İşıq seçərkən nəyə fikir verirəm?

Yaşadığımız yerlərdə və ya işlədiyimiz yerlərdə təbii işıqlanma ilə yanaşı süni işıqlanma istifadə olunur.

İşığın tərkibi – Mavi işıq

Ev üçün və ofis üçün işığın tərkibi bir az daha fərqli olmalıdır. Çünki bizim əhval- ruhiyyəmizi formalaşdıran melatonin hormonu var. Melatonin hormonunu provokasiya edən mavi işıqlardır. Mavi işıqlar da LED lampaların içərisində var.

Əvvəlki o floresan lampalarında mavi işıqlar olmadığına görə onlar bir az daha əmək qabiliyyətini və ya performansı aşağı salırdı. Amma hal-hazırdakı LED lampalar performansı aşağı salmır, hətta bəzən artırır.

Ona görə ofislərdə LED lampaların istifadə olunmağı daha çox tövsiyə olunandır.

Evlərdə isə, oturma otaqlarında, mətbəxdə, yenə mavi işığı olan LED lampalar, amma yataq otaqlarında mavi işığı az olan və ya olmayan LED lampalar istifadə olunsa, daha yaxşı olar. Çünki az öncə də qeyd etdiyim kimi mavi işıq insanı daha gümrah, daha oyanıq tutur və yuxumuzu gecikdirir.

İşığın rəngi – Kelvin

İkincici mövzu işığın kelvini, rəngi…

6500 kelvinə qədər dəyişə bilir lampaların rəng çaları.

Təbii natural işıq dediyimiz 3000-4000 kelvin arasında olanlardır.

İstər ofislərdə olsun, istər evlərdə olsun təbii işıq olaraq 

3000-3500-4000 kelvin arasında lampalar istifadə olunsa, daha yaxşı olar.

3000-4000 arası niyə əhəmiyyətlidir?

Mühitdən mühitə keçərkən… Necə ki, təbii günəş işığı bizi yormur, narahat etmir, hətta nə qədər gur olsa belə yenə də biz özümüzü komfortlu hiss edirik, evdə də o şəkildə… 3000-4000 kelvin arasındakı işıqlar təbii işıq, natural işıq olduğuna görə bizi yormur.

3000-in altında, yəni 2500-2800 və ya 2000 həddindən artıq sarı olduğuna görə çox tez yorğunluq əmələ gətirir.

4000-dən yuxarı, 5000-5500, 6000 və ya 6500 kelvinlər isə həddindən artıq çox açıq ağ rəng olduğuna görə bu da həm yorur, həm də yenə də yorğunluqla əlaqədar performansımız aşağıya düşür. 

Yəni həddindən artıq çox gur və ağ rəngdəki işıq yazı-pozu işlərində bizə maneçilik törədir, gözümüzün daha tez yorulmağına səbəb olur.

Əlbəttə ki, əgər aktiv bir iş yeridirsə, işıqlandırma nə qədər gur olarsa, əhval-ruhiyyəmiz və işimiz o qədər daha yaxşı olacaq.

Amma oxumaq və daha sonra yatmağı planlaşdırdığımız bir perioddayıqsa, o periodda hər halda daha işıq tonu az və sarı işığa meyilli, 2800-2500, o şəkildə bir mühit olsa, daha yaxşı olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir