eksimer-lazer-qorxulu-emeliyyatdirmi

Eksimer Lazer əməliyyatı qorxuludurmu?

Salam, hər vaxtınız xeyir olsun. Bu gün danışmaq istədiyim mövzu: “Eksimer lazer əməliyyatı qorxuludurmu?”

Pasiyentlərin bəziləri gəlir: “Doktor, bəs mən eynək taxa bilmirəm, kontakt linza istifadə edə bilmirəm, bezmişəm. Mən əməliyyat olmalıyam. Amma əməliyyatdan qorxuram. Əməliyyat, görəsən, necədir? Mən gözümü necə açıq saxlayacağam? Görəsən, çoxmu ağrı olacaq? Videolara baxıram, o videolarda qapaq açmaq mənə çox qorxulu gəlir. Hətta bəzən vahiməli gəlir.” 

Əlbəttə ki, bu, sinir sisteminə görə, psixologiyasına görə dəyişir.

Əməliyyatdan öncə sakitləşdirici dərmanlar veririk

Birincisi, əməliyyatdan öncə mütləq həyəcanı götürmək üçün biz dərmanlar veririk pasiyentlərimizə. Nə olur olsun, kim olur olsun nə qədər iradəli insan olsa da, yenə də orada bir həyəcan və ya tərəddüd olur. Mütləq bu həyacanı götürmək üçün dərman veririk. 

Əməliyyat 10 dəqiqə çəkir

Əməliyyatın özü, qapıdan, əməliyyat otağından içəri girib çıxmaq 10 dəqiqə çəkir iki göz üçün. Hər göz üçün təxminən 5 dəqiqə çəkir. Tamamən ağrısızdır və əməliyyat otağında, ən azından özümüz haqqında, bizim əməliyyat otaq haqqında deyə bilərəm, çox pozitiv əhval-ruhiyyə olur, pasiyentlərlə davamlı ünsiyyət olur, danışırıq, hətta zarafatlaşırıq, hətta lətifələr danışırıq onların əhval-ruhiyyəsi toparlansın, rahat olsunlar, gərginliklərini üstündən atsınlar deyə. Yəni nə qədər gərgin insan olmuş olsa belə, yenə də əməliyyat gedişatında biz çox problem yaşamırıq.

Əməliyyat tamamilə ağrısızdır

Əməliyyat qeyd etdiyim kimi təxminən 10 dəqiqə çəkir. ə Tamamilə əməliyyat ağrısızdır. Bir dənə əməliyyat mövzusunda: “Doktor, siz demişdiniz ağrısızdır, amma mən ağrı hiss etdim”.

Ağrı necə ola bilir? Biz əməliyyatı icra edərkən gözü açıq vəziyyətdə icra edirik. “Blepharostat” dediyimiz xüsusi bir alət var gözü açmaqdan ötrü. Misal üçün, əgər göz belə açıqdırsa, ağrıyarmı? Yox. Amma gərginləşiriksə, gözümüzü sıxırıqsa, istər-istəməz o dəmir alət qapaqlarımızı sıxıb ağrıdacaq. Yəni əməliyyat vaxtı biz ağrı hiss edəriksə, o həkimin vermiş olduğu ağrı deyil. Pasiyentin özünün özünə vermiş olduğu ağrıdır. 

Əlbəttə ki, hər insanın refleksləri fərqli olur. İnsan var əlini rahatlıqla gözünə yaxınlaşdırır, insan var əlini gözünə yaxınlaşdıra bilmir, bir refleks ona maneçilik törədir. Nə olur olsun, ağrısız və rahatlıqla əməliyyatları icra edirik. Kimisi daha rahat olar, kimisi bir az daha refleksləri ona maneçilik törədər. Bunlara baxmayaraq, bunların heç birinin əməliyyatın nəticəsinə bir təsiri olmur. 

Əməliyyatdan sonra 1 gün kontakt linza taxırıq

Əməliyyat 10 dəqiqə çəkir, iynə vurulmur, sadəcə yerli keyləşdirici damcılar istifadə edirik və əməliyyatdan sonra kontakt linza qoyulur. Kontakt linza ilə pasiyentlər bir gün keçirmiş olurlar. Səhərisi gün kontakt linzanı çıxardırıq.

99 faiz pasiyentlərimiz əməliyyatdan sonra: “Doktor, elə bu? Bilsə idim, bu qədər rahat olacaq bu əziyyəti, bu stresi çəkməzdim.” Və buradan da tövsiyəm, həqiqətən də, bu mənasız gərginliyi, stresi çəkməyə dəyməz. Yəni əməliyyat sizin düşündüyünüz qədər qorxulu, ağrılı, incidən bir əməliyyat deyil. Lazerlədir, çox yüngül keçir və dediyim kimi 10 dəqiqəyə də tamamən bitmiş olur. 

Və düşünün, 10 dəqiqəyə sizin illərdir əziyyət çəkdiyiniz bir problemdən azad olmuş olursunuz. Yəni bundan gözəl nə ola bilər?

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir