Yaşadığımız yerlərdə və ya işlədiyimiz yerlərdə təbii işıqlanma ilə yanaşı süni işıqlanma istifadə olunur.
DAVAMITrifokal təcrübəm
Trifokallar 2011-ci ildən bizim təcrübəmizə girdi. Amma 2007-ci ildən biz trifokal öncəsi nəsil – bifokal, o vaxtlar onun ismi multifokal olaraq gedirdi… Yaxın və uzaq məsafəni aydın göstərirdi, orta məsafədə görüntü dumanlı idi.
davamıİnternet mənbələrinə nə qədər güvənmək olar?
Necə ki, real həyatda çoxlu məlumatlar var… Məncə, real həyatın, bəlkə də, bir kopyası virtual həyatdır – internet. Orada da hər cürə mənbə var, hər cürə məlumat var.
Necə ki, real həyatda məlumatları dəqiqləşdirməmiş bəzi insanlar ağlına gələni danışır, hər halda virtual aləmdə də eyni insanlar var, onlar da məlumatları mənbəyindən dəqiqləşdirmədən istənilən cür danışa bilirlər, yaya bilirlər.
davamıYenidoğulmuşlarda göz müayinəsi
Yenidoğulmuşları iki qrupa bölmək olar: Normal fizioloji inkişaf dövrünü tamamlamış, yəni 9 aylıq hamiləliyi tamamlamış yenidoğulmuş körpə və 9 ayın tamamlamamış, yəni erkən doğanlar.
9 aylıq normal inkişaf periodunu keçmiş uşaqlarda doğuşdan həmən sonra ümumi qəbul olunmuş göz müayinələri aparılmalıdır.
DAVAMIKsantalazma: Göz qapaqlarında sarı ləkələr
Xüsusilə, qadınlarda daha çox rast gəlinir, kişilərdə çox nadir olur, alt və üst göz qapaqlarında sarı rəngdə ləkələr olur ki, bunlar ksantalazmadır. Dəri və dəri altı toxumaya xolesterin və lipetlərin toplanması nəticəsində belə bir sarımtıraq rəngli formada defektlər ortaya çıxır.
DAVAMI“Doktor, əməliyyatın qarantiyası varmı?”
Biz həkimlərin, məncə, yaralı yerləridir qarantiya mövzusu.
Bəzən xəstələr gəlir “Doktor, bəs əməliyyat olacaq, amma əməliyyatın qarantiyası varmı?”.
Biz həkimlər insan orqanizmi üzərində işləyirik. Dünyada necə milyard insan varsa, o qədər bir-birindən fərqli problemlər, fərqli xəstəliklər və fərqli orqanizm var.
DAVAMIKimə eksimer lazer olmaz?
Gündəlik praktikada əgər 10 nəfər xəstə “mən eksimer olmaq istəyirəm” – deyə müraciət edirsə, onların orta hesabla 2-3 nəfərinə, əvvəllər bu tam yarı-yarıya idi, yəni 10 nəfərdən 5 nəfərinə əməliyyat edə bilirdik, 5 nəfərinə əməliyyat edə bilmirdik.
Kimlərə eksimer lazer etmək olmaz?
Birincisi, yaş faktoru var. Yəni minimal yaşımız 18-dir. 18-in altındakı xəstələr əməliyyat ola bilməz.
DAVAMIGöz müayinəsi öncəsi hazırlıq
Pasiyentlərin müayinəyə gələrkən nələrə diqqət etmələrini istəyərik?
Şəxsiyyət vəsiqəsi bizim üçün önəmlidir
Birincisi, şəxsiyyət vəsiqələrini özləri ilə gətirmələrini çox xahiş eləyərdik. Daha sonra: “Doktor, mən arayış istəyirəm, Epikriz istəyirəm, çıxarış istəyirəm”… Orada artıq şəxsiyyət vəsiqəsi olmadan bu sənədlər verilə bilmir və ya qrafada qoyulur: “Şəxsiyyət vəsiqəsi təqdim olmadan”, yəni identifikasiya aparılmadan verilən məlumatdır.
DAVAMIBuynuz qişa incədirsə, nə etməli?
Artıq xəstələrin əksəriyyəti eksimer lazer əməliyyatı olmaq niyyəti ilə həkimə gedirlər və həkim “Səndə əməliyyatda risklər var, buynuz qişan nazikdir. Bu nazik qişa ilə əməliyyat olarsansa, problemlər ortaya çıxar” deyir.
Yəni xəstələr artıq “buynuz qişam nazikdir, mən nə etməliyəm?” belə bir şikayətlə gəlir.
– Sən hardan bilirsən buynuz qişanın nazik olduğunu?
– Həkim mənə izah etdi
Yəni əksəriyyəti müayinədən sonra o məlumatları əldə etmiş olurlar.
Buynuz qişa incədirsə, nə etməli? oxumağa davam etGöz sulanmasının əsas səbəbləri
Mövzumuz göz sulanması və yaşarması, çox geniş bir mövzudur. Hətta belə dəyərdim ki, bəlkə saatlarla danışılacaq bir mövzudur. Amma qısa-qısa, parçalara böləcəyik.
Göz yaşarmasının ana səbəbləri və klinik olaraq rast gəldiyimiz bir dənəsi – quruluq;
İkincisi, yaş ilə əlaqədar qədər punktum stenozu dediyimiz göz yaşı kanalcığı var, həmin o kanalcığın darlığı.;
Üçüncüsü, konyunktivoxalazis dediyimiz konyunktiva qişasının zamanla qırışması;
Dördüncüsü, konyunktivitlər nəticəsində;
Beçincisi, “stem cell” çatışmazlığı və bu şəkildə davam edir…
Amma mənə elə gəlir ki, əsas bəlkə də halların 90 %-ni bu 5 proses, patologiya əhatə etmiş olur.
Göz sulanmasının əsas səbəbləri oxumağa davam et