torlu qişada delikler

Torlu qişa incəlmələri: Retinal Hole

“Torlu qişa nazikləşmələri”nə aid olan patologiyalardan ən risklilərindən bir dənəsi Torlu Qişada Dəliklər (Retinal Hole).

Torlu qişa dəlikləri əksər hallarda əvvəlcədən sadaladığımız digər patologiyaların nəticəsində ortaya çıxan bir hal olur. Yəni Lattice Degenerasiyası ola bilər, Snail Track ola bilər, White Without Pressure ola bilər, VRT nəticəsində ortaya çıxa bilən dəliklər ola bilər, bəzən də tamamən müstəqil, baxırsan torlu qişada dəlik var, amma ətrafında bu sadaladığımız incəlmələrin, yəni kombinə olunmuş incəlmələrin heç biri yoxdur. Yəni sadəcə özü tək bir patologiya olaraq “simple” bir patologiya olaraq ortaya çıxa bilir.

Bu daha öncə sadaladığımız dörd incəlmə patologiyalarının ən təhlükəlilərindəndir. Bunun daha üstündəki təhlükəlimiz At Nalı Yırtığıdır. Onun bir altındakı torlu qişa “hole”larıdır. 

Əvvəlki yazılarda qeyd etmişdik, digər incəlmələrin nəticəsindən dəlik əmələ gəlir və dəlik əmələ gəldiyinə görə gözün içindəki maye torlu qişanın arxasına keçib, torlu qişanın qopmağına gətirib çıxardır. Dəliliklər, artıq məlumdur ki, torlu qişanın tamlığı pozulub. Artıq gözün daxili ilə torlu qişanın arxası arasında artıq bir yol var, keçid var. Yəni gözün içindəki maye asanlıqla torlu qişanın arxasına keçib torlu qışanı qoparda bilər. Torlu qişa da bizim işığı qavrayan toxumamız olduğuna görə torlu qişanı qorumalıyıq. Torlu qişanın qopmağı çox ciddi nəticələrə, yəni korluqla nəticələnə biləcək problemlərə gətirib çıxarda bilər. 

Biz torlu qişada dəlik gördükmü, mütləq zaman itirmədən torlu qişanın ətrafının lazerlə bərkidilməsini əmr edirik. Çünki az öncəsaydığım hallarda, tutaq, Lattice Degenerasiyasıdır və yaxud da ki, VRT-dir və yaxud da ki, “Snail Track”dir, bunlarda tövsiyə edirik: “İmkan daxilində çox uzatmayın, torlu qişanı bərkidin. Gələcəkdə problemlərimiz qabarmasın və torlu qişanın qopması ilə qarşılaşmayaq.” Amma torlu qişada dəlik oldumu vəziyyət tamamilə dəyişir.

Hətta bəzi hallar olur ki, artıq dəliyin ağzı qalxmış olur. Yəni o deməkdir ki, artıq maye dəliyin altından keçib. Yəni bu zaman itirmədən bir neçə gün içərisində artıq, hətta bir neçə həftənin içərisində artıq torlu qişanın qopmasına gətirib çıxardacaq deməkdir. Belə xəstələri imkan daxilində, əgər anlaşa bildiyimiz xəstələrdirsə, biz bir-birimizi düzgün başa düşürüksə, müayinə günü belə artıq lazerlə koaqulasiyasını edib, yəni torlu qişanı daha təhlükəsiz hala salıb ondan sonra göndəririk. 

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir