Gündəlik praktikada əgər 10 nəfər xəstə “mən eksimer olmaq istəyirəm” – deyə müraciət edirsə, onların orta hesabla 2-3 nəfərinə, əvvəllər bu tam yarı-yarıya idi, yəni 10 nəfərdən 5 nəfərinə əməliyyat edə bilirdik, 5 nəfərinə əməliyyat edə bilmirdik.
Kimlərə eksimer lazer etmək olmaz?
Birincisi, yaş faktoru var. Yəni minimal yaşımız 18-dir. 18-in altındakı xəstələr əməliyyat ola bilməz.
İkincisi, proqressiv miopiyası varsa, yəni xəstənin gözünün dərəcəsi dəyişkəndirsə, stabilləşməyibsə, əməliyyat etmək olmaz.
Üçüncüsü, 40 yaşı keçəndən sonra əməliyyatın effektivliyi müzakirə olunacaq olduğuna görə o əməliyyat mütləq detallı araşdırılıb sonra qərar verilməlidir.
Yəni 40 yaşın üstündəki xəstələr üçün Çünki əvvəllər alternativlər yox idi, indi yeni alternativ əməliyyat metodları ortaya çıxdığına görə, o əməliyyatlarla daha ideal nəticələr əldə edə bilirik. Ona görə 40 yaşın üstündə eksimer xəstələri biraz daha hər tərəfli araşdırılıb, ondan sonra qərar verilməlidir.
Bunun xaricində xəstə yaş olaraq uyğundur, göz dərəcəsi stabildir. Buynuz qişa həddindən artıq çox incə olarsa, xəstənin əlavə xəstəlikləri olarsa, misal üçün, şəkər xəstəliyi var, sistem xəstəliyi var, xəstənin göz dibində hər hansı bir kəskin problem varsa, normal, sadə problemləri biz həll edib sonra zəif görmə, eksimer əməliyyatına gedirik, amma həll olunmayacaq göz dibi problemləri varsa, gözdə anatomik qüsur olarsa, gözdə quruluq olarsa, o zaman bu xəstələri biz çox, təəssüf ki, eksimer lazer əməliyyatına götürə bilmirik.
Ona görə əməliyyatdan öncə bu xəstələr geninə-boluna, ən incə xırdalıqlarına qədər tam detallı müayinə olunmalıdır ki, bunlardan hər hansı biri varsa, vaxtında aşkar olunsun və o xəstə əməliyyata götürülməsin. Çünki onlar əməliyyat olunduqları zaman çox problemlər yaşayırlar və çox təəssüf ki, biz hal-hazırda o xəstələrlə yəni rastlaşa bilirik. Biraz tələsik müayinə ilə qərar verilən və əməliyyat olunan xəstələr bəzən olur, xəstə həyəcanlı “doktor, mən bezdim, mən təcili əməliyyat olmaq istəyirəm”. Həkim də hər hansı bir səbəbdən müayinəni çox dərinləşdirməmiş olur və bu dediyim nüanslar ortadan qaçmış olur. Hər hansı birini belə ortadan qaçırtsaq, bir neçə il sonra ciddi problemlərlə qarşılaşa bilərik. Buradan həm həkimlərə, həm pasiyentlərə tövsiyəm, düzdür, əməliyyatımız qısa müddətlidir 10 dəqiqə, 5 dəqiqəlikdir. Amma əməliyyat öncəki hazırlıq çox ciddi şəkildə, ən xırda detallarına qədər aparılmalıdır ki, gələcəkdə problem yaşamasın və xəstələr də həkimlərin bu tələbini ki, “sən 2 saat müayinə olunacaqsan”, hətta bəzən olur xəstənin təkrar “bu müayinəni tamamlaya bilmədik” – hər hansı səbəblərdən – “kontakt linza geymişdim”, “buynuz qişa relyefində narahatçılıq var”, “bir həftə sonra təkrar müayinə edək”, “yox, doktor, gəlmək istəmirəm”. Pasiyentlərdən xahişimiz mümkün qədər həkimlərin bu istəklərini yerinə yetirsinlər ki, nəticəsi gözəl olsun.