tek terefli katarakta-iki terefli katarakta

Katarakta tək tərəfli, yoxsa ikitərəfli olur? [Katarakta: 7]

Praktikada da çox rast gəlirik.  Yaşılıq kataraktası əksər hallarda ikitərəfli olur. Amma şərt deyil. Yəni mütləq kataraktaiki tərəfdə olacaq deyə, bir qayda-qanun yoxdur. Təktərəfli də ola bilir. 

Əksər hallarda ikitərəfli olur. Məsələn, bir gözdə daha çox bir gözdə daha az. Rast gəldiyimiz budur. 

Çox nadir hallarda təktərəfli də ola bilir. Xəstə gəlir bir göz, sol göz 100 faiz görür, sağ gözü 5 faiz görür, sağ gözdə bariz bir kataraktası olur. 

Yəni kataraktanın iki gözdə və ya tək gözdə olmağı ilə əlaqədar bir qanuna uyğunluq yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir