Katarakta və yanaşı gedən xəstəliklər seriyasının davamı olaraq “Keratokonslu xəstələrdə katarakta” mövzusuna toxunacağam. Ya da “Katarakta və keratokonus”.
Kertokonus, yenə də əvvəllər bəhs etmişdik, xatırlayırsınızsa, buynuz qişanın degenerativ problemidir.
Buynuz qişa formasını bəlli bir səbəbdən dəyişir. Buynuz qişanın forması dəyişincə əyrilik radiusu dəyişir və fərqli problemlərlə qarşılaşa bilirik.
Əsas qarşılaşdığımız ən böyük problem:
- yüksək dərəcəli astiqmatlar,
- bu astiqmatın qaydaya uyğun olmamağı.
Bu nə deməkdir?
Normal qaydaya uyğun olan astiqmatlar -3 astiqmat var: Gözə -3 şüşə qoyursan, xəstənin görməsi artır. Bunları korresiya eləmək daha asandır. Amma qaydaya uyğun olmayan asiqmatlarda yenə -3 -dür, amma qaydaya uyğun deyil. Yəni -3 xəstənin gözünün qabağına qoysan, görməsi qaydaya uyğun qədər artmır. Yəni çox da görmə keyfiyyəti artmır, korreksiyası çətin olur.
- Birinci, astiqmat.
- İkinci, buynuz qişanın şəffaflığının pozulması.
- Üçüncüsü, buynuz qişanın tam mərkəzində bizim optik oxun yerləşmə nöqtəsi var, həmin o nöqtə, yəni mərkəzi nöqtə keratokonuslu xəstələrdə nisbətən aşağıya doğru yer dəyişdirdiyinə görə keyfiyyətli görmə əldə eləmək mümkün olmur. Yəni görmə keyfiyyəti aşağı düşür. Əksər hallarda kölgəli görmə, ikili görmə və yayılma – görüntüdə yayılma.
- Və digər bir hal: əgər keratokons xəstəliyi həddindən çox irəliləyibsə, həddindən çox proqressivləşibsə, mərkəzi hissəsində çapıq, dumanlılıq, bulanıqlıq əmələ gəlir. Bu da görmə keyfiyyətini aşağı salır.
Bəs keratokonslu xəstələrdə, əgər katarakt olarsa, necə davranmaq lazımdır?
- Birinci tədbir: keratokonsun proqressivləşməyinin dayandığından əmin olmaq.
- İkinci tədbir: buynuz qişadakı astiqmatı nəzərə alıb, ona uyğun olaraq əməliyyat üçün gözdaxili linzanın təyin olunması, seçilməsi.
Çünki belə xəstələrdə standart bir əməliyyat icra edərsək əgər, əməliyyatdan sonra xəstələrin görməsində əksər hallarda çox ciddi bir fərq olmur və xəstələr narazı qalırlar əməliyyatın nəticəsindən.
Belə olan hallarda mütləq dediyim kimi, astiqmatı nəzərə alıb icra olunan əməliyyatlar xəstələr üçün daha komfortlu və istədiklərini əldə eləmiş olurlar.
Çox nadir halda az öncə qeyd etdiyim qaydaya uyğun olmayan, astiqmatları yüksək olan xəstələrdə isə əməliyyat icra etmiş olsaq belə, yenə keyfiyyətli görmə əldə olunmur. Həm də kölgəli görmə, həm ikili görmə və axşamlar qamaşmalar çox olduğuna görə belə xəstələrə əməliyyatdan bir neçə ay sonra hibrid lizalar tövsiyə edirik. Görmə keyfiyyətini artırmaqdan ötürü.
Yəni demək istədiyim mövzu: əgər əməliyyat öncəsi detallı bir müayinə apardıq və xəstədə keratokonus aşkarlandısa, bu mövzu mütləq xəstə ilə müzakirə olunmalıdır. Çünki əməliyyatdan sonra əldə edəcəyimiz nəticələrə birbaşa təsir edir və xəstənin gözləntilərini problemə uyğun olaraq formalaşdırmaq lazımdır ki, əməliyyatdan sonra xəstə narazı qalmasın.