“Doktor, əməliyyatın qarantiyası varmı?”

Biz həkimlərin, məncə, yaralı yerləridir qarantiya mövzusu.

Bəzən xəstələr gəlir “Doktor, bəs əməliyyat olacaq, amma əməliyyatın qarantiyası varmı?”.

Biz həkimlər insan orqanizmi üzərində işləyirik. Dünyada necə milyard insan varsa, o qədər bir-birindən fərqli problemlər, fərqli xəstəliklər və fərqli orqanizm var.

Yəni biz katarakta diaqnozu qoyuruq 100 nəfər xəstəyə, bunun 100-də də kataraktanın gedişatı eyni cür deyil. Hətta kataraktanın özü 100 nəfərdən 10-da eyni cür olmuş olsa belə, orqanizm eyni deyil. 

Eyni cür kataraktası olan şəkər xəstəsi ola bilər, eyni cür kataraktası olub hipertoniya xəstəsi ola bilər, ürək problemləri ola bilər, mədə-bağırsaq problemləri ola bilər, revmatizma problemləri ola bilər… Ona görə tibbdə biz xəstəliyi yox, xəstəni müalicə edirik. 

Mən cərrah olaraq əməliyyat elədim, hər hansı bir vasitə ilə kəsik apardım, işimi gördüm, yara yerini bağladım, tikiş atdım, mənim işim burda bitdi. 

Hə, burdan sonrası artıq orqanizmin özünə bağlıdır. Yəni əgər orqanizmdə doğurdan da hər şey qaydasındadırsa, əlavə bir problem yoxdursa, ən qısa vaxtda yara yeri sağalacaq, bitişmə gedəcək və istədiyimiz reabilitasiya periodunda istədiyimiz nəticəni əldə edəcəyik.

Amma yox orqanizmin hər hansı bir problemi varsa və hətta düzəldilə bilməyən bir problemdirsə, misal üçün revmatizması olan xəstələr… Əməliyyat edirik, əməliyyatdan sonra bəzən olur ki, əməliyyat sahəsinin sağalması gecikə bilir. Çox nadir hallarda bu gecikmə əlavə problemlərə, hem reabilitasiya periodunun gecikməsinə, hətta əlavə ikincili bir iltihabın, infeksiyanın qoşulmasına da səbəb ola bilər. Və bu baxımdan da belə orqanizmə sən necə bir qarantiya verə bilərsən?

Əlbəttə ki, hər bir həkim istəyər ki, xəstəsi ən qısa zamanda sağalsın və istədiyi nəticəni əldə eləsin. Düzü, zaman dəyişdikcə istifadə etdiyimiz tibbi vasitələr, alətlər günü gündən daha da təkmilləşir. Yəni 15-20 il bundan əvvəlki kimi deyil qətiyyən. Bu alət-ədavatları istifadə etməklə biz yarana biləcək problemlərin böyük hissəsinin öhdəsindən gəlirik və qarşısını ala bilirik. 

Amma yenə də heç birimiz sığortalı deyilik bu mövzuda. 

Hətta belə bir yekunlaşdırsaq, kobud cümləyə qarşı kobud cavab belə olar yəni: “Mən mənə aid olan hissələrə qarantiya verə bilərəm”. Yəni bir xəstənin əməliyyat olunub sağalması həkimin rolu qədər xəstənin və xəstə yaxınların da rolu var. 

Yəni mən işimə söz verə bilərəm ki, mən işimə ən mükəmməl şəkildə görəcəyimə söz verirəm. Amma xəstə və xəstə yaxınları da əməliyyatdan sonrakı periodda qulluğu düzgün aparacaqlarına söz verməlidirlər.

Hətta burada bir gülməli bir haşiyə çıxım… Əməliyyat eləmişik xəstəni, iki göz katarakta əməliyyatı. Özəl bir hal idi ki, iki göz eyni vaxtda olub əməliyyat, xüsusi bir durum olduğuna görə. Və xəstə təsəvvür edin, əməliyyat olunduğu gün toyuq hininə girib və toyuq tutmağa çalışıb. Təsəvvür eləyə bilirsinizmi? Yəni toyuğun qanadlarını çırpmağı, hin, hindəki toz və əməliyyat olunmuş göz… Allaha çox şükür o xəstədə problem yaşamadıq. Qızı mənə xəbər verdi. Artıq o bizim bir anekdotumuz olub. Yəni xəstələrə deyirik əməliyyatdan çıxıb gedib hində toyuq tutmayın. 

Əgər xəstə əməliyyatdan sonrakı periodda qulluğu düzgün etməyəcəksə, problem yaşana bilər. 

Və ya bəzi hallar da yaşanır, dərmanların keyfiyyəti ilə əlaqədar problemlər yaşaya bilmirik. Yəni xəstəyə dərman yazırsan, xəstə dərman tökür, amma istədiyimiz effekti əldə edə bilmirik. Dərman dəyişdirilir, başqa bir dərmandan istədiyin effekt alınır. Bu mövzular da olur…

Bütün bunları nəzərə alıb qarantiya mövzusu, məncə, hələ-hələ xüsusilə tibbdə qarantiya mövzusu müzakirə olunacaq mövzu deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir