Yeni eksimer lazer cihazı SCHWIND AMARIS xüsusiyyətləri: Əvvəlki əməliyyatlar

Çox maraqlı bir mövzu gəldi ki, 

“Doktor, əvvəl əməliyyat olan pasiyentlər sizin bu mövzulardan sonra sizcə nə düşünəcək? İnsanların ürəklərindən keçərmi ki, görəsən, Bəs, məni niyə əvvəlki aparatla əməliyyat elədilər?'” 

DAVAMI

[Çəpgözlük 1] Çəpgözlüyün növləri

İndiyə qədər bəzi xəstəliklərdən biz seriya olaraq danışmışdıq. 

Nədən danışmışdıq? Məncə, kataraktanı danışmışdıq, qlaukomanı danışmışdıq, eksimeri danışmışdıq, keratokonusu danışmışdıq seriya olaraq. 

Düzdür, tamamlamamışıq hələ bəzi mövzuları. Amma yeni bir mövzudan çəpgözlük haqqında bir seriya başlayaq istəyirəm. Gedə bildiyimiz qədər gedək, sonra da, gələcəkdə sizlərdən gələn sualların əsasında bir az daha detallaşarıq. 

DAVAMI

Yaş artdıqca görmə dəyişərmi? 

Sual bu şəkildə gəldi. Əslində bu bir az tam cavab verə biləcəyim bir sual deyil. Görmə dəyişərmi? 

Yəni burada ayırmalıyıq. Bu “yaş” deyəndə yəni, 20 yaşından sonranı deyək. 19-20 yaşdan sonra… Yaş artdıqca göz nömrələri, yəni “gözün dərəcələri” də-yiş-məz! Adətən… 

DAVAMI

[Qlaukoma 17] Gözdaxili təzyiqinin aşağı düşməsi: Hipotoniya

Göz təzyiqinin yüksək olması haqqında yazmışdıq. İndi bir istisna eləyək: “Göz təzyiqi normadan aşağı olsa nə olar?” 

Necə ki, gözün təzyiqinin yuxarı olmağı təhlükəlidir, aşağı olmağı ondan da təhlükəlidir və buna çox nadir rast gəlirik. 

DAVAMI

[Qlaukoma 16] Qlaukomanın əlamətləri

Bu gün qlaukomaların əlamətləri haqqında məlumat vermək istəyirəm. 

Yenə altı qırmızı xətlə çəkiləcək cümlə:

“Qlaukoma əlamətsiz gedən xəstəlikdir!” 

Yəni insanlar qlaukomadan şübhələnməkdən ötrü əlamət gözləməsinlər ki, “Filan əlamət demişdi, o əlamət məndə yoxdur, demək qlaukoma məndə ola bilməz.” Elə bir söhbət yoxdur. 

DAVAMI

[Qlaukoma 15] Palpator gözdaxili təzyiq ölçmə metodu

Çoxlu müayinə metodları dedik və belə bir sual çıxa bilər: 

“Doktor, siz daha çox hansı metoda güvənirsiniz?” 

Əslində rəqəm olaraq bütün metodlar mənim işimə yarıyır. Praktikada daha çox pnevmatonometriya istifadə edirik. Amma şübhəli hallarda ən çox özümə güvənirəm. Bu bir az bəlkə də qəribə gəldi sizə. “Özümə” deyəndə, barmaqlarıma güvənirəm. 

DAVAMI

[Qlaukoma 14] Psevdoeksfoliativ qlaukoma

Belə bir sual soruşulur: “Yalançı aşağı təzyiq olurmu?” 

Düzdür, “yalançı aşağı təzyiq” – elə bir termin yoxdur, amma təxmini olaraq sualın məqsədi aydındır. 

DAVAMI

[Qlaukoma 13] Gözdaxili təzyiqi necə dəqiqləşdirə bilərik?

Gözdaxili təzyiqi dəqiqləşdirmək üçün nə etməliyik? 

Xəstə gəldi, müayinə olundu, pnevmatonometriya oldu, təzyiq çıxdı: yuxarı və ya aşağı, norma…

Şübhələndik və dəqiqləşdirmə ehtiyacı doğdu. Dəqiqləşdirmə ehtiyacı doğunca, əvvəlki yazılarda qeyd etdiyim kimi, fərqli metodlar, digər metodları mütləq kombinə etmək lazımdır. 

DAVAMI

[Qlaukoma 12] Gözdaxili təzyiq səhv ölçülə bilərmi?

Gözdaxili təzyiqi ölçərkən xəta baş verə bilərmi? Yəni əlimizə gələn rəqəmlər bizi aldada bilərmi? Əlbəttə! 

DAVAMI