Yenə də katarakta və yanaşı gedən problemlər. Hər halda bu axırıncı mövzu olacaq bu seriyadan: “Radial keratotomiya olunmuş xəstələrdə katarakt əməliyyatı”.
Radial keratotomiya nədir?
Daha əvvəllər 1998-1999-cu ilə qədər bir populyar bir əməliyyat növü var idi. Yəni eksimer, əslində, 1994-cü ildən artıq dünyada sürətli şəkildə yayılmağa başladı, amma 1998-ci ilə qədər radial keratotomiya dediyimiz bir əməliyyat metodu refraktiv məqsədlə icra olunub.
O əməliyyatın mahiyyəti buynuz qişada kəsiklər aparmaqla buynuz qişanın profilini, formasını dəyişdirirdilər və bunun nəticəsində dəyişikliyə uyğun olaraq refraktiv qüsurları aradan qaldırırdılar.
Xəstənin gözündə -4 var idi. -4 olunca ona uyğun alqoritmlərlə hesablanmış xüsusi kəsiklər aparılırdı. Bunlar əksər hallarda RK dediyimiz radial keratotomiya.
O dövrlər, ilk dövrlərdə, həqiqətən də, mükəmməl nəticələr verirdi. Amma radial keratotomiyanın buynuz qişanın biomexanikasını pozduğuna görə, yəni rezistentliyini, dözümlüyünü pozduğuna görə buynuz qişanın stromal quruluşu stabil qalmadı.
Yəni əməliyyat oldu, xəstə əməliyyatdan sonra 1 il, 2 il, 3 il yaxşı gördü, amma sonra görməsi təkrar pisləşməyə başladı.
Hətta elə hallara gəldi ki, əvvəlkindən daha pis vəziyyətə də gəldi. Bu ona görə 1999-cu ildən artıq radial keratotomiya icra olunmur. Çünki ondan sonra bəzi xəstələr gördüm 2015-2016-da hələ də radial keratotomiya olan xəstələri gördüm və çox narahat oldum, açığı.
Yəni radial keratotomiya refraktiv məqsədlə eksimer lazeri heç bir zaman əvəz edə bilməz və eksimer lazer olan hallarda, yəni əgər xəstənin parametrləri ekzimer lazerə uyğundursa, qətiyyən radial keratotomiya əməliyyatı ola bilməz! İcra olunmamalıdır! Bitdi!
Radial keratotomiya olunmuş xəstələrdə katarakta əməliyyatı necə aparılmalıdır?
Katarakta mövzusuna geri qayıdaq.
Radial keratotomiya olunmuş xəstələrdə katarakta mövzusu yenə də buynuz qişanın profili dəyişdiyinə görə, buynuz qişanın keratometrik ölçüləri, əldə etdiyimiz ölçülər təhrif olunmuş olur və bizi aldada bilir.
Radial keratotomiya əməliyyatı implantasiya edəcəyimiz İOL ölçülərini düzgün hesablamaqda problem çıxardır. Bunlarda Lasik və ya No Touch PRK metodlarına nisbətən yanılma payı daha çoxdur.
Əgər normal eksimer lazer olmuş xəstələrdə yanılma payı 50 faizdirsə, yəni iki xəstədən birində olursa, burada, bəlkə də, 10 xəstədən 8-də, 7-də olur, İşin birinci hissəsi.
İşin ikinci hissəsi əməliyyat etdik, ölçülərimizi hesabladıq əməliyyatın səhəri günü 50 dioptriya dəyərində bir refraktiv errorumuz var. Arzuladığımız bir rəqəmdir. Amma bu rəqəmlər stabil olaraq qalmır.
Başda dediyimiz kimi buynuz qişanın rezistentliyi pozulduğuna görə zamanla aylar və ya illər içərisində xəstənin görməsi yenə də dəyişir və yeni refraktiv qüsurlar ortaya çıxmağa başlayır.
Yəni radial keratotomiya olunmuş xəstələrdə katarakt əməliyyatından sonra sıxıntılar yaşanır və əldə olunmuş nəticələr heç bir zaman stabil olmur. Bunu həm həkimlərin, həm də xəstələrin nəzərə almağını istəyirəm və çox istərdim ki, bunu nəzərə alıb işlərini görsünlər, sonra sürprizlərlə qarşılaşanda məyus olmasınlar.