Göz sağlamlığı, göz xəstəlikləri və göz əməliyyatları ilə bağlı suallarınızı burada qeyd edin. Suallarınıza cavab verməyə çalışacağam.
Göz sağlamlığı, göz xəstəlikləri və göz əməliyyatları ilə bağlı suallarınızı burada qeyd edin. Suallarınıza cavab verməyə çalışacağam.
Şuadan qoruyucu eynəklərin mütəmadi istifadəsində gözə zərəri ola bilərmi?
Salam. Hər vaxtınız xeyir olsun. Şuadan yəni monitor şualarından qorunmaq üçün istifadə olunan eynəklərin heç bir zərəri yoxdur, istədiyiniz qədər istifadə edə bilərsiniz.
Salam.oğlum 2 yaş 5 aylıqdır.Gözündə çəplik hiss edirik.2 ay əvvəl həkimə apardıq dediki hələ hecnə yoxdu.3 yasina kimi izləmək lazımdı.indi daha cox artıb.bunun səbəbi nə ola bilər.vəya müalicəsi necə yasdan baslamalıdır?xahis edirəm bizə bir yol göstərin
Salam. Əgər çəplik getdikcə artırsa bu bir az daha diqqətli yoxlanılmalıdır, boş buraxılmamalıdır. Mütləq detallı bir müayinə lazımdır.
Hekim salam uşağın gözünun birinə sph -9… Ve o, biri gözüne sph- 8. Ve qabağına syl -1.5.150.yazilib ,bilmek isterdim bu uşağın gözü mənfi 8./ 9 du. Yoxsa mənfi 1.5
Salam. Hər vaxtınız xeyir olsun. Burada -8, -9 əsil dərəcədir. Astiqmatlar isə -1,5-dır. -1,5 astiqmatizmdir.
Salam, atama toyuq korluğu diaqnozu qoyulub, gözün tamam tutulmaması , hüceyrələri qorumaq üçün qoruyucu eynəklərin olduğunu qeyd etmisiz. Bu eynəkləri necə əldə etmək olar? Sizlə necə əlaqə saxlamaq olar?
Salam. Eynəklərin qoruyuculuq xüsusiyyəti yoxdur. Sadəcə daha sərrast görmələrini təmin edir. Toyuq korluğu xəstəliyində pisləşməni önləmək və ya pisləşmə sürətini ləngitmək üçün kök hüceyrə əməliyyatı edilir.
Salam Həkim,sizə bir sualım olacaq,əgər mümkün olarsa cavablamağınız xoş olar mənim üçün. Mənim görmə faizim çox aşağıdır 20-25%,bununla yanaşı Boksla məşğul oluram,sizcə davam edə bilərəm yoxsa idmanı saxlamalıyam? Təşəkkür edirəm.
Salam. İdmanla məşğul olmaq üçün gözün torlu qışası haqqında məlumat eləmək lazımdır. Görmə faizi idmanla məşğul olmağa bir əks göstəriş deyil, az görmək yetərli deyil. Torlu qişanın vəziyyətinə baxıb ona görə qərar verilməlidir. Əgər torlu qişada incəlmə varsa o zaman idman qadağan olunur, digər hallarda yox.
Salam axşamınız xeyir olsun necəsiniz? Bağışlayın narahat edirəm mən taksi işləyirəm uzağı və yaxını görməmdə problem yoxdur şükür ALLAHA sadəcə olaraq axşam olanda avtomobil idarə etdikdə işıq pis təsir edir eynək aldım anti fara lazerlə yanımda yoxladı lazerin işığı bu yandan o yana keçmir eynəyi istifadə edəndə gözüm qaşınır ayışır və sulanır sizcə nədən olar ALLAHA xatir cavab yararsız İNŞALLAH
Hər vaxtınız xeyir.
Sualın bir neçə yönü var:
1. Axşamlar avtomobil idarə eləyəndə qarşıdan işıq düşür, gözdə yayınmalar olur, qamaşmalar olur. Bu nədir?
Yəni bunun 3 ana səbəb: 1) avtomobilin ön şüşəsi, 2) bizim buynuz qişamızın hamarlıq dərəcəsi. 3) bizim büllurumuzun şəffaflıq dərəcəsi.
2. Bunu necə həll eləyə bilərik?
Tamam, bizim büllurumuza, əgər fakoskleroz varsa, əgər şəffaflığı azalıbsa, ona hələ ki, bir şey eləyə bilməyəcəyik, buynuz qişamız nahamardırsa, ona bir şey eləyə bilməyəcəyik. Eləyə biləcəyimiz, 2 dənə ana mövzu var:
3. Gözdə qaşınma, göynəmə, yanma.
Və işin sonuncu hissəsi: O eynəyi taxandan sonra gözümdə qamaşma, acışma, qızartı başladı. Heç bir eynək gözdə belə bir şikayət verə bilməz. Əgər bir insanda belə bir hadisə baş veribsə, sadəcə üst-üstə düşüb, o eynək taxmaq istifadəsi ilə üst-üstə düşüb. Konyunktivit əlamətləridir. Əksər hallarda da allergik konyunktivit olur. Allergik konyunktivit verə bilməz. Bu ya allergiyası var, allergiyaya bağlıdır və ya nəsə toz düşüb, ondan konyunktivit əmələ gəlib və ya soyuqdəymə olub, yüngül qrip keçirib ondan konyunktivit əmələ gəlib. Yəni acışma, qamaşma qızartı, bunlar konyunktivit əlamətidir. Bir həkimə müraciət eləsinlər, onun üçün dərman yazılsın, keçib gedəcək. Eynəklə onun heç bir əqaləsi yoxdur.