İndi danışmaq istədiyim mövzu “ikincili katarakta” və yaxud da ki, “arxa kapsul bulanması”. PCO dediyimiz “Posterior Capsule Opacification”.
Bu katarakt əməliyyatı olan insanların bəzi mənbələrdə 63-65 faizində əməliyyatdan sonrakı fərqli müddətdə (3 ay olar, 5 ay olar, 1 il olar, 5 il olar və ya 10 il olaraq fərqli müddətdə) arxa kapsulun şəffaflığının itirilməsi, bulanması… Bunun nəticəsində pasiyentlərin görmələri də dumanlaşır… Bu “ikincili katarakta” əslində bunun tam elmi adı deyil, camaat arasında yayılmış və ya rus mənbələrində olan bir addır. Amma elmi adı dediyim kimi “arxa kapsulun bulanması”dır.
Bəzən xəstələr bu ikincili kataraktadan belə bir sualla gəlir:
“Doktor, mirvari suyunu götürəndən sonra gözümə təzədən katarakt əmələ gələ bilərmi? Yənidən mirvari suyu əmələ gələ bilərmi?”
Əslində götürülmüş bir toxuma bir daha orada mövcud ola bilməz. Amma böyük ehtimal onlar bunu nəzərdə tuturlar, yəni
“Arxa kapsul bulanıb təkrar görməyim pisləşə bilərmi?”
Bəli, qeyd etdiyim kimi bəzi hallarda arxa kapsulda bulanma olur.
Arxa kapsuldakı bulanmaların sıxlığını artıran ümumi sistem xəstəliyidir – şəkərli diabetdir, sklerodermiyadır və digər autoimmun xəstəliklərdir və daha erkən yaş… Yəni yaş olaraq daha gənc yaşlarda icra olunan katarakta əməliyyatından sonra arxa kapsulun bulanması yaşlılara nisbətən daha çox rast gəlinir.
Belə hallarda qeyd etdiyim kimi əməliyyatdan bir müddət sonra xəstələrin görmələri təkrar dumanlaşmağa başlayır və keyfiyyətsiz görmədən şikayət edirlər. Bəbək böyüdülür, müayinə nəticəsində məlum olur ki, arxa kapsul bulanıb.
Hətta xəstələrin bəziləri gəlir:
“Doktor, bizim qonşu da katarakta əməliyyatı olmuşdu, getdi linzasını yuduzdurdu. Gəlmişəm linzamı yuduzdurmağa.”
Əslində “linza yumaq” söhbəti deyil, “arxa kapsulun təmizlənməyi”… “Təmizləmək” də YAG lazer vasitəsilə arxa kapsulun kəsilib götürülməsi… Yəni xırda, kiçik parçalara ayrılıb sorulmasını təmin etmək…
Qısamüddətli bir şeydir və ağrılı bir proses deyil. Bir neçə saniyə çəkir. Təxminən orta hesabla 30 saniyəlik bir prosedurdur. Və 30 saniyədən sonra xəstələrin bir neçə dəqiqəlik güclü işıq düşdüyünə görə bir neçə dəqiqə görmələri pisləşir, amma daha sonra rahatlayır. Prosedurun nəticəsini bir neçə dəqiqədən sonra hiss edə bilirlər.
Və bir dənə neqativ tərəfi odur ki, bizim o kiçik parçalara ayırdığımız, böldüyümüz arxa kapsul bir neçə həftəyə, 3-4 həftəyə sorulur və sorulana qədər xəstələrin gözlərinin qabağında ləkə kimi oynamağa başlayır, pasiyentləri narahat edir. Əvvəlcədən xəstələrə o haqda məlumat veririk və daha onlar məlumatlı olduqdan sonra o mövzunu çox da qabartmırlar. Yəni önəmli bir şey deyil, bir neçə saniyə çəkəcək bir prosesdir.
Bəzi hallarda Psevdoeksfoliativ Sindrom (PES) olan hallarda katarakt əməliyyatından sonra sadəcə arxa kapsulun bulanması deyil, həm də ön kapsulda da “fimozis” dediyimiz bir hadisə olur. Ön kapsulun getdikcə yığılıb, büzüşüb daralmağı. Ön kapsul büzüşdükcə gözün içərisinə yerləşdirdiyimiz implantasiya olunmuş linzanı, IOL-u sıxılmağa başlayır, sıxılınca da linzada görmə qüsurları ortaya çıxmağa başlayır. Yəni refraktiv indeksi dəyişir. Belə olan hallarda da yenə YAG lazer vasitəsi ilə radial kəsiklər aparmaqla, həmin o fimozis – daralma məsələsini də ortadan qaldırırıq və kapsul gevşəyir, rahatlayır və lens öz normal təbii pozisiyasına gəlib catır. Və xəstələrin şikayəti ortadan qalxır.
Salam həkim qizim 3 ay bundan əvvəl kataraktadan əməliyat olub ancaq gozundə yeniden bulaniqliq var ozudə qizim səker xəstəsidir yenidən yene əməliyyat olmalidir
Salam. Hər vaxtınız xeyir olsun. Əməliyyatdan 3 ay keçib və narahatcılığınız varsa həkiminizə geri dönün. Fərqli səbəblər ola bilər, əksər hallarda şəkər xəstəsidirsə və kontrol olunan şəkər xəstəsi deyilsə gözün dibində ödəm əmələ gələ bilər, iynə vurub onu toparlamaq olur. Və uya bəzən linzanın arxasında nazik pərdə olur o pərdə də bulana bilir onu da lazerlə təmizləmək olur. Yəni həkiminizə müraciət edin nə lazımdır sizə köməklik göstərəcəyinə əminəm. Allah şəfa versin!
Salam həkim. Bəs Yağ lazerdən neçə dəfə istifadə etmək olar? İstər arxa, istərsə də ön kapsulun bulanması zamanı.
Salam. Ehtiyac olduğu qədər olar.