Gözdaxili təzyiq zamanı YAG Lazer istifadəsi

YAG Lazerin digər bir istifadə sahəsi İridotomiya, İridektomiya, İridoplastika.

İris təbəqəsi buynuz qişadan sonra bəbəyi formalaşdıran bir qişadır. Bəbək əslində irisin ortasında bir boşluqdur, dəlikdir. Yəni bəbək dediyimiz hissə boşluqdur. Həmin o iris alt tərəfdən ön kamera bucağının dabanını təşkil edir, üst tərəfdən də buynuz qişa. Belə bir üçbucaq formada quruluş, struktur əmələ gəlir. Onun tini isə, ucu isə bizim trabekulyar şəbəkə dediyimiz gözdaxili mayenin sorulub, yəni o sistemə getdiyi bir yerdir. Bəlkə, bunu bir az uyğunlaşdırsam, gözün kanalizasiya hissəsidir. Gözdaxili mayenin toplanıb gözdən xaric olunduğu hissədir.

Qlaukomalı mövzuların, gözdaxili təzyiq yüksəlmə mövzularının bəzi hissəsi həmin o trabekulyar şəbəkənin daralması və ya tıxanması nəticəsində gözdaxili təzyiq yüksəlir.

Bunlar qapalı bucaqlı qlaukoma tutmasına gətirib çıxarda bilir. 

Belə olan hallarda biz irisdə, yəni qüzehli qişada arxa kameradan ön kameraya maye dövranını rahatlatmaqdan ötrü dəliklər açırıq. Bu dəlik kimisi profilaktik məqsədlə olur. Misal üçün, Phakic IOL əməliyyatları edirik. Phakic IOL əməliyyatlarında yenə də gözdaxili maye dövranının yolunda bir əngəl əmələ gəlməsin deyə İridotomiya YAG lazerlə, daha ön bucaqlılarda qapalıbucaqlı qlaukoma tutması olmasın deyə yenə də İridektomiya böyük bir sahədə kəsilib götürülür, bir dəlik açılır.

İridoplastika isə daha çox YAG lazerin bir törəməsi olan SLT lazer vasitəsi ilə böyük bir sahədə bir neçə dərəcədə trabekulyar toxumanın, şəbəkənin daha retraksiyasına, gərilməsinə səbəb olacaq lazer spotları ilə plastik əməliyyat icrə etməkdir.

Gözdaxili maye dövranını asanlaşdırmaq ilə qlaukoma riskini azaltmaq üçün icra olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir