“Akıllı lens” implantasiyasında xəstə seçimi

Belə hallar üçün ilk öncə xəstənin belə istəklə bizə müraciət etməyi… Yəni, biz adətən bu mövzuları ilk başlayan biz olmuruq. Düzdür, bəzi hallarda məlumat veririk. Amma adətən xəstələrin özləri: “Doktor mən eynək taxmaq istəmirəm, yaxını pis görürəm”, bəziləri “uzağı da pis görürəm, eynəksiz bunun bir yolu varmı?” Yəni, xəstənin özündən təklifin gəlməyi, xəstənin istəməyi… Əgər xəstə istəyərsə, o zaman biz bu təklifi dəyərləndiririk. 

Dəyərləndirdikdə hansı kriteriyalarımız var? Yaş kriteriyası əlbətdə ki… Yaşı uyğun gəlirsə, gözün vəziyyəti… Yəni, çoxlu, haradasa 30-a yaxın parametr var, o parametrlərə baxılır. Gözün parametrləri uyğundur, heç bir əlavə xəstəliyiniz yoxdur, şəkər xəstəsi deyilik, irsiyyətdə qlaukoma yoxdur, qarasu xəstəliyiniz yoxdur, xəstə aktiv həyat tərzi sürür, psixoloji stabil, rahat insandır… 

Və bunların yanında bir də çox önəmli məncə mövzu, xəstənin həyat tərzi… Çünki xəstənin həyat tərzini əgər mən həkim kimi detalla araşdırmasam, daha sonra, əməliyyatdan sonra anlaşmazlıqlarla qarşılaşacağıq. Yəni, ola bilsin xəstə: “Mən eynək taxmaq istəmirəm” sözünü demiş ola bilər. Amma, daha sonra əməliyyatdan sonrakı periodda elə hadisələrlə qarşılaşa bilərik ki, “Ah mən nahaq əməliyyat oldum, kaşki əməliyyat olmasa idim…” Belə bir peşmançılığın olmaması üçün… Əlbətdə ki xəstə peşman olunca, istər-istəməz həkim də narahat olur. Bele bir peşmançılığın olmaması üçün, xəstələrlə məncə vaxt ayırıb, bir neçə dəfə görüşüb, xəstənin əməliyyatdan əldə edəcəklərini izah eləmək, xəstənin həyat tərzini öyrənmək və bu əməliyyatın onun tələblərini ödəyib ödəmədiyinə qərar vermək… 

Bütün bunlar hərtərəfli araşdırılır və yekunda əməliyyatın riskləri, əməliyyatdan sonra ola biləcək gözlənilməyən nəticələr, bütün detallar xəstəyə anlatıldıqdan sonra, həkim də, xəstə də razılaşırsa, bəli, artıq əməliyyat icra oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir