Katarakta (Mirvari suyu) nədir?

Kataraktaya el arasında “mirvari suyu” deyirlər. Elmi adı kataraktadır. 

Ən birinci, nə olur olsun, başda bu diaqnoz təsdiqlənməlidir. Yəni,

“bizim bu xəstədə bu katarakta var, ya yoxdur? “

Çünki bəzi hallarda elə olur ki, misal üçün, gedib kimdənsə telefonla söz soruşurlar:

Hə, görməyim dumanlaşıb.

Yəqin ki, kataraktadır…

və ya

Mənim yaşlı nənəm var. Görməsi pisləşib…

Hə, yaşlıdırsa, yəqin, kataraktadır.

Yəqin sözünü kəsirlər, olur – “Hə, mənim nənəmdə katarakta var”. 

İstənilən halda, birincisi, bu işin əhli tərəfindən bir həkim yoxlayıb deməlidir, “Sizdə katarakta var”.

Katarakta varsa, kataraktaları biz 2 qrupa bölürük:

  • çox təhlükəli
  • və ya az təhlükəli.

Nə deməkdir? Katarakta qaldıqca başqa bir problemin çıxmağına səbəb ola bilərmi? Yoxsa katarakta qaldıqca sadəcə sərtləşər və görməyimizin keyfiyyətini aşağı salarmı?

Bu iki növü ayırd etmək çox önəmlidir. Onsuz da həkim müayinə etdikdə artıq xəstəni məlumatlandırır:

“Sizin kataraktanız elə növdür ki, tamamilə yaşa bağlıdır. Zamanla görməyinizin keyfiyyətini aşağı salar. Amma gecikdirməyin sizə bir zərəri yoxdur”. 

Gecikdirmək?

Nə qədər? O da individualdır. 3 ay olar, 6 ay olar, 1 il olar. Amma nə olur, olsun vaxtaşırı 3 aydan və ya ən geci – kataraktanın növünə görə, xəstənin ümumi vəziyyətinə görə ən geci 6 aydan bir.

“Həkim bizim belə bir problemimiz var.. xaricdə qohumumuz var onun gəlməyini gözləyirik və ya anamızın hər hansı bir ümumi problemi var onunla məşğuluq. Yəni bunu bir 6 ay gecikdirə bilərikmi və ya 1 il gecikdirə bilərikmi?”. 

Yenə də əgər əməliyyatı hər hansı bir səbəbdən gec etdirəcəyiksə, mütləq həkim nəzarətində olmalıdır. Yəni həkim kontrolunda olmalıdır. Yəni nə olur olsun, yenə də o tövsiyəni müayinə edən həkimdən almalıdırlar.

Dediyim kimi, 1-ci variantdırsa, xəstəyə çox zərər verməz. Sadəcə mirvari suyu – katarakta getdikcə sərtləşər, billurumuz, kütlə daha sərtləşər. Əməliyyatın müddəti bir az uzanar və əməliyyatdan sonrakı reabilitasiya müddəti bir az gecikər. Ancaq bu qədər bir zərər verə bilər. 

Amma 2-ci haldırsa, yəni billurun qalmağı zamanla hər hansı bir əlavə problem ortaya çıxmasına səbəb olacaqsa – bunlardan da ən böyüyü göz daxili təzyiqin yüksəlməsidir, qlaukomaya keçməkdir – bu hallarda zamanla göz daxili təzyiq yüksəlir və katarakta qlaukoma ilə kombinə olunur.

Bir şey deyim ki, kataraktanın itirdiyi, aldığı görməni əməliyyatdan sonra geri qaytarmaq mümkündür. Amma qlaukomanın aldığı görməni geri qaytarmaq mümkün deyil. Çox rast gəlmişik… Xəstə həkimə gedib, müayinə olunub. Həkim katarakta diaqnozu qoyub. Bu da “Hələ onsuz da kataraktadır, hələ gözləyək yetişsin” deyib. 1 ildən, 2 ildən sonra “Artıq yetişdi. Gedim həkimə, artıq əməliyyat etdirim” fikri ilə Bakıya gəlirlər. Müayinə vaxtı məlum olur ki, qlaukomadan göz gedib. Yəni o qədər məyus edici haldır ki, artıq geriyə dönüş yoxdur. Az öncə dediyim kimi, qlaukomanın, “qara su”nun yediyi görməni geri qaytarmaq çox təəssüf ki, mümkün deyil. 

Nə olur olsun, burada vurğulayacağımız nöqtə hər hansı bir səbəbdən gecikdirəcəyiksə, yenə də mütləq bir həkimin tövsiyəsi əsasında gecikdirilsin. Yoxsa özümüz özbaşımıza və ya işin əhli olmayan biriləri tərəfindən tövsiyə əsasında bu yola getməyək, yəni əməliyyatı gecikdirməyək. 

Bir az rasionalist olmaq lazımdır… Məntiqlə fikirləşək: Əgər saçımız ağarmağa başladısa, mümkün deyil ki, vaxt keçdikcə saçımız qaralsın. Vaxt əleyhimizə işləyəcək. Saçımız getdikcə daha da ağarmağa başlayacaq. Billur da elədir. Bir billurumuz bulanmağa başladısa, demək ki, zamanla billur şəffaflaşmaz, tam tərsinə getdikcə daha da bulanıqlıq artacaq. Yəni görməyimiz daha da pisləşəcək. 

Nə qədər erkən əməliyyat olası olsaq, bir, əməliyyatın özü asan keçər, əməliyyatın müddəti qısalar, əməliyyatdan sonrakı reabilitasiya müddəti qısalar və bir də o müddəti, hansı ki planlaşdırırdıq “Bir il sonra mən gedib əməliyyat olaram” dediyimiz halda, o bir ili daha komfortlu bir halda yaşamış olarıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir