retinanın arqon lazerle berkidilmesinden sonra şikayetler

Torlu qişanın arqon lazerlə bərkidilməsindən sonra

Arqon lazer fotokoaqulyasiyadan sonra nələr olur, nələrlə qarşılaşır pasiyentlər?

Əslində, arqon lazer fotokoaqulyasiyası prosesi bitdikdən sonra 15-20 dəqiqə rəngli görmə, yəni kimisi bənövşəyi rəngdə görür, kimisi qırmızı rəngdə görür, kimisi mavi rəngdə görür… Onun da səbəbi prosedur vaxtı kontakt linzanı bir az daha gözə sıxmış oluruq, gözün təzyiqi anidən boşaldığına görə elə bir hal olur. 

Və visko-elastiklər işlədirik. Gözləri bir neçə müddət, bir neçə dəqiqə yapışqanlı olur. Sonra buynuz qişa, gözün içərisi məhlullarla yuyulur, rahatlayırlar. Həmin günü istirahət edirlər. Amma ertəsi günü normal işlərinə davam edə bilirlər. 

Bəzi pasiyentlər zəng eləyib və ya gəlib fərqli bir şikayətləri olur:

“Doktor, bu lazerdən sonra mənim başım ağrımağa başladı”.

və ya,

“Doktor, bu lazerdən sonra mənim gözüm ağrımağa başladı”. 

ya da,

“Doktor, bu lazerdən sonra mənim bəbəyim gen qaldı”.

və yaxud da,

“Doktor, bu lazerdən sonra mən yaxını dumanlı görməyə başladım.”

Bunların əslində heç birisinin lazer koaqulyasiya ilə əlaqəsi yoxdur. Bu ola biləcək şikayətlərin hamısı o prosedur vaxtı keçirtmiş olduğumuz narahatlıqlara bağladır. 

Əgər prosesin gedişatı vaxtı bir insan özünü həddindən artıq sıxarsa, bu gərginliyə bağlı spazm olur, baş ağrısı verə bilir.

Və ya halsızlıq oldu, bizim əməliyyatdan öncə həyəcanını götürmək üçün verdiyimiz tabletlər çox nadir halda halsızlıq verə bilər.

Ağrı… Mümkün deyil ağrı olsun. Sadəcə olaraq həddən artıq çox həssas olduqları üçün, bəlkə də, əvvəllər də yüngül ağrıları olurdu. O vaxtı prosedur olmamış deyə fikir vermirdilər, ciddiyə almırdılar. İndi prosedur olandan sonra həmin şeylərin üstünə daha çox fokuslanırlar, daha çox nigaran qalmağa başlayırlar.

Bəbəyin gen qalmağı o da əksər hallarda psixoloji gərginliyə bağlı olur. Çünki o bəbəyi böyütmək üçün olunan dərman həmin xəstəyə, tutaq ki, bir həftə əvvəlcədən də tökülübmüş, göz dibi müayinəsi olunub, patologiya aşkar olunan periodda. O vaxt bəbək gen qalmamışdı, amma lazerdən sonra gen qalır. Lazerdən sonra gen qalmağın səbəbi çox gərgin olurlar, gərgin olduğuna görədir. “Hə, doktor, bəs nə zaman keçəcək?” Onun keçmə müddəti də spesifikdir. Yəni insanın, orqanizmin özünə bağlıdır. Nə qədər onu beynimizdə böyütməsək, nə qədər prosesi, hadisəni unutmağa çalışsaq, o qədər sürətli şəkildə həm yaxın görmə problemimiz daha sürətli şəkildə düzəlir, həm bəbəyin ölçüləri daha qısa müddətdə öz təbii halına geri dönmüş olur. 

Lazer koaqulyasiyalar xəstənin gözü və orqanizmi üçün, gələcəyi üçün təhlükəsizdir, əlavə heç bir problem çıxara bilməz. 

Ola biləcək və ya rastlaşdığımız problemlər birbaşa lazer koaqulyasiyası ilə bağlı deyil, o dövrdə,o anda bizim keçirmiş olduğumuz gərginliklərə, stressə, yorğunluğa bağlı olur və əksər hallarda da heç bir müdaxilə etmədən zamanla öz-özünə keçib gedir.

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir