“Əməliyyat üçün katarakta mütləq yetişməlidirmi?”
Bu mövzu bir az insanları narahat edir bəzi pasiyentləri.
Xəstə gəlir. “Katarakta başlayıb” deyirik və yaxud da ki,”Kataraktanız var, əməliyyat olmalısınız.”
– Doktor, yetişib ki?
Hal-hazırda biz ultrasəs istifadə edirik, amma 2000-ci ildən öncə ultrasəs Azərbaycanda olmadığına görə, ondan əvvəli, ümumiyyətlə, dünyada olmadığına görə o vaxtlar katarakta (mirvari) bulanırdı, onun tamamən sərtləşməyini gözləyirdik.
Niyə?
Çünki büllur “yetişməyəndə” yəni tam sərtləşməyəndə yumşaq olur.
Əvvəllər katarakta əməliyyatı xüsusi qaşıqlar var idi, onlarla icra olunurdu. Böyük bir sahədə kəsik aparırdıq buynuz qişada. O qaşıqları salıb büllur kütləsini çölə çıxarırdıq. Büllur kütləsi nə qədər sərt olsa, o qədər bütöv şəkildə çıxırdı. Yumuşaq olanda jele kimi yayılır, dağılır, tam çıxartmaq çətin olur.
Ona görə o vaxtlar mirvarinin tam yetişməsini gözləyirdilər, yəni tam sərtləşməsini gözləyirlər ki, bu da o deməkdir ki, xəstə artıq ayağının altını görmürdü. Yəni o hala gəlib çıxırdı.
Amma hal-hazırda artıq ultrasəslə katarakt əməliyyatı fakoemulsifikasiya dediyimiz bir metod istifadə etdiyimizə görə artıq kataraktanın yetişməyinə ehtiyac yoxdur. Çünki biz kataraktanı bütöv bir şəkildə göz daxilindən çölə çıxartmırıq.
Hazırda xüsusi alətlər – “handpiece”lər var. Təxminən 2.2 mm-lik bir kəsik açmaqla aləti gözün daxilinə, büllurun mərkəzinə yerləşdiririk. Alət həmin oradakı bulanmış büllur kütlələrini xırda parçalara ayırır və onu oradan, içəridən sorur. Büllur kütləsini təmizləyir, yerinə xüsusisüni linza implantasiya edirik.
Yəni günümüzdə mirvari suyu əməliyatını icra etmək üçün büllurun yetişməyinə ehtiyac yoxdur.