vrt vitroretinal traksiyalar

Torlu qişa incəlmələri: VRT

“Torlu qişada incəlmələr” başlığı altında ikinci patologiyamız VRT – Vitreoretinal Traksiyalar mövzusunu müzakirə edəcəyik. 

Vitreoretinal Traksiyalar da torlu qişanın qopması ilə nəticələnə biləcək bir patologiyadır. Torlu qişa incəlmələrinə daxildir.

Vitreoretinal Traksiyalar nədir?

Torlu qişamız stabil bir toxumadır, amma şüşəyəbənzər cisim jelevari bir toxumadır, həlməşik bir toxumadır. Gözümüzü oynatdığımız zaman şüşəyəbənzər cisim yırğalanır, hərəkət edir. Normalda torlu qişa ilə şüşəyəbənzər cisim qonşudurlar. Amma şüşəyəbənzər cisim torlu qişaya yapışmamalıdır. Çünki bu hərəkət edir. Əgər yapışıqlıq olarsa, hər hansı bir səbəbdən o yapışığlıq sahəsində şüşəyəbənzər cisim torlu qişanı oynadır, oynadır, həmin hissədə nekrotik toxuma əmələ gətirir, həmin hissədə retina qidalanması pozulur, hüceyrələr zədələnir və hüceyrələrin bir qismi ölür. Nekrotik toxuma bir müddətdən sonra retinada dəlinməyə gətirib çıxardır. Yəni torlu qişada yenə dəlik əmələ gəlir. Dəlik nəticəsində də gözün içindəki maye həmin o dəlik hissədən torlu qişanın arxasına keçir, torlu qişanın qopmasına, korluqla nəticələnə biləcək bir patologiyaya gətirib çıxarır. 

VRT niyə əmələ gəlir?

Vitreoretinal Traksiyalar niyə əmələ gəlir? 

Əsas səbəbləri bilinmir, amma bizim saydığımız bir neçə variantlardır. Variantlardan bir dənəsi ən çox rast gəldiyimiz travmaya bağlı əmələ gələn yapışıqlıqlardır. İkincisi, xroniki iltihabı proseslər gedən xəstələrdə pnevmoni olan xəstələrdə, tez-tez qrip olan insanlarda və yaxud da ki, iltihab ocaqları və orqanizmin fərqli yerlərində bir neçə iltihab ocağı olan xəstələrdə yüksək dərəcə mioplarda bu kimi hadisələr, yəni şüşəyəbənzər cisimlə retina arasında bitişmələr əmələ gəlir və belə bir patologiyalara gətirib çıxarda bilir. 

VRT müalicəsi necə aparılır?

VRT olan hallarda da yenə də biz şüşəyəbənzər cisimin çəkintisi ilə, torlu qişa ilə çəkinti arasındakı münasibətə baxıb qərar veririk. Əgər başlanğıc hallardırsa, lazer tövsiyə etmirik, sadəcə müşahidədə saxlamağı planlaşdırırıq. Amma yox, ciddi bir yapışıqlıq və hətta qaldırma – nekrotik toxuma varsa, torlu qişanın rəngi dəyişibsə, o zaman həmin sahənin daha təhlükəsizləşdirilməsi üçün profilaktik lazer fotokoaqulyasiyasını tövsiyə edirik və ya icra edirik.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir