Katarakta ilə yanaşı xəstəliklər: Refraktiv əməliyyat olunmuşlar [Katarakta: 25]

“Daha əvvəllər refraktiv əməliyyat icra olunmuş gözlərdə katarakta əməliyyatı” – növbəti mövzumuz belədir. 

Refraktiv əməliyyatlar bir neçə qrupa bölünür. 

  • Günümüzdə ən çox yayılmış eksimer lazer. “Eksimer lazer əməliyyatı olunmuş xəstələrdə keratokonus xəstəliyinin xüsusiyyətləri” bir hissəsi bu olsun, 
  • ikinci hissəsi “Fakik IOL”, yəni refraktiv məqsədlə icra olunan göz daxili linza əməliyyatlarından sonra katarakta əməliyyatı. O da maraqlıdır. 

Yəni bu yazımız iki hissədən ibarət olacaq. 

Eksimer lazer əməliyyatı olanlarda katarakta əməliyyatı

Birincisi, erkən yaşlarda, gənc yaşlarda – 20, 21, 19 yaşlarında eksimer lazer əməliyyatı olub. Əməliyyatdan əvvəl xəstənin gözünün parametrləri: -5, -6 və ya astiqmatı var idi. Əməliyyat oldu. Əməliyyatdan illər sonra pasiyent gəldi, 50-55 yaşına gəldi çatdı və hal-hazırda katarakta problemi yaşayırıq. Katarakta əməliyyatındakı nə ilə qarşılaşa bilərik? Hansı problemlərlə qarşılaşa bilərik? 

Ən böyük problem refraktiv əməliyyat keçirmiş xəstələrdə katarakt əməliyyatı üçün hazırlıqda ən böyük problem “refraktiv error”lar. Yəni əməliyyatdan sonra istədiyimiz görmə dərəcəsini əldə edə bilmək çox önəmlidir. 

Rekfarkitv erroru minimuma endirmək

Çünki normal standart xəstələrdə, daha öncə əməliyyat olunmamış buynuz qişalara sahib xəstələrdə əməliyyatdan sonra əksər hallarda 0.25, 0.50 xəta ilə istədiyimiz dərəcəni əldə edə bilirik. Amma daha öncələr refraktiv əməliyyat keçirmiş xəstələrdə buynuz qişanın modeli, forması dəyişdiyinə görə alətlər, hansı ki, biometrik cihazlar biz istifadə edirik, bu alətlərin istifadə etdiyi məlumatlar təhrif olunmuş məlumatlar olur deyə bizə verdiyi rəqəmlər bəzən çox da güvənli olmur. Düzdür, günümüzdə çox fərqli formullar var bu sıxıntıları, bu refraktiv “error”ları minimuma endirməkdən ötrü, amma hələ də mən 25 ilə yaxındır əməliyyat işi ilə məşğulam, hələ də refraktiv bir xəstə olanda yenə də mən gərginlik keçirirəm, həyəcan keçirirəm və əməliyyatdan sonra nə ilə qarşılaşacağımı təəccüb hissi ilə gözləyirəm. Yəni mənim üçün də çox həyəcanlı və maraqlı olur. 

Baxmayaraq ki, günümüzdə mövcud olan bütün düsturları istifadə etməyimizə baxmayaraq hələ də bu mövzu tam həll olunmayıb. Yəni bəzən sürprizlərlə qarşılaşa bilirik və bu mövzuda bizi narahat edən mövzuları əməliyyatdan öncə pasiyentlərlə müzakirə edirik və pasiyentlərə lazım olan bütün məlumatlar verilir və hətta xəbərdarlıq edilir. 

Çünki bəzi hallarda ikinci bir əməliyyat, yəni refraktiv error ilə qarşılaşarıqsa, ikinci bir əməliyyata xəstə əvvəlcədən məlumatlandırılır. 

Fakik İOL implantasiya olunmuş xəstələrdə katarakta əməliyyatı

İşin ikinci hissəsi, Fakik IOL – yəni göz içi linza implantasiya olan xəstələrdə katarakt əməliyyatı necə olur? 

Çünki o əməliyyatı icra edən vaxtlarda, tutaq, xəstənin 20 yaşı var, 22 yaşı var, xəstənin gözü -18-dir, heç bir eksimer lazerlə bu dərəcəni götürə bilmirik. Belə olan hallarda əməliyyat vasitəsilə gözün içərisinə süni linza qoyulur, IOL qoyulur. 

Xəstələr soruşur: “Doktor, bu əməliyyat ömürlükdürmü?” Xeyr, bu əməliyyat ömürlük deyil. Bu linzalar yaşla əlaqədar nə vaxtsa da mirvari suyu, yəni katarakta əmələ gələndə artıq o linzalar funksiyasını itirmiş olur və əməliyyat vaxtı biz əvvəllər refraktiv məqsədlə qoyulmuş həmin o linzaları çıxardırıq, ondan sonra standart əməliyyatımızı icra edirik. 

Əməliyyatdan sonra gözün içərisinə qoyacağımız linzalarda əməliyyat öncəsi refraktiv dəyərləri nəzərə alıb implantasiya edirik. Bir az uzun oldu cümlə. Bu nə deməkdir? 

Yəni xəstənin əməliyyatdan öncəki dərəcəsi nə idisə, istər müsbət, istər mənfi: -18 olsun, -19 olsun və ya müsbət 8 olsun, onu nəzərə alıb gözün içərisində yeni İOL – linza implantasiya edirik ki, əməliyyatdan sonra əvvəllər xəstə necə görürdüsə, o şəkildə görmüş olsun. Yəni uzaq görmələrində problem yaşanmasın. 

Bunun əsas mahiyyəti həmin refraktiv məqsədlə implantasiya olunmuş linzalar katarakt əmələ gələndə çıxardılır və yerinə təzə linza implantasiya olunur və bununla da yenə də əvvəlki görmələrinə qovuşmuş olurlar pasiyentlər. 

Deməli, bu Fakik İOL-ların mahiyyəti xəstənin öz bülluruna toxunmadan əməliyyatla büllurun önünə yeni linza yerləşdirmiş oluruq, refraktik məqsədlə, zəifliyi götürməkdən ötrü. 

Yaşla əlaqədar özümüzün təbii büllurumuz bulanmağa başladı. Bu büllura biz keçib həmin büllurun üzərində daha öncə qoyduğumuz linza bizə maneçilik törədir, ona görə məcbur həmin linzanı çıxartmalıyıq. 

Ondan sonra normal digər xəstələrdə katarakt əməliyyatı necə icra ediriksə, o şəkildə əməliyyatımızı icra edirik. Həmin əməliyyatdan sonra normal qaydada, onsuz da, biz oraya linza qoymalıyıq. Sadəcə qoyacağımız linzanın nömrəsini elə təyin edirik ki, artıq o fakik linzaya ehtiyac qalmasın. 

Yəni xəstənin əməliyyatdan sonrakı görməsi yenə də xəstəni qane edəcək vəziyyətdə olsun.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir