Hətta topoqrafik müayinə nəticəsində belə yenə də diaqnozu təsdiqləyə bilmədik. Şübhə yüksəkdir. Amma kertokonusu dəqiqləşdirə bilmədik. Belə olan hallarda istənilən halda xəstənin yaşına uyğun olaraq müşahidə müddəti verilir. Məsələn, xəstənin yaşı 20 ərəfəsindədirsə bunlarda bir ay, ay yarım və ya iki ay müşahidə müddəti veririk. Amma yaşı 30-35 yaşlardadırsa 6 aya qədər müşahidə müddəti veririk.
Hal-hazırkı bütün məlumatlar əlimizdə toplanmış olur. Xəstələrə təlimatlar verilir: gözünüzü ovuşdurmayın, tüstülü mühitlərdən uzaq durun, davamlı nəmləndirici dərman istifadə edin. Allergiya varsa allergiyanın qarşısını almaq üçün dərmanlar istifadə edin. Aşağı yaşlar üçün bir ay, ay yarım sonra kontrola gəlin, yuxarı yaşlar üçün 6 ay sonra kontrola gəlin.
Kontrola gəldikdən sonra həmin müayinələri təkrarlayırıq və müayinələr nəticəsində əgər neqativ bir dinamika yoxdursa, pisləşmə yoxdursa, yenə də ya şübhəni inkar etmiş oluruq və yaxud da hələ şübhələnməkdə davam edirik. Və ya əgər pisləşmə varsa, neqativ dinamika varsa, belə olan hallarda artıq diaqnoz təsdiqlənmiş olur. Diaqnoz təsdiqlənən kimi artıq müalicə mərhələlərinə keçilir.
Şübhəli hallar daha çox uşaq yaşlar üçün çox önəmlidir. Aşağı yaşlardaən çox bizi narahat edir bu şübhəli hallar. Ona görə uşaq yaşlarda xəstələr üçün valideynlərə də buradan tövsiyəm: əgər keratokonusda şübhə mövzusu varsa. . . Çünki baxıram xəstələr kartda qeyd etmişik “Keratokonusa şübhə halı var, 2 ay sonra kontrola gəlin” deyə. Xəstə gedib, bir il sonra gəlirlər. Düzdür, çox şükür, əksəriyyətində bir sıxıntı yaşanılmır. Amma əgər bu doğrudan da gedişat keratokonusa doğru olsa idi, biz nələrlə qarşılaşa bilərdik. Valideynlərə bu haqda məlumat vermiş olmağımıza baxmayaraq, yenə də bəzən pandemiyanı və yaxud da başqa bir səbəbləri gətirib səhlənkarlıq edirlər. Yəni məncə, uşaqların rutin kontrollarını, axsatmamalıdırlar, vaxtında icra etməlidirlər.