Keratokonus

Keratokonus ağır göz xəstəliyi olub, gözün buynuzlu qişasının matrialı problemidir. Belə ki, Keratokonus xəstəliyi olan gözün buynuz qişası dikləşmiş və mərkəzi nazikləşmiş olur.

Korluğa belə səbəb ola bilən Keratokonus xəstəliyi genetikdir, əsasən 20 yaşdan sonra şikayətlərə səbəb olur.

Keratokonus xəstəliyi olan şəxslərdə diz oynağı bağları boş olur, ürək qapaqlarında boşluq olur, prolapsa meyillilik olur.

Xəstəliyin əlamətləri olaraq gözdə allergiya, qaşınma, işığa qarşı həssaslıq, gözün qamaşması, astiqmatizm, eynəklə də olsa aydın görməmə kimi əlamətləri misal göstərmək olar.

Keratokonus xəstəliyini gözü tez-tez ovuşdurmaq və sərt linzadan istifadə gücləndirə bilir.

Xəstəliyin müalicəsi əvvəlcə buynuzlu qişada olan liflər arası rabitəni möhkəmləndirmək (crossing) daha sonra isə, əməliyyatla görməni bərpa etməkdir.

Unutmamalı ki, irsi xəstəlik olan keratokonus yaş artdıqca irəliləyən və korluğa aparan bir xəstəlikdir.

Gec olmadan gözünüzü müayinə etdirin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir