub bunların içərisində… Kataraktası olan insanlar olub… Torlu qişasında dəlik, torlu qişanın qopması… Hətta, onkoloji xəstəliyi olan – göz onkoloji problemləri olan xəstələr belə aşikar olunub.

Ona görə də, bəlkə də vəzifələrimdən biri budur,  insanlara çatdırmaq ki, “Göz müayinəsi çox ciddi bir müayinədir, ona dırnaqarası baxmayın!” Həm pasiyentlər üçün bu fikri deyirəm, həm də həkimlərimiz üçün deyirəm. Çünkü bəzi həkimlərimiz çox təəssüf ki, ya əllərində texniki imkanlar az olur və ya, bilmirəm, baxış bucaqları bir az fərqlidir…  

Yəni, bu 7 müayinə olmadan “Göz müayinəsi olundum”, “Göz müayinəsi etdim” deyilməməlidir.

Spesifik müyaniələr

Hə… Bu müayinələrin hər hansı birində kənarçıxmalar olarsa, bundan sonra spesifik müayinələr gəlir. Spesifik müayinələrin də, ağlınız almayacaq qədər növləri çoxdur, onları bir-bir sadalamayacağam. Gələcəkdə əgər imkan olarsa, xəstəlikbəxəstəlik – əgər təzyiq çox çıxarsa nə olacaq, alqoritmi nədir, hansı yol izlənməlidir? Və ya görmə korreksiya olunmursa… Mənfi 3 göstərir aparat, amma yenə də xəstənin görmə faizi maksimal dərəcədə yüksəyə qalxmırsa… Bunların hamısı fərqli-fərqli mövzulardır. Alqoritmləri var onların hamısının özünə görə… O alqoritm izlənməlidir, o yol xəritəsi izlənməlidir doğru nəticəyə çatmaq üçün.

19 thoughts on “Göz müayinəsi necə olmalıdır?”

  1. Salam Deyerli insan ve Gözel Hekim size çox çox minnetdaram
    Kaş getdiyim her hekim insani sizin kimi qarşilaya ve en gözel şekilde mualice ede size halaldi ne yazsam azdir tam semimi deyirem Allahsizi ve yaxşilari qorusun

  2. Befadar Hocam zaten eğtiminin çoğunu Türkiyede tamamladiğı ve gelişdirdigini göz önünde bulundurursak bu özeliklerine birde güzel kalbini eklersek. Ne dene bilir ki Allah razi olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir