Anadangəlmə kataraktası olan uşaqlarda diqqət edilməsi vacib olan başqa mövzular da var!

Katarakta var, bunu bildik. Təxminən belə kataraktası olan, anadangəlmə kataraktası olan uşaqların 50 faizində, 2 nəfərdən birində zamanla, bəlli müddətdən sonra yanına mütləq gözdaxili təzyiq, qlaukoma da qoşulur. 

Yəni bizim kataraktamız var, əməliyyatımızı olunduq, işimiz bitdi. Daha biz bir daha göz həkiminə getmirik… Deyil! Mütləq vaxtaşırı kontrol olunmalıdır. 

Kataraktası olan uşaqlarda 2-ci ən qorxuduğumuz mövzu gözdaxili təzyiq, qlaukoma mövzusu, 3-cü ən qorxuduğumuz mövzu torlu qişa, sinirlərin vəziyyətidir. 

Əməliyyat olunsaq, hər şey əla olmuş olsa belə, həkimlə ünsiyyətimizi kəsmirik. Ən geci 6 aydan bir vaxtaşırı müayinələrimizə gedirik. Belə gözdaxili təzyiq çox təəssüf ki, uşaqlarda heç bir əlaməti biruzə vermir. Yəni göz qızarsın, görmə dumanlaşsın, ağrı versin – bunların heç biri olmur. Siz həkimə getməsəniz, həkim gözdaxili təzyiqi ölçməsə, sizin uşağın probleminin olduğunu bilməyəcəksiniz. 

“Qara su” – qlaukoma da elə bir şeydir ki, ona “gizli düşmən” deyirik, “gizli düşmən” zamanla sinirləri öldürür və artıq sən hiss edəndə ki, bu uşaq nəsə axır vaxtlar yıxılmağa başlayır… axır vaxtlar qorxa-qorxa yeriyir… Artıq iş işdən keçmiş olur və onda geriyə qayıdış olmur. Ona görə o problemlərlə qarşılaşmamaqdan ötrü mütləq vaxtaşırı kontrola gedin. 

İkinici, uşağımız kataraktadan əməliyyat oldu. Hər şey qaydasındadır. 1 ildən, 2 ildən, 3 ildən sonra biz uşaqda təzyiq mövzusu ilə qarşılaşmağa başladıq. Valideynlərin dərhal ağlına gəlir, 

“Ah, yəqin əməliyyatı pis elədilər ya əməliyyatda bir problem oldu. Ona görə bizim uşaqda təzyiq başladı”. 

Xeyr, bunun əməliyyat ilə heç bir əlaqəsi yoxdur. Bu uşaqda niyə katarakta olmuşdu? Demək ki, bunda hər hansı problem var idi. Kataraktanı əmələ gətirən problem qlaukomanı da əmələ gətirir, qara suyu da əmələ gətirir. Yəni bu əməliyyatın uğursuz keçməyi və ya həkimin əməliyyatı kifayət qədər bacarıqla icra etmədiyi mənasına gəlmir. Yəni bu, bu uşaqların çox təəssüf ki, qədəridir. Onlar bu risklə davamlı yaşayırlar və vaxtaşırı həkim müayinəsində olmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir