Bu mövzu torlu qişa incəlmələri içərisində özəl bir mövzudur. Mən “Torlu qişa incəlmələri” başlığı altında 5 patologiya saymışdım, bu altıncı incəlmələrə aid deyil, amma torlu qişanın qopmasına gətirib çıxaran patologiyadır. Adı “At Nalı Yırtığı”.
Niyə bunu incəlmələr kimi o qrupa daxil etmədik? Çünki digərlərinin hamısının torlu qişasını qopmağa gətirib çıxardan bir gedişatı olur və bu xəstəliklərin Snail Track və yaxud da Lattice Degenerasiyası… Bilirik ki, bu hara gətirib çıxaracaq. Amma At Nalı Yırtığının xəbərdar edici əlamətləri olmur. Yəni normal xəstə gəlib müayinə edirik. Ondan şübhələnmirik ki, sizdə At Nalı Yırtığı ola bilər. At Nalı Yırtığı tamamən gözləmədiyimi zbir halda sürpriz bir şəkildə ortaya çıxır. Əksər hallarda travmaya bağlı olur, sərt hərəkətlərə bağlı olur, ani boyun, baş, yuxarı hissələrdə təzyiqin qalxmağına bağlı olur. Yəni bu, güclü asqırma, güclü öksürmə, gücənmə, tək başına ağır bir əşya qaldırma. Belə hallarda bəzən çox xəstədə baxırıq qan təzyiqinin qalxmağına bağlı olaraq da arterial təzyiq qalxır 200-220, “Ondan sonra belə bir hadisə ilə qarşılaşdım” deyir. Bunlara bağlı olaraq torlu qişada at nalına oxşar bir yırtıq, cırılma əmələ gəlir.
At Nalı Yırtığı bu digər patologiyalar içərisində ən sürətli şəkildə torlu qişa qopmasına gətirib çıxaran patologiyadır. Ona görə əvvəlki yazıda qeyd etmişdik ki, torlu qişada dəlik gördükmü, zaman itirmədən lazerlə koaqulyasiya olmağını əmr edirik. At nalı yırtığı da həmin patologiya kimidir. Əgər belə bir patologiya gördükmü, zaman itirmədən həmin o At Nalı Yırtığının ətrafları, torlu qişaya yapışan hissələri 360 dərəcə əhatə edəcək şəkildə Baryer Lazer Fotokoaqulyasiya olunmalıdır.
Bir də qeyd edim ki, bu At Nalı Yırtığı digər torlu qişa incəlmələrin içərisində ən təhlükəli olanıdır və bizim həkim olaraq ən çox qorxduğumuz patologiyadır. Burada da gecikmə önəmlidir. Yenə dəilk dövrlərdə, əgər torlu qişanın At Nalı Yırtığının kənar hissələri, periferik hissələri qalxmayıbsa, yəni altına maye keçməyibsə, lazer fotokoaqulyasiyadan daha çox effekt görür. Amma torlu qişanın yan hissələri, periferik hissələri artıq altına maye keçib, qopmağa başlayıbsa, bəzən, həmişə yox, amma bəzən lazer koaqulyasiya da kömək etmir və torlu qişanın qopması ilə nəticələnir.