Salam, hər vaxtınız xeyir olsun. Bu gün keratokonus xəstəliyi haqqında danışmaq istəyirəm.
Ümumiyyətlə, keratokonusla bağlı az danışmışıq və cəmiyyətdə də çox ehtiyac olduğu üçün və məlumat az olduğu üçün mümkün qədər çox məlumat çatdırmağa çalışacağam.
Birinci video olaraq “Keratokonus nədir?”
Keratokonus gözümüzün buynuz qışasının degenerativ xəstəliyidir.
Həmin o buynuz qişa görmənin sındırma gücünün əsas hissəsini təşkil edir və onun səthinin hamarlığı bu görmə keyfiyyətimizi təmin edir. Yəni buynuz qişamızın səthi nə qədər hamar olarsa, kələ-kötürlüyü nə qədər az olarsa, o qədər daha keyfiyyətli görərik. Ola bilər iki insanıq, ikimiz də 100 faiz görərik. Faiz olaraq eyni görmüş olsaq belə, keyfiyyət fərqimiz var. O, buynuz qişanın səthinin hamarlığı və ya kələ-kötürlüyünə bağlı olur.
Keratokonusda lifləri bağlayan rabitələr normadan az olur
Keratokonus xəstələrində buynuz qişanı təşkil edən kollagen liflər var. Problem bu liflərə bağlıdır. Ona görə biz bu xəstəliyi genetik xəstəlik adlandırırıq. Yəni bir insanın liflərin quruluşu genə aid mövzuları tərənnüm elətdirir.
Yəni buynuz qişadakı o liflər. Bu, bir lif, bu da başqa bir kollagen lifi… Bu lifləri bir-birinə bağlayan rabitələr var. Həmin o rabitələrin sayı normadan az olur.
Mən bənzətmə olaraq deyəcəyəm. Bu rəqəmlər dəqiq rəqəmlər deyil. Misal üçün, əgər 2 lifi bir-birinə bağlayan 20 bağ varsa, aralarında 20 dənə rabitə varsa, keratokonus xəstələrində bunların sayı az olur: 8, 10, 12. Və o bağların sayının azlığına görə xəstəliyin pisləşmə sürəti dəyişir.
Yəni iki nəfər ikisi də keratokonus ola bilər, birisi ləng pisləşər, inkişaf edər, digəri isə sürətli şəkildə pisləşər. Yəni: “Ay Doktor, onda niyə ləng getdi, məndə sürətli getdi?” O bağların səviyyəsinə bağlıdır, miqdarına bağlıdır.
Keratokonus 15-30 yaşların xəstəliyidir
Keratokonus xəstəlik az öncə dediyim kimi digerativ xəstəlik və buynuz qişanın strukturuna bağlı bir problemdir. Erkən yaşlarda başlayır.
İndiyə qədər biz keratokonus xəstəliyini 15-30 yaşın, yəni son 20 ilə qədər elə deyirdik, “15-30 yaşların xəstəliyi” adlandırırdıq. Amma çox təəssüf ki, bu artıq sərhəd günü gündən daha da aşılmaqdadır. Hal-hazırda 15 yaşın altında və 30 yaşın üstündə çox, sayla deyə bilməyəcəyimiz qədər, həddindən artıq çox xəstərimiz var. Hətta əməliyyat olunan xəstələrimiz var. Yəni keratokonusun yaşı haradasa artıq 7-8 yaşlarına qədər düşdü. Düzdür, say olaraq 15-30 yaşlar hələ də üstünlük təşkil edir. Amma 15 yaşın altındakı xəstələrə də artıq keratokonus baxımından skrininq etmək ehtiyacı duyuruq.
Valideynlərdən hər hansı birində keratokonus xəstəliyi varsa, övladlar 7 yaşdan sonra ildə bir dəfə keratokonus baxımından heç bir problemləri olmasa belə, keratokonus baxımından yoxlamalıdırlar. Bu da onu göstərir ki, artıq keratokonusun yaşı daha da aşağı düşməyə başladı.
Keratakonus gözdə nə problem yaradır?
Keratokonus xəstəliyinin mahiyyəti nədir?
Az öncə qeyd etdiyim kimi bu liflər ki var, liflər buynuz qişanı təşkil edir. Normalda həmin o liflər buynuz qişanı bəlli bir rezisdentlik verməlidilər buynuz qişaya, bəlli bir dözümlülük verməlidirlər. Çünki göz turqoru olan bir gözdür, yəni sərtliyi olan bir gözdür. O, sərt qalsın deyə gözün içərisindəki maye var. O mayenin də bəlli bir təzyiqi var, gözü turboda saxlamaqdan ötrü. O təzyiq normadan çox və ya az olanda fərqli, fərqli problemlər ortaya çıxır.
Normal göz daxili təzyiq, buynuz qişa əgər çox incədirsə, təzyiq vurub buynuz qişanın formasını dəyişdirir. Yəni orada yırtıq kimi belə bir şeydir. Necə ki, qarın boşluğunda bir yırtıq əmələ gəlir, daxildəki orqanlar dərialtındakı şişkinlik şəklində, qrija şəkildə çölə çıxır, həmin eyni şəkildə də buynuz qişa nazikləşir və dikləşir.
Buynuz qişa nazikləşib dikləşincə həm mərkəzi hissə getdikcə qalınlığı azalır, yəni paximetriyamız daha aşağı düşür və ən önəmlisi isə asimmetrik asiqmatizm əmələ gəlir.
Bu astiqmat olunca da insanların görmə keyfiyyəti dəhşət aşağı düşür. Bu xəstələrin əksəriyyətini biz qapıdan girər girməz xəstə artıq belə baxınca artıq bəlli olur ki, “Hə, burada artıq bir problem var”, yəni yüksək astiqmat var. Və əgər çox irəliləmiş dərəcələrdədirsə, o qradasiya bolünür birinci mərhəllədən tutmuş dördüncü mərhələyə qədər, ən sonuncu mərhələdə hətta kənardan belə asanlıqla. yəni əlavə bir diaqnostik vasitəyə ehtiyac olmadan baxınca belə məlum olur ki, bu xəstədə keratokonus xəstəliyi var.
Keratokonus barədə ayıq-sayıq olmalıyıq
Keratokonus xəstəliyinin az öncə qeyd etdiyim kimi, yəni pasiyentləri daha çox forma olaraq şübhələnmirlər, narahat olmurlar. Daha çox görmə faizləri aşağı düşür deyə…. və görmələri yavaş-yavaş düşdüyünə görə xəstələrin əksəriyyəti fərqində olmur problemlərindən. Bunlar ya kimləsə bir “O, filan şeyi görürsənmi? Aa.., sən görürsən, mən görmürəm…” Bu şəkildə və yaxud da ki, hər hansı bir müayinədən keçən zaman keratokonusunun olduğu aşkar olunur.
Hətta bəzən, əvvəllər daha çox olur, son zamanlar daha azalıb, pasiyent həkimə gedir, zəif görmə şikayəti ilə həkim belə topoqrafiyası, cihazı əlində olmayan həkimlər belə bəzən keratokonus xəstəliyini qaçırdılar. Xəstəyə normal miop və ya astiqmatmış kimi eynək yazıb yola salırlar.
Əlbəttə ki, biz həkimlər olaraq keratokonus xəstəliyini aşkarlamaqdan ötrü mümkün qədər diqqətli olmalıyıq. Çünki bu xəstəlik nə qədər erkən yaxalamış olsaq, nə qədər erkən aşkarlamış olsaq, xəstəni o qədər daha zərərdən qurtarmış oluruq.
Əvvəlki zamanlarda keratokonusun müalicəsi üçün əlimizdən bir şey gəlmirdi, amma günümüzdə keratokonusun müalicəsi ilə əlaqədər kifayət qədər əlimizdə müalicə metodları, əməliyyat metodlarımız var. Onları da daha sonrakı videolarımızda söyləyəcəyik.
One thought on “Keratokonus nədir?”