Allergiyası olan pasiyentlərdə katarakt əməliyyatının xüsusiyyətləri.
Əvvəlcə allergiyalar fərqli çeşidlikdə ola bilər:
- Nəyəsə qarşı allergiya
- Allergiyanın kəskin və ya xronik olması
- Allergiyaya genetik meyillik
Belə bir şeylər. Bu mövzuları nəzərə alıb bir yanaşma tərzi olmalıdır.
Əvvəlcə allergiya sakitləşdirilməlidir
Əgər kəskin allergik fon varsa, nə olur olsun öncə allergik fon sakitləşdirilməlidir, ondan sonra əməliyyata girilməlidir.
Dərmanlar seçilərkən allergiya nəzərə alınmalıdır
Allergiyaya meyllik varsa, amma əməliyyat öncəsi allergiyanın əlamətləri yoxdursa, ehtimal var ki, əməliyyat vaxtı işlətdiyimiz dərmanlara və ya əməliyyatdan sonra profilaktik məqsədlə işlətdiyimiz antibiotik və ya ilthab əleyhinə dərmanlara qarşı allergiya olma ehtimalını nəzərə alıb ona görə tədbir görülür.
Bəzi insanlar da var ki, onlarda xroniki olaraq allergiyanın varlığı və allergiyaya aid qalıq əlamətlər, buynuz qişa şəffaflığının azalması, stem cell yetməzliyi, qapaqların içərisində konyunktivanın, hamarlığının pozulması, follikulların əmələ gəlməsi, hətta çapıq (scar) dediyimiz toxumaların əmələ gəlməsi… Belə olan hallarda da mütləq öncə allergiyanın basdırılması, yəni azaldılması, ondan sonra uzunmüddətli xroniki allergiyanın toparlanması üçün xüsusi dərmanlarımız var, sitostatiklər, onların istifadə olunması və çapıqlar varsa, o çapıqların yumşaldılması üçün nəmləndiricili və yağlayıcı dərman vasitələrinin istifadə olunması.
Bunlarla gözü toparlayıb nisbətən stabil hala gətirib, bundan sonra əməliyyat icra olunması tələb olunur. Əgər bunları nəzərə alarıqsa, istədiyimiz şəkildə əməliyyatımız nəticələnər və xəstələrimiz məmnun qalar.