lattice degenerasiyası

Lattice degenerasiyası

Əvvəlki yazıda qeyd etmişdik, “Torlu qişa incəlməsi” adı altında 5 patologiyanı biz danışacağıq. Bunlardan ən geniş yayılmış Lattice Degenerasiyasıdır. 

Lattice Degenerasiyası əksər hallarda yüksək dərəcə miopiyası olan insanlarda torlu qişanın ekstrim perifirində rast gəlinir. Yəni çətin müayinə olunan, bəbəyə ən yaxın olan hissədə, yəni qaranlıq hissəsində olan patologiyadır. 

Bariz torlu qişada incəlmə gedir və bu incəlmə zamanla daha da dərinləşir. Həmin incələn sahədə bəzən şüşəyəbənzər cismə yapışıqlıqlar olur və ya torlu qişada dəlik və ya yırtıq əmələ gəlir. Torlu qişanın rupturu. 

Nazikləşmə əslində özü o qədər ciddi patologiya deyil. Amma nazikləşmənin nəticəsində torlu qişanın dəlinməsi və ya yırtılması nəticəsində torlu qişa qopur. Yəni digər sahələrdən dəlik əmələ gəlmə ehtimalı daha azdır, nəinki nazikləşmiş sahədə. Yəni Lattice Degenerasiyası olan sahədə. Ona görə Lattice Degenerasiyası gördüyümüz hallarda əgər daha erkən dövrlərdirsə və şüşəyəbənzər cisimdə bir çəkinti yoxdursa, yəni yapışıqlıq və dartma yoxdursa, o zaman bir az daha müşahidə altında saxlayırıq. Pasiyentlərə ciddi təlimatlar veririk. Ən geci 6 aydan bir müayinə ilə nəzarətdə olmaq şərti ilə xəstəni yola salırıq. 

Amma çəkinti varsa və hətta dəlinməyə meyillik varsa, o zaman Lattice Degenerasiyasının ətrafı profilaktik olaraq Baryer Lazer Fotokoaqulyasiya olunur və bununla da biz problemi bir az daha təhlükəsizləşdirmiş oluruq. Yəni xəstəni bir az daha təhlükəli haldan çıxartmış oluruq.

One thought on “Lattice degenerasiyası”

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir