Göz müayinəsi öncəsi hazırlıq

Pasiyentlərin müayinəyə gələrkən nələrə diqqət etmələrini istəyərik? 

Şəxsiyyət vəsiqəsi bizim üçün önəmlidir

Birincisi, şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələrini çox xahiş eləyərdik. Daha sonra: “Doktor, mən arayış istəyirəm, Epikriz istəyirəm, çıxarış istəyirəm”… Orada artıq şəxsiyyət vəsiqəsi olmadan bu sənədlər verilə bilmir və ya qrafada qoyulur: “Şəxsiyyət vəsiqəsi təqdim olmadan”, yəni identifikasiya aparılmadan verilən məlumatdır. 

Göz damcılarınızı da gətirin

Daha öncələr istifadə etdikləri göz damcıları va ya hər hansı bir başqa damcıları varsa, onları istifadə edirlər və özləri ilə götürüb gəlirlər. 

Yenə əvvəllər həkim müayinəsində olublarsa və müayinəyə aid əllərində hər hansı bir məlumat varsa, o məlumatı özləri ilə götürüb gəlirlər.

Kontakt linza istifadə etməyin

Kontakt linza istifadə edən insandırsa, müayinəyə gələndə, kontakt linza istifadə etmir. Və ya bəziləri var ki işdən gəlirlər. Əgər elədirsə, mütləq konteynerlərini də özləri ilə gətirirlər. 

Ümumiyyətlə, bir mötərizə açım: doğru məlumat əldə etmək üçün ən azı bir həftə yumşaq kontakt linza istifadəsindən sonra müayinə aparmaq doğrudur. Yəni yumşaq kontakt linza istifadə edən insanlar, müayinəyə gəlmədən bir həftə öncə kontakt linzalarını çıxarmalıdırlar. Sərt linza istifadə edənlər müayinədən 4 həftə öncədən linzalarını istifadə etməməlidirlər, eynəklərinə keçməlidirlər. 

Xanımlar üçün

İmkan daxilində kosmetik vasitələrdən istifadə etmədən, Göz və göz ətrafında kosmetik vasitələrdən istifadə etmədən müayinəyə gəlmələrini rica edirik. 

Müayinə orta hesabla saat yarım vaxt alır, işlərini ona görə planlamalarını istəyərik. 

Bir yaxınızla gəlin

Bəbək əksər hallarda böyümüş olduğuna görə, günə çıxdıqda, gözdə qamaşma olur və çox dumanlı görürlər. Hətta pasiyent əvvəllərdən zəif görən insandırsa, bəbək böyüdükdən sonra, görmələrində çox problem olur. Hətta evə getməkdə əziyyət çəkirlər və avtomobil idarə edənlər daha çox əziyyət çəkir. Ona görə müayinəyə gələnlər yaxşı olar ki, yanlarında bir yaxınları ilə bərabər gəlsinlər. Avtomobil idarə edənlər, yenə yaxşı olar ki yanlarında avtomobili idarə edəcək başqa bir nəfərlə gəlsinlər. 

Günəş eynəyinizi də gətirin

Özləri ilə günəş eynəyi gətirmələrini istəyərik. Çünki gen bəbəkdə günəş eynəyi taxınca nisbətən daha rahat olur. Bəzi hallarda, bəli, pasiyent tək gəlmiş olur və ya avtomobili ancaq o özü idarə edə bilir deyə, məcbur biz onları müayinədən sonra saxlayıb, dərman töküb, bəbəyi bir az daraldıb, günəş eynəklərini taxdırıb ondan sonra yola salırıq. Amma ən yaxşısı, özünüzü riskə atmamaq üçün gələrkən, mütləq özləri ilə bərabər, xəstə yaxını, yəni yaxınları ilə gəlmələrini istəyərik. 

Həmin günü dərman tökmüş olduğumuza görə 4-6 saat bəbəklər gen qalır və detallı işlər görülə bilmir. İnsan müayinəyə gəldi, “Müayinədən çıxıb gedib filan işlərim var, o işlərimi görəcəyəm.” Görə bilməyəcəklər, əziyyət çəkəcəklər. Ona görə müayinə günü əlavə bir detallı iş təyin etmələrini tövsiyə etmirik. 

Bunun xaricində müayinə ağrısız bir prosesdir və dediyim kimi orda hesabla bir insanın gününün yarısını alır, həm müayinə prosesi, həm də müayinədən sonrakı toparlanma prosesi. Pasiyentlərin bunu nəzərə almalarını istəyərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir