Bugünkü mövzumuz “Torlu qişa qopmalarından sonra göz daxilinə yerləşdirilən silikonun çıxarılması. Silikon gözdən nə vaxt çıxarılmalıdır?”
Silikon yağının ağırlıq dərəcəsinə görə çıxarılma müddəti də dəyişir. Əgər minlik və ya 2 minlik silikondursa, bunlar 2-4 ay, əgər 5 minlik və ekstralar var, olardırsa, bunlar hətta 1 ilə qədər gözün içərisində qala bilir.
İşin əsas mahiyyəti – əksər hallarda əlavə bir problem yoxdursa, 2 aya yapışdırılan torlu qişa, əgər koaqulyasiya normal olubsa, 2 aya lazım olan yerə yapışmış olur. Yəni 2 aydan sonra biz silikonu çıxarsaq belə, əməliyyatın nəticəsinə çox da təsir etməz.
Yənə də biz nə olar, nə olmaz hər ehtimala qarşı imkan daxilində silikonu gözün içərisində daha çox tutmağa çalışırıq, “Daha uzun müddət qalsın” deyirik.
Silikonun gözdə çox qalması problem yaradır
Silikonun uzun müddət qalmağında nə problem olur? Zamanla o silikon əriməyə başlayır və əriyincə də “trabekulyar şəbəkə” dediyimiz gözdəki mayenin axmağını təmin edən sahələrə “kanalizasiya” deyək, “gözün kanalizasiyası”nın ağzını tuta bilir, gözdaxili təzyiqi qaldıra bilər. Ona görə silikon olan gözlərdə mütəmadi kontrol tələb edirik.
Silkonun əriməyi bir vaxtdan asılıdır (müddətdən), bir də orqanizmdən asılıdır. Elə orqanizmlər var ki, normalda 6-7 ay əriməz dediyin silikonu baxırsan 2 ay, 3 aya əriməsinə səbəb olur. Yəni sadəcə silikonun özünə aid mövzu deyil bu, həm də orqanizmə aid bir mövzudur.
Silikon mayeləşməyə başladıqda çıxarmaq vaxtıdır
“Doktor, filankəs əməliyyat oldu, onun silikonunu 6 ay sonra çıxartdınız. Niyə məndə 4 ay sonra, 3 ay sonra çıxardırsınız?”
Orada silikon çıxma mövzusu – silikon nə vaxt ki, mayeləşməyə başlayır, bütövlüyü itir artıq, o silikonun çıxma vaxtı deməkdir. Bu, kimisində 3 ay olar, kimisində 6 ay olar.
Hətta elə gözlər var ki, proqnostik olaraq biz bilirik ki, torlu qişa çox bərbad vəziyyətdə idi və biz o silikonu çıxarsaq təkrar yenə də qopacaq. Elə olan hallarda artıq baxırsan silikon əriməyə başlayıb, silikon çıxarılır, yerinə təzədən silikon qoyulur.
Qeyd etdiyim kimi, imkan daxilində silikonu gözün içərisində daha uzun müddət saxlamağa cəhd eləyirik.
Silikon görməni dumanlı edir
Silikon orada qaldığı müddətcə silikonun refraktiv indeksi fərqli olduğuna görə görmədə dumanlıq əmələ gətirir. Yəni əlavə +4, +5 bir dioptriya əmələ gətirmiş olur. Silikon gözdə olduğu müddətcə də o xəstələr yaxşı görmürlər. Yəni onların ürəyi darıxır, xəstə də istəyər ki, silikonu tez çıxsın.
Yekunda silikonun alınma müddətini həkim özü xəstənin vəziyyətinə, gözün vəziyyətinə baxıb qərar verir. Həkim nə vaxt uyğun görsə, onda da silikonu çıxardır. İnsandan insana dəyişə bilər. Yəni bunun bir standartı yoxdur.