Torlu qişa qopmaları

Ümumiyyətlə, torlu qişa görmə orqanının… əslində hər birinin ayrıca yeri var, yəni hansısa birində problem olanda yekunda görmədə problem olur, amma digər sahələrin problemlərini, bəlkə də, asanlıqla aradan qaldıra bilirik. Amma torlu qişa problemlərinin bərpası, təmiri çox çətin, hətta bəzən mümkünsüz olur. 

Ona görə gözdə bizim ən çox qorxduğumuz “Torlu qişanın zədələnməsi olmasın!” Yerdə qalan nə olur, olsun mütləq bir çıxış yolu tapırıq, amma torlu qişanın problemlərində, çox təəssüf, bəzən bir müdaxilə edə bilmirik. 

Şəkərli diabetdə daha çox olur torlu qişa zədələnmələri. Amma bir də torlu qişanın problemləri içərisində torlu qişanın qopması deyilən belə bir terminologiya var – torlu qişanın qopması – dekolman.

Torlu qişa niyə qopur?

Torlu qişa niyə qopur? 

Traksional olaraq şəkərli diabetdə, bitişmələr çox əmələ gəlir, o bitişmələr çəkildiyi zaman torlu qişa qopur. Ən çox rast gəldiyimiz…. 

İkinci, travma nəticəsində, zərbə nəticəsində torlu qişa yerindən qopur. 

Üçüncü, əksər hallarda miyop gözlərdə, degenerativ miyopiyası olan xəstələrdə torlu qişalarında dəliklər və ya incəlmələr əmələ gəlir. Zamanla həmin dəliklərdən gözün daxilindəki maye keçir və torlu qişanı qoparır.

Torlu qişa periferdən qopduğu halda görmə sahəsində bir dəyişiklik əmələ gəlmir. Ona görə bəzi hallarda torlu qişada qopma başlayır, amma xəstənin xəbəri olmur. Artıq torlu qişa mərkəzi hissədə – makula dediyimiz bölgədə qopmağa başlayınca xəstələr bir problemin olduğunun fərqinə varır. “Doktor, axır vaxtlar görməmdə bir dalğalanma əmələ gəldi, axır vaxtlar gözümün qarşısında bir kölgə əmələ gəlib, getdikcə həmin kölgə daha da artmağa doğru gedir.” Bu şikayətlərlə gəlirlər.

Torlu qişa qopduğunda hiss olunan əlamətlər

Qopmalarda əksər hallarda 2 dənə ana əlamət olur. Bir dənəsi durduğumuz yerdə, anidən göz önünə qara ləkələr gəlir. Bir də gözümüzü yummuşuq, gözümüz yumulduğu halda belə içəridə qığılcım, iskra, şimşək müşahidə olunur. 

Əgər belə bir hal olarsa, xəstələr imkan daxilində ən yaxın vaxtda bir oftalmoloqa müraciət etsinlər və problemin ciddiliyi haqqında məlumat əldə etsinlər. Əgər torlu qişanın qopmasının əlamətidirsə, zaman itirmədən üstünə düşülsün. 

Torlu qişa qopdusa, bərpa olunmalıdır, yapışdırılmalıdır

Hər hansı səbəbdən, fərq etməz, əgər torlu qişa qopdusa, ən qısa müddətdə torlu qişa bərpa olunmalıdır, geri yerinə yapışdırılmalıdır. Yapışdırmağın da əsas yolu açıq cərrahi əməliyyatdır. Düzdür, biz buna açıq cərrahi əməliyyat deyirik, amma bu da endoskopik olur. Yəni təxminən 1,1mm-lik 3 dəlik vasitəsilə göz içərisinə girilir və əvəlcə şüşəyəbənzər cisim təmizlənir, ondan sonra torlu qişanı qopardan səbəblər ortadan qaldırılır. Əgər bitişmələr, traksiyalar, membranlar varsa, onlar təmizlənir, ondan sonra torlu qişanın arxasındakı mayelər sorulur, torlu qişa yerinə yapışdırılır, lazerlə işlənilir, ehtiyaca görə artıq ya silikon, ya qaz tamponadası ilə əməliyyat tamamlanmış olur. 

Torlu qişa bərpa əməliyyatları haqqında pasiyentlər nələri bilməlidir?

Burada əsas xəstələrə demək istədiyim mesajlarım nədir? Artıq hər halda bu torlu qişa qopması videosuna torlu qişası qopan xəstələr baxacaq, əsas sözüm onlaradır. 

Bəzən vaxt az olur, bütün məlumatları xəstələrə müayinə vaxtı çatdıra bilmirik, amma bu videolar sayəsi ilə məlumatlanmalarını istəyirəm. Nələri bilməkləri lazımdır? 

“Əməliyyat olundum, niyə görmürəm?”

1. Əməliyyat əksər hallarda uğurla nəticələnir. Torlu qişa geriyə – yerinə yapışdırılır. Torlu qişa geriyə yapışdırılmış ola bilər, amma xəstənin əməliyyatdan sonra görməsi qane etməz xəstəni. O həkimə aid bir mövzu deyil. Yəni həkimin vəzifəsi torlu qişanı yerinə yapışdırmaqdır. Əgər qopan torlu qişa uzun müddət qopuq vəziyyətdə qalmış olarsa, o canlılığını itirmiş olur və gecikmiş torlu qişa qopmalarında əməliyyatın proqnozu o qədər də yüksək olmur. Xəstələrə əvvəlcədən məlumat veririk. Bizim vəzifəmiz torlu qişanı geri yerinə yapışdırmaqdır. Nəticə haqqında, funksiyanallıq haqqında, yəni görmə neçə faiz olacaq, heç bir məlumatımız yoxdur. 

Bizim müəllimimiz həmişə belə bir məlumat verərdi, “sel gəldi, ağacı kökü ilə birlikdə sürüdü, yerindən çıxartdı. Bizim vəzifəmiz ağacı geriyə – yerinə basdırmaqdır.” Əgər təkrar canlanarsa, görmə artarsa, nə gözəl. Yox, əgər canlanmazsa, artıq burada həkim suçlanmamalıdır:  “Əməliyyat olundum, niyə görmürəm?” 

Yəni həkim kimi bizim vəzifəmiz onu geri yerinə yapışdırmaqdır. Görmə mövzusu artıq həkimə aid olan mövzu deyil. Orqanizmə aid prosesin dərinliyi, gecikməsinə aid bir mövzudur. 

Qaz, yoxsa silikon vurma qərarı – əməliyyat əsnasında

Sonra, işin ikinci hissəsi, əməliyyatdan sonra gözə həkimin seçiminə görə ya qaz vurular və ya silikon vurular. Qazın növləri var, silikonun növləri var. O da yenə də həkimin özünün o anda verdiyi bir qərardır. Bəzən xəstəyə “Silikon vuracağıq” deyə girdiyimiz əməliyyatda hadisələr daha yaxşı olur və baxırsan ki, qaz tamponadası ilə işi tamamlamaq olar, qazla çıxırsan. Və ya böyük ehtimal qaz olacaq dediyimiz xəstəyə baxırsan, silikonla çıxırsan. Xəstəyə “Silikon qoyacağıq” deyirsən, sonra qazla çıxdığın halda xəstədə bir güvənsizlik əmələ gələ bilir. “Doktor, axı sən silikon vuracağam demişdin?..” 

Yəni dediyim kimi, bu mövzuları bəzən zaman olmur xəstəyə deyə bilmirik, amma bu hadisələrlə qarşılaşsalar, onlarda bir güvənsizlik əmələ gəlməsin. Yəni o hadisə tamamilə həkimə buraxılmalıdır. Həkim əməliyyatın gedişatında vəziyyətə uyğun olaraq qərar verir və ya əvvəlcədən vermiş olduğu fikirlərini, qərarlarını dəyişdirə bilir. 

Silikon birinci seçimimiz deyil

Heç bir həkim, əlbəttə, gözün içərisinə silikon vurmağı sevməz, çünki silikona bağlı problemlərimiz – gözdaxili təzyiqi qaldıra bilir və təkrar silikonu oradan almaq üçün ikinci bir əməliyyata ehtiyac olur. Ona görə imkan daxilində çalışırıq ki, əməliyyatı silikonsuz tamamlayaq, qazla tamamlayaq.

2 növ qazımız var: Yüngül qaz və ağır qaz. 

Yüngül qaz dediyimiz 2 həftəlik qazdır. Gözün içərisinə qaz vurulur, o qaz 2 həftəyə sovrulur. O qaz 2 həftəyə sovrulana qədər xəstədə görüntü olmur, görmə olmur. Yəni o periodda, o 2 həftəlik periodda narahat olmasınlar, “Ay görəsən, əməliyyat olundum, əməliyyatdan əvvəl də görmürdüm, yenə də görmürəm. Yəqin əməliyyatım uğursuzdur?” Bu narahatçılıqları keçirmələrini istəmərik.

Sonra ikinci dediyimiz C3F8 dediyimiz ağır qaz, 8 həftəyə sovrulur, 8 həftə müddətində. Baxmayaraq ki, xəstələrə əvvəlcədən məlumat veririk: “Qaz oradan 8 həftəyə, 2 aya sovrulacaq. Qaz sovrulana qədər görməniz olmayacaq. Sadəcə siluet seçəcəksiniz”. 

1 həftə, 2 həftə, 3 həftə… bizim bu sözlərimizi yadlarında saxlayırlar, sonra artıq yavaş-yavaş xəstə başlayır narahat olmağa: “Doktor, axı görmürəm? Doktor, görəsən, əməliyyat, bəlkə, uğurlu keçməyib?” 

Yəni o 8 həftəni səbirlə gözləsinlər. Əksər hallarda əməliyyat uğurlu olur və nəticəsi də çox gözəl olur. Xəstələri qane edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir