Əlbəttə ki, bütün xəstəliklər nə qədər erkən üstünə düşülərsə, o qədər asan həll olunur və təhlükəli hala keçmir. Xəstəliyin özü, onsuz da, normanın kənara çıxmasıdır. Yəni əgər norma deyilsə, deməli, qorxuludur. Amma onun təhlükəlilik dərəcəsi “az qorxulu” və ya “çox qorxulu”dur.
Bütün xəstəliklər, həmçinin də katarakta nə qədər erkən üstünə düşülərsə, o qədər daha asan problem həll olar və əlavə fəsadlar çıxmaz. Katarakta niyə qorxulu ola bilər?
Yanaşı xəstəlikləri qaçıra bilərik
Əvvəlki yazılarımızda qeyd etmişdik, qaldıqca qlaukoma riski çox yüksək olur, qaldıqca iltihab hüceyrələr əmələ gətirir, iltihablanma riski yüksək olur.
Qaldıqca digər problemləri qaçırtma riski olur.
Şəkər xəstəsidir, katarakt əmələ gəldi. Biz gözün arxasını müayinə edə bilmirik, gözün arxasında proseslər gedir, heç kimin xəbəri yoxdur. Xəstə kataraktaya görə, onsuz da, görmür, buna əlavə olaraq gözün arxasında şəkər xəstəliyinə bağlı bir qanama əmələ gəldi və ikinci bir problemimiz var, fərqində də deyilik. O problem daha da artmağa başlayır.
Yaxşı görməmək qəzaya səbəb ola bilər
Və ya katarakta bir insanın həyat fəaliyyətini çox aşağı salır, qəzalara gətirib çıxarda bilər. Bəzi pasiyentlər var, baxıram xəstənin görməsi, 10 faizdir, bu adam avtomobilidarə edir! Təsəvvür edin! Fərqində deyil!
– Yox, doktor, görürəm.
– Müəllim, siz görürsünüz. Amma bu görüntüavtomobil idarə etmək üçün yetərli deyil.
Yəni az görmə, ya istəyir avtoqəzalar olsun və ya məişət qəzaları olsun, bunlara səbəb verə bilər.
Büllur sərtləşdikcə əməliyyat çətinləşir
Hadisənin tibbi tərəfinə təkrar yenə də baxsaq, katarakta nə qədər qaldıqca nə qədər sərtləşərsə, əməliyyatın gedişatı o qədər çətinləşir. Biz gözün içərisində nə qədər çox işləsək, ətraf toxumaları o qədər daha çox zərər veririk və reabilitasiyamız çətinləşir. Hadisəyə bu baxışdan baxsaq, əlbəttə ki, katarakta vaxtında müdaxilə edilməsə, təhlükəli hal alır və artıq qorxulu bir xəstəliyə çevrilmiş olur.