Katarakta ilə yanaşı xəstəliklər_ Kirpiklər və Kirpik dibləri

Katarakta ilə yanaşı xəstəliklər: Kirpiklər və Kirpik dibləri [Katarakta: 22]

Katarakta mövzusunda yanaşı gedən göz xəstəliklərindən biri də: “kirpiklər və kirpik dibləri” ilə bağlıdır. 

Kirpik və kirpik dipləri niyə maraqlıdır katarakt əməliyyatı üçün? 

Kirpik diblərinin gigiyenik təmizliyi

Bəzi xəstələr var ki, kirpik tiplərində kəpəklənmə və iltihab əlamətləri olur. Kirpik dibləri təmiz deyilsə, yəni kəpəklənmə və iltihab varsa, mütləq əməliyyat öncəsi bunlar aradan qaldırılmalı, sonradan əməliyyat icra olunmalıdır. Çünki əməliyyatdan sonra buynuz qişa və gözdaxili əməliyyatlar o qədər həssas əməliyyatlardır ki, çox asanlıqla iltihablana bilir. Yəni kirpik dibindən qısa müddətdə o iltihab hüceyrələri, bakteriyalar, gözdaxilinə keçib çox ciddi problemlərlə bizi üzləşdirə bilər. Belə hallar olmasın deyə mütləq kirpik dibləri səhmana salınmalıdır.  Bu bir. 

Distichiasis – kirpiklərin sıralanmasının pozulması

Kirpiklərlə yaşadığımız problemlərdən biri də kirpiklərin sıralaması – distichiasis dediyimiz. Kirpiklər normalda üç sıra ilə kirpik diblərindən çıxır və göz tərəfə deyil, bayır tərəfə doğru istiqamətlənir. Bəzi insanlarda fərqli səbəblərdən kirpiklərin cərgəsi pozulur və hətta bəziləri gözün içərisinə doğru əyilir.  Belə olan hallarda nə olur? 

  1. Həmin o gözün içinə doğru əyilmiş kirpiklər buynuz qişamızı və gözü davamlı iritə eliyir, cızır. Cızılan buynuz qişa açıq yara olduğuna görə yenə də iltihablanmağa, infeksiya tutmağa meylli olur və əməliyyatdan sonra problem yarada bilər.  Bu bir. 
  2. Çox böyük xəstələr üçün diskomfort olur, daimi batma hissi. Xəstələr davamlı əllərindən bu şəkildə, belə eləmə ehtiyacı hiss edirlər ki, gözləri rahatlasın. Davamlı göz qızartılı olur, davamlı göz sulanır. Belə olan hallarda əgər kirpiklərin düzgün çıxmağı ilə bağlı problem varsa, hər hansı bir şəkildə kirpiklər səhmana salınmalıdır. 

“Nataraz çıxmış kirpiklərin necə səhmana salmaq olur?” – başqa bir videoda onlarla əlaqədar bir məlumat verərəm. Yəni əməliyyat öncəsi yenə də həm kirpik dibi təmizliyi, yəni gigiyenası, ikincisi də kirpiklərin düzülüşü (sıralanması), onlar səhmana salınır, ondan sonra katarakt əməliyyatı icra olunur. 

Əgər bu şəkildə işimizi görmüş olarsaq, əməliyyatdan sonra ciddi bir problemlə qarşılaşmarıq, istədiyimiz nəticəni əldə edərik.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir