tezyiqsiz-ag wwp white without pressure

Torlu qişa incəlmələri: WWP

“Torlu qişa incəlmələri” başlığı altında növbəti patologiyamız White Without Pressure – Təzyiqsiz Ağ dediyimiz bir patologiya.

Bu da torlu qişanın nazikləşməsinin, incəlməsinin bir növüdür. Amma daha öncəki yazılarımızda da qeyd etdik, sadaladığımız həm Lattice Degenerasiyası olsun, həm Vitreoretinal Traksiyaları olsun, onlar qədər çox da təhlükəli olmayan patologiyadır. White Without Pressure altında da torlu qişada qopmağa gətirib çıxardan səbəblər olur, amma Lattice Degenerasiyası və ya VRT-lərin 80-90 faizi yırtılma və dəlinmə ilə nəticələnirsə “White Without Pressure”lərin bəlkə də, 10-15 faizi yırtılma və ya dəlinməyə gətirib çıxarda bilər. 

Təzyiqsiz Ağ ilə müşahidə olunan retinalarda əksər hallarda ciddi nəzarət tövsiyə edirik. Yəni belə mənzərə ilə qarşılaşdığımız zaman ciddi incəlmə yoxdursa, profilaktik lazer fotokoaqulyasiya tövsiyə etmirik. Sadəcə ciddi nəzarət və profilaktik tədbirlər. Bütün bu beş patologiyanın hamısının profilaktik tədbiri eyni olduğuna görə o profilaktik tədbirin hamısı haqqında başqa bir yazıda məlumat verəcəyik.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir