Düzdür “Keratokonusda eksimer lazer” danışmışdıq. Amma keratokonus şübhəsi olan xəstələrdə eksimer lazer danışmamışdıq. Xəstələr eksimer lazer müayinəsinə gəlirlər. Eksimer lazer müayinəsi zamanı məlum olur: buynuz qişada relyef problemi var. Bəzi parametrlər keratokonusa uyğun gəlir, bəzi parametrlər keratokonusa uyğun gəlmir və qalırıq şübhəli halda. Yəni buynuz qişada “papyon” dediyimiz dikləşmələr var. Dikləşmələr alt tərəfdə yuxarıya nisbətən daha böyükdür, daha yüksəkdir. Gələcəkdə keratokonus olma riski var bu pasiyentlərdə.
Belə olan hallarda biz eksimer lazer eləməklə buynuz qişanın rezisdentliyini daha da artırmış olarıq və gələcəkdə keratokonus olacaqsa, prosesi bir az da proqressivləşdirmiş olarıq. Bu vəziyyətdə xəstəyə zərər vermədən problemi həll eləməyin yolu: əgər şübhə varsa və ya şübhə böyükdürsə, belə olan hallarda xəstələri keratokonus xəstəsi kimi nəzərə alıb iş görürük. Yəni həm xəstədə refraktiv dəyərlər eksimer lazer vasitəsilə aradan qaldırılır, daha sonra hər ehtimala qarşı buynuz qişa cross-link əməliyyatı vasitəsilə möhkəmləndirilir, sərtləşdirilir ki, gələcəkdə reqressiya, ektaziya problemi ilə qarşılaşmayaq, xəstələrdə eksimer əməliyyatının nəticələri daha stabil olsun və ömür boyu onlarda bir problem yaşamasın.