Buynuz qişa incədirsə, nə etməli?

Artıq xəstələrin əksəriyyəti eksimer lazer əməliyyatı olmaq niyyəti ilə həkimə gedirlər və həkim “Səndə əməliyyatda risklər var, buynuz qişan nazikdir. Bu nazik qişa ilə əməliyyat olarsansa, problemlər ortaya çıxar” deyir. 

Yəni xəstələr artıq “buynuz qişam nazikdir, mən nə etməliyəm?” belə bir şikayətlə gəlir. 

– Sən hardan bilirsən buynuz qişanın nazik olduğunu? 

– Həkim mənə izah etdi

Yəni əksəriyyəti müayinədən sonra o məlumatları əldə etmiş olurlar. 

Buynuz qişa gözümüzün önündəki rəngli gördüyümüz, amma əslində şəffaf toxumadır. Çox həssas bir toxumadır. Onun arxasında qüzehli qişa olduğuna görə qüzehli qişanın rəngini görürük. Yəni gözün rəngini təyin edən qüzehli qişadır, buynuz qişa şəffaf bir toxumadır. Amma refraktiv bir toxumadır, yəni sındırıcı gücü var. Baxdığınız obyektin əksinin retinada alınması üçün onun çox böyük refraktiv funksiyası var. 

Normal buynuz qişanın əyrilik radiusu orta hesabla 44 diyoptriya, qalınlığı isə orta hesabla 550 mikron mərkəzi olmalıdır. Yəni ən incə yeri 550 mikron, 550 mikrondan yuxarı, 550 mikrondan aşağı bunlarında yenə də vəziyyətə görə norma sayıla bilər.

Amma nə olur olsun, 600-ün üstü, 500-ün altı patologiya sayılır. Əməliyyatlar üçün də, əlbəttə ki, sadəcə buynuz qişanın qalınlığı əməliyyata qərar vermək üçün yetərli deyil. Digər parametrlərlə ortaq dəyərləndirilir. 

Bütün parametrlərimiz, hər şey yerindədir, buynuz qişamız incədir və ya buynuz qişanın incəliyi nisbi olur. Misal üçün, xəstə var, buynuz qişa 510 mikrondur, gözün dərəcəsi mənfi 2-dir, bu problem deyil, həll oluna bilər. Xəstə var, buynuz qişanın qalınlığı 510 mikrondur, gözün dərəcəsi mənfi 9-dur, artıq bu problemdir. 

Əgər doğrudan da, buynuz qişa nazikdirsə və refraktiv əməlliyatda problem çıxara bilərsə, bu sərhədlər… 

Əvvəllər kəskin sərhədlərimiz var idi. Amma son zamanlar… Artıq 21 ildir mən bu işin içərisindəyəm, təcrübə ilə və mənim elmi işim də “Yüksək dərəcəli miyopiyaların 2 etaplı eksimer lazer korreksiyası” – mövzumun adı budur, multizonlasik müalicəsi dediyimiz fərqli optik zonalarla daha az buynuz qişa buxarlandırmaqla problemi həll edə bilirik və ya astiqmatın korreksiyasını ayrı, sferanın korreksiyasını ayrı etməklə bu əməliyyatları, yəni incə, nazik buynuz qişalarda da bu problemi həll edə bilirik. 

Ondan başqa biz flep qalınlığını idarə etməklə əməliyyatları icra edə bilirik. Yəni normal flepimizin qalınlığı əgər 130 mikrondursa, biz flep nazikliyini 110, 100, 90, 80 qədər endirə bilirik və düşünün 120-dən 80-ə endirməklə 40 mikronluq bir toxuma əldə etmiş oluruq. Biz 40 mikrondan əlavə 3 diyoptriya zəif görmə düzəldə bilərik. 

Yəni bu parametrlərdə fərqli cür modellərdən istifadə etməklə problemi əksər hallarda aradan qaldıra bilirik. 

Bir söz deyə bilərəm, buynuz qişa nə qədər incə olur olsun, xəstə əgər istəyirsə, zəif görmədən canını qurtara bilər. Şərt deyil ki, mütləq ki, eksimer lazer olacaq. İmkan daxilində eksimer lazer daha praqnozlaşdırıla biləndir, “predictable”dır. Ona görə imkan daxilində mümkün qədər eksimer lazerlə problemi həll etməyə çalışırıq. 

Əgər eksimer lazerlə problemi həll edə bilmiriksə, bu zaman digər metodlarla problemi həll etmək mümkündür və yekun sözüm əgər buynuz qişa nazikdirsə, bunun belə çıxış yolu var, yəni bu son deyil. Ya eksimer lazer olar və ya göz daxili açıq əməliyyatlarla istənilən dərəcəni ortadan qaldırmaq mümkündür, hətta astiqmatizm daxil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir