“Əməliyyat yaxşı bir şey olsa idi, həkimlər özləri əməliyyat olardılar.”

Niyə bu mövzuya toxunmaq istədim? Çünki son zamanlar xəstələrdən bu mövzu ilə əlaqədar fikirlər çox ortaya çıxdı və buna görə də bu mövzuya mən də öz fikrimi bildirmək istəyirəm.

Pasiyentlər: “Doktor, elə əməliyyat yaxşı olsa idi, həkimlər özləri əməliyyat olardılar. Çünki, biz görürük bəzi həkimlər var ki, hələ də özü eynəkdə davam edir” və ya “Bəzi məşhurlar var ki, onlar hələ də eynəkdə davam edirlər. Əməliyyat doğurdan da risksiz, təhlükəsiz olsa idi, onlar əməliyyat olardılar”.

“Əməliyyat yaxşı bir şey olsa idi, həkimlər özləri əməliyyat olardılar.” oxumağa davam et

Makiyajın gözə mənfi təsiri varmı?

Bəri başdan deyim ki, qaydasına uyğun məhsulları, qaydasına uyğun şəkildə istifadə edəriksə, heç bir problem yaşamarıq. 

Yəni əgər keyfiyyətli məhsuldursa bu məhsul, onsuz da, bütün dermatoloji testlərdən keçmiş olur və istifadə qaydası da hər kəs üçün məlumdur. Qaydasına uyğun istifadə edəriksə, heç bir problemlə qarşılaşmarıq. 

Makiyajın gözə mənfi təsiri varmı? oxumağa davam et

“Ağıllı lenslər” – trifokal lenslər üçün ideal pasiyent

Əgər belə bir qruplaşdırma olsa…

Birinci: xəstənin yaşının 40-ın üstündə olmağı. 

İkinci: xəstənin daha öncədən hər hansı bir refraktiv qüsurunun olmağı. Yəni, pasiyent daha öncədən də zəif görürdü və eynək istifadə edirdi.

DAVAMI

Zəifgörmə əməliyyatları

Zəifgörmə əməliyyatları 1956-cı ildən başlayaraq istifadə olunmağa başlayıb və hazırda on illərdir ki, tətbiq olunur.

Zəifgörmə əməliyyatları 3 ana qrupa bölünür:

Zəifgörmə əməliyyatları oxumağa davam et

Qlaukoma nədir?

Mövzumuz qlaukoma. Qlaukomaya el arasında qara su deyilir və nəzarətsiz qalanda doğrudan da çox ciddi problemlər çıxarır.
Bəs niyə Qara su deyilir? Qara suya da xəstəlik çox pisləşəndə artıq gözün təzyiqi o qədər qalxır ki, bəbək həddindən artıq genəlmiş olur və qara rəngdə görsənir gözün içərisi.

Qlaukoma nədir? oxumağa davam et

Katarakta diaqnozu

Əvvəlki mövzularımızdan biri kataraktanın (mirvari suyu) nə olduğu  ilə bağlı olmuşdu. İndi isə mirvari suyu ilə bağlı diaqnoz qoyularsa, nə etməli olduğumuzla bağlı danışmışam. İzləməyi və suallarınız qeyd etməyi unutmayın. 

Katarakta diaqnozu qoyuldu, nə etməliyəm?

Həkimlə pasiyentlərin arasında müsbət bir körpü, yəni dostluq körpüsünün olmağı önəmlidir. Yəni pasiyentlər problemlərini həkimlərlə danışaraq həll etsinlər, həkimlər xaricində deyil. Yəni məhlədə, qonşuda, qohumda həkim olmayan, işini bilməyən, hətta həkim olub, amma o ixtisas sahibi olmayan insanlarla işlərini, problemlərini müzakirə edib həll etməyə çalışmasınlar. Öz həkimləri ilə ünsiyyətdə olsunlar, həkimlə bir yerdə qərar versinlər.

Katarakta diaqnozu oxumağa davam et

Tənbəl gözün müalicə üsulları

Əgər hər hansı bir refraktiv qüsurdan və ya şüakeçirici mühitlərin şəffalığının pozulması nəticəsində əmələ gələ tənbəllikdirsə, belə tənbəlliyin müalicəsində sağlam gözün okkuluziyası, yəni qapanması metodu mövcuddur. Biz yaxşı görən gözü gündə bir neçə müddət yenə də tənbəlliyin dərəcəsi, xəstənin yaşı və gözün dərəcəsi, refraksiyası – bunları nəzərə alıb bir müddət təyin edirik. Təxminən 20 dəqiqəmi olsun, yarım saatmı olsun, 2 saatmı olsun, 4 saatmı olsun? Bu qapama müddətində nə olacaq?

Tənbəl gözün müalicə üsulları oxumağa davam et

Katarakta əməliyyatı vaxtı implantasiya olunan linzaların fərqi

Linzaların nə fərqi var? Ümumiyyətlə, əməliyyatın gedişatı haqqında… 

Katarakta nə idi? Gözümüzün daxilində müxtəlif məsafələrdə aydın görməyi təmin etməkdən ötrü billur var. O billur şəffafdır. hər hansı bir səbəbdən şəffaflığı itdi, bulandı. Görməmizin keyfiyyəti aşağı düşdü. O zaman biz əməliyyatı icra edirik. 

Əməliyyatın mahiyyəti: bulanmış billur götürülür, yerinə təzə billur qoyulur. Bulanmış billur götürüldükdən sonra yerinə billur qoyulmazsa, yəni linza implantasiya olunmazsa, əməliyyatdan sonra xəstə görməsi ancaq belə göz önündə barmaq sayar. Yəni 3 metr, 5 metr, 10 metr görə bilməz. 

Katarakta əməliyyatı vaxtı implantasiya olunan linzaların fərqi oxumağa davam et