Katarakta ilə yanaşı xəstəliklər_ Buynuz qişa bulanması

Katarakta ilə yanaşı xəstəliklər: Buynuz qişa bulanması [Katarakta: 20]

Katarakt xəstəliyi olan xəstələrdə əlavə, ikincili bir problem olaraq buynuz qişa bulanmaları varsa, neyləyəcəyik? 

Buynuz qişa bulanması olan xəstələrdə katarakta əməliyyatı bir xüsusiyyət, özəllik daşıyır. 

Buynuz qişa niyə bulanar? 

  1. Keçirilmiş travma nəticəsində buynuz qişa bulana bilər. 
  2. “Stem cell” yetməzliyi dediyimiz limbal bölgədə hüceyrə azlığı olar. Buynuz qişada yenilənmə, regenerasiya prosesi ləng gedər və bunun nəticəsində buynuz qişa bulanar, damarlanar. 
  3. Əsasən də uşaqlıq dövrlərində keçirilmiş viral infeksiyalardan: herpesdən, su çiçəyindən, məxmərəkdən sonra buynuz qişada qalıq izləri və ya axır vaxtlar çox dəhşət yayılıb adenovirus kerato-konyunktivitindən sonra qalıq izləri. 
  4. Uveyt – danışmışdıq əvvəllər, uveytdən sonra buynuz qişada bulanma, endotelial distrofiyası olan xəstələr. Bunların nəticəsində buynuz qişanın şəffaflığı azalır və ya əvvəllər zəif görmə əməliyyatı olmuş, daha sonra “haze” dediyimiz buynuz qişada subepithelial bulanıqlar əmələ gələn xəstələr. 

Bunların hamısında buynuz qışanın şəffaflığı azalır. 

Əməliyyat vaxtı biz gözün daxilində büllur kapsulu və büllurun daxilində işləmək üçün keyfiyyətli bir görüntü istəyirik. Amma büllur şəffaf deyilsə, o keyfiyyətli görüntü əldə olunmur, bu da istər-istəməz əməliyyatın gedişatına, cərrahın rahat əməliyyatı icra etməyinə maneçilik törədir. 

Belə olan hallarda buynuz qişa bulanmalarının əksəriyyəti, 99 faizi qalıcıdır və hər hansı bir dərman və ya cərrahi vasitə ilə ortadan qaldırıla bilmir deyə məcbur bulanıqlığa bir şey edə bilmirik. Sadəcə o bulanıqlıq varsa, əməliyyatda planımızı ona görə qururuq. 

Yəni bulanıqlığı nəzərə alıb əlavə ekstra boyalar var, o işləyəcəyimiz kapsullar ki, var onlar şəffafdırlar, əgər buynuz qişanın şəffaflığından narahatçılığımız varsa və həmin şəffaf büllur kapsulunu görə bilməyəcəyiksə, o zaman xüsusi boyayıcı vasitələrdən istifadə edib büllurun ön kapsulunu boyamaq və əməliyyatı qüsursuz icra etmək ehtiyacı doğur. 

Yəni buynuz qişa bulanması olan xəstələrdə əməliyyat xüsusiyyət daşıyır və əməliyyatın gedişatı əksər hallarda professional yanaşma ilə qüsursuz, tamamlanmış olur.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir