“Torlu qişada incəlmələr” və bu başlıq altında növbəti patologiyamız “Snail Track” – İlbiz İzi.
İlbiz İzi də torlu qişada müşahidə olunan incəlmələr qrupundan olan bir patologiyadır. Torlu qişanın nazikləşməsi ilə özünü göstərir. Konkret səbəbi bəlli deyil. Əksər hallarda irsi olaraq bəzi retinalar normadan nazik olur və həmin hissələrdə torlu qişada incəlmələr baş verir.
Bu “Snail Track” olan xəstələr qeyd etdiyim kimi, bir neçə ailəmiz var, baxırsan, bir nəfərdə oldu, sonra onun xalası qızında da müşahidə elədik, sonra qardaşı gəlir, qardaşında da müşahidə etdik. Sonra atası gəldi məlum oldu, atada da var. Yəni buna dayanıb deyirəm daha çox retinadakı irsi dəyişikliklərə aid olur.
Snail Track daha öncə sadaladığımız Lattice Degenerasiyası və Vitreoretinal Traksiyalara nisbətən daha az torlu qişa dəlinmələri və yırtılmaları ilə müşahidə olunur. Amma Təzyiqsiz Ağ xəstəliyinə nisbətən daha təhlükəlidir. Yəni əvvəlki videoda qeyd etmişdik, əgər Təzyiqsiz Ağ patologiyası ilə qarşılaşsaq, müşahidəyə üstünlük veririk, lazer koaqulyasiya etmirik, amma Snail Track olan hallarda bir az daha ciddi müşahidələr, bəzi hallarda da xəstənin ümumi vəziyyəti, gözünün yüksək dərəcədə miop olub-olmadığı, başqa bir patologiya xəstəliyinin olub-olmadığı, idmançı olub-olmadığı – bunları nəzərə alıb, hətta lazer koqulyasiya tövsiyə də edirik. Yəni “Snail Track”lər bir az daha torlu qişanın qopmağına gətirib çıxaracaq patologiyalara başlanğıc təşkil edə bilir. Ona görəbelə hallarda tövsiyəmiz imkan daxilində lazer fotokoaqulyasiya ilə bir az daha gözü təhlükəsiz hala gətirib çıxartmaq.