Linzaların nə fərqi var? Ümumiyyətlə, əməliyyatın gedişatı haqqında…
Katarakta nə idi? Gözümüzün daxilində müxtəlif məsafələrdə aydın görməyi təmin etməkdən ötrü billur var. O billur şəffafdır. hər hansı bir səbəbdən şəffaflığı itdi, bulandı. Görməmizin keyfiyyəti aşağı düşdü. O zaman biz əməliyyatı icra edirik.
Əməliyyatın mahiyyəti: bulanmış billur götürülür, yerinə təzə billur qoyulur. Bulanmış billur götürüldükdən sonra yerinə billur qoyulmazsa, yəni linza implantasiya olunmazsa, əməliyyatdan sonra xəstə görməsi ancaq belə göz önündə barmaq sayar. Yəni 3 metr, 5 metr, 10 metr görə bilməz.
Bəzi xəstələr gəlirlər:
“Həkim, mənə linza qoyma. Mən linza istəmirəm”.
Mümkün deyil. Əməliyyatın mahiyyəti odur. Bulanmış billur götürüləcək yerinə şəffaf billur qoyulacaq. Bir başqa videomuzda qoyulacaq billurların intraokulyar lensərin, linzaların tipləri haqqında danışdıq: monofokal, multifokal, trifokal və ya bifokal. Amma hazırda danışacağımız material fərqidir.
Linzalar 3 ana materialdan ibarətdir.
Birinici materialımız hidrofil.
Bu hidrofil foldbl lenslər əməliyyat vaxtı bükülür, çox kiçik kəsikdən göz daxilinə implantasiya olunur. Amma neqativ tərəfi, mənfi tərəfi odur ki, hidrofil olduğunua görə zamanla ətrafdakı suyu canına hopdurur və şəffaflığı azalır. Glistening – qamaşma, parıltılar ortaya çıxmağa başlayır ki, bu görmənin keyfiyyətini aşağı salır. Bir, ikincili hifdrofillər, hətta bəzən o qədər mayeni içəri çəkirlər ki, şəffaflıq o qədər pisləşir ki, qoyulan linzanın özünün kataraktası əmələ gəlir. Düşünə bilirsinizmi? Xəstə kataraktadan əməliyyat olundu, gözünə linza qoyuldu bir müddətdən sonra linzanın özü bulandı. Bu linzanı götürüb təzədən yenə də başqa bir linza qoyulacaq.
İkinci: hidrofil, amma hidrofob örtük ilə.
Bu niyə orta çıxdı? Tam hidrofoblar, yəni suyu əmməyənlər, suyu hopdurmayanlar bir az daha qalındır və sərtdir. Onları büküb gözün içərisinə yerləşdirməkdən ötrü kəsiyi daha böyük etmək lazımdır. Əməliyyat vaxtı kəsik nə qədər kiçik, qısa olarsa, əməliyyatdan induks olunmuş astiqmat azalar. Əməliyyatdan sonra reabilitasiyamız sürətlənər və əməliyyatdan sonra infeksiyalaşma riski azalar. Ona görə bizim məqsədimiz daha qısa kəsikdən əməliyyatı icra edib tamamlamaqdır.
Üçüncü: Hidrofob material
Tam hidrofoblar, yəni suyu hopdurmayanlar qatlandıqları zaman qalın olurlar və daha böyük kəsikdən içəri girirlər.
Ona görə orta variant, hidrofil material üzəri hidrofob örtük ilə. Bunlar da tamamilə hidrofob materialların xüsusiyyətlərini daşıyır.
İmplantasiya olduqdan sonra “glistening free” dediyimiz zamanla, yəni heç 3 il, 5 il nə qədər ömrü varsa, heç bir zaman şəffaflığı azalmaz. İmplantasiya olunduğu zaman necədirsə, sonuna qədər, xəstənin görməsi ömrünün sonuna qədər o keyfiyyətdə qalır. Bu linzaların preloaded dediyimiz yeni linza nəsilləri çıxdı.
Preloaded linzalar
Preloaded linzaların üstün cəhəti odur ki, normalda daha əvvəllər deyə bir əvvəlki nəsilə linzalar konteynerlərdə gəlir biz onu konteynerdən çıxarırıq, instumentlər vasitəsi ilə onu hazırlayıb, büküb kartricin, yəni bizdə oxşar bir alətimiz var kartricin içərisinə yerləşdiririk, sonra gözün içərisinə implantasiya edirik. Prelodolar zavoddan hazır, streil şəkildə gəlir. Biz ona toxunmuruq, hava dəymir, hava ilə kontominasiya olmur və biz onun üzərində iş görmürük. Yəni nəsə cızıldı və ya hər hansı əlavə problemlə qarşılaşdıq. Ona görə preloadedlar daha rahatdır ki, hava ilə təması olmadan, əlavə bir manevr, manipulyasiya etmədən gözün içərisinə implantasiya etmiş oluruq.
Filterli linzalar
Bundan başqa, bəzi linzalar var ki, onların içərisində ultrabənövşəyi şuaları udan filterlər var – filterli linzalar. Bizim öz təbii billurumuzun belə bir xasiyyəti var. Ultrabənövşəyi şuaları udur, filtrasiya edir. Görmə mərkəzinə, gözün arxasına, günəş şualarının tərkibində olan ultrabənövşəyi və mavi şuaların keçməyinin qarşısını alır. Ultrabənövşəyi şualar və mavi işıqlar görmə mərkəzindəki işığı qəbul edən hüceyrələrə zədələyici təsir göstərir. Ona görə bəzi gözdibi problemi olan xəstələrdə, filterli linzaların – ultrabənövşəyi şuaları və mavi şüaları udan filterli linzaların implantasiya olunmasını biz xəstələrə tövsiyyə edirik.
Salam həkim. Atam Katarakta əməliyyatı olub və gözünə linza qoyulub. Əməliyyat olduğu 6gundu (22.03.2024) ildə əməliyyat olub. Əməliyyat edən həkim deyir buynuzlu qişa linzanı qəbul eləmir belə ola bilər ? Olursa görmə neçə günə bərpa olunacaq ?
Salam. Əgər gözdə yalnız katarakta əməliyyatı olubsa və gözün başqa strukturlarında problem yoxdursa o zaman linza ilə buynuz qişanın bağlantısı yoxdur.
Salam bagishlayin narahat edirem…Çin’in istehsal etdiyi göz linzasi yaxshidirmi emeliyyat ucun ? Zehmet olmasa cavablayarsiz ?
Salam. Çin istehsalı olan linza ilə işləmədiyimiz üçün nəticə barədə bilgim yoxdur.
Mənim soldakı göz +6.50 di sağdakı isə +7.00 dur bəs əməliyyata nə qədər vəsait cixar
Salam. Qiymətlər barədə klinikamızın meneceri ilə əlaqə saxlaya bilərsiniz, Tel:(+994 50) 305 58 50. Müraciətiniz üçün təşəkkür edirik.
Salam cənab həkim. Zəhmət olmasa deyərdiz. Siz katarakta əməliyyatını neçəyə edirsiz?
Salam. Qiymətlərlə əlaqədar olaraq mərkəzimizin meneceri ilə əlaqə saxlayaraq daha ətraflı məlumat ala bilərsiniz. Tel: (050) 305 58 50.
Mənim gözümdə yaxini görmək mümkün deyil ackilər taxıram indi istəyirəm əməliyyat neçəyə başa gəlir
Salam. Qiymətlər barədə klinikamızın meneceri ilə əlaqə saxlaya bilərsiniz, Tel:(+994 50) 305 58 50. Müraciətiniz üçün təşəkkür edirik.
Salam, qiymətlər barədə klinikamızın meneceri ilə əlaqə saxlaya bilərsiniz, Tel:(+994 50) 305 58 50. Müraciətiniz üçün təşəkkür edirik.