Göz qapaqlarında şişkinlik – Alleregik Blefarit

Göz alergiyaları həddindən artıq çox geniş bir mövzudur. Saatlarla danışmaq olar bu mövzuda… Göz alergiyaları bir neçə yerə bölünür, onlardan biri də allergik blefaritlərdir. 

Allergik blefaritlər nədir? Göz qapaqlarında qısa müddətdə, anidən köpüşmə, şişmədir. İstər alt qapaq olsun, istərsə də üst qapaq olsun.. Əksər hallarda da bu təktərəfli olur: ya sağ tərəfdə, ya sol tərəfdə. 

Göz qapağındakı şişkinliyin səbəbləri allergikdir. 

Allergik nə ola bilər? İstifadə etdiyimiz kosmetik vasitələr, əlimizi hər hansı bir səthə vurub oradan toz götürməklə, ev heyvanına görə və s.. 

Misal üçün, bir pasiyentimiz gəlib, evdə pişik saxlayır, pişik saxlayandan sonra “Pişiklə oynayıram, sonra gedib mütləq əlimi yumalıyam. Əgər əlimi yumadan gözümə vursam bir anda göz qapaqlarım şişməyə başlayır” deyir.

Yəni müxtəlif səbəblər olur. 

Belə olan hallarda anidən göz şişir. 

Göz şişmələri başqa xəstəliklərdən də olur. İltihabi xəstəliklərdən.. 

Amma allergik xəstələyin fərqi, differensasiyası: qısa müddətdə şişkinlik əmələ gəlir və o şişkinlik ağrılı deyil. Yəni əlimizi qapağa vurduqda ağrı hiss etmirik, temperatur yüksəkliyi hiss etmirik, sadəcə ödəm var, bəzən çox nadir hallarda qızartı olur. 

Belə alergik blefaritlər müalicə ilə çox asan tabe olurlar. Yəni allergiya əleyhinə mərhəmlər istifadə etməklə və bəzən də oral tablet istifadə etməklə bir neçə saat içində problem tamamən ortadan qalxır və xəstələr normal vəziyyətə gəlirlər. 

Bəzi xəstələr var ki, onlarda bu hal çox tez-tez təkrarlanır. Sıx-sıx, ayda 1 dəfə, 2 dəfə… Belə olan hallarda da onlar artıq evdə, yanlarında o dəri dərmanları, mərhəmi və tableti gəzdirməlidirlər. Problem olduğu vaxt dərmandan istifadə edib problemi qısa müddətdə tamamən ortadan qaldırıla bilir.

Çox nadir halda rast gəlmişəm neyrogen mənşəli ödəmlərə. Heç bir alergik faktor yoxdur. Stres keçiririk, hətta mənim özümdə də olmuşdu, 11-ci sinifdə, heç yadımdan çıxmır, “vinetka” şəkilini çəkdirməyə gedəndə stresdən. Bir anda sağ alt qapağım şişdi. Yəni bir neçə dəqiqənin içərisində, artıq mənə 2-3 nəfər qalıb sıramın çatmasına, mənim şəklim çəkiləsidir, şişdi… 

O vaxtı da belə imkanlar yox idi, ancaq bircə gün sıra alırsan ki, ancaq bu gün şəklin çəkilməlidir. Şükür, bir işıq saldılar, kölgə ilə məsələni həll etdilər. 🙂

Stresə bağlı da ödemlər olur. Elə olan hallarda da həyəcanı, stresi götürən dərmanlar istifadə olunduğu zaman qısa müddətdə problem ortadan qalxa bilir. 

Yəni qorxulu bir hal deyil. Hətta heç bir şey etməsək belə bir günə, iki günə çəkilə bilən haldır. Dərman istifadə etdikdə bir neçə saatın içərisində tamamən ortadan qalxır.

2 thoughts on “Göz qapaqlarında şişkinlik – Alleregik Blefarit”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir