Katarakta əməliyyatı qərarı: Gənc və yaşlılar arasında fərq [Katarakta: 29]

Yenə maraqlı bir mövzu gəldi: “Yaşlılarda və gənclərdə katarakta xəstələrində əməliyyat qərarı vermədə fərq varmı?” 

“Sanki gənclər daha çətin əməliyyatı qəbul edirlər” – deyə düşür insanlar. Amma mən praktikada başqa mənzərə görürəm.

Praktikada gördüyüm yaşlılarla cavanlar arasında fərqlilik var. Deməli, tam tərsinə, yaşlılar bir az naz edirlər. Yəni əməliyyat olmaq istəmirlər. 

Fərqli-fərqli səbəblərdən… 

İstər-istəməz əməliyyatın bir maddi yükü var, uşaqlarına yük olmamaqdan ötrü və ya bir az üzr istəyirəm bu cümləmə görə,

“Onsuz da, yaşlıyam, ömrümə az qalıb. Bu görməklə yola verə bilərəm. Nə eləyirəm ki, əməliyyat olub?” 

və ya 

“Əməliyyat olaram daha da pis olar. Bu yaşdan sonra mənim bir də bununla məşğul olmağıma ehtiyac yoxdur.” 

şəklində. 

Amma gənclər tam tərsinə. Gənclərdə amma fərqli nüans, yəni psixoloji fərqli nüans nədir? 

Normalda gənc yaşlarda katarakta standart hal deyil. Yəni çox rastlaşdığımız bir patologiya deyil. Erkən yaşlarda, gənc yaşlarda əgər katarakta varsa, istənilən halda bir tərəddüddə qalır. 

Yəni bu mövzunu bir az daha dərinləməsinə araşdırmaq ehtiyacı duyuruq. Bizim bu nigarançılığımız və narahatçılığımız istər-istəməz xəstəyə sirahət edir. Mənim həkim kimi narahat olduğumu xəstə hiss edir. Bu narahatçılığımdan istənilən halda o da narahat olur və mövzunu dəqiqləşdirməkdən ötrü bir neçə fərqli həkim fikri alma ehtiyacı duyur. 

Mən bunu tamamən normal qarşılayıram. Yəni onların əməliyyatı gecikdirməkdəki səbəbləri onların tərəddüdlü olmağı deyil, mövzunu daha da dəqiqləşdirib doğru qərar vermək üçündür. Və bu hadisəni də mən tamamən normal və doğru bir addım kimi qarşılayıram. 

O ki, artıq xəstə beynində problemini həll elədi, 

“Mən katarakta xəstəsiyəm, mən əməliyyat olmalıyam.” 

Hə, belə olan hallarda tərəddüd etmirlər, asanlıqla əməliyyat olurlar və bilirlər ki, nə qədər tez əməliyyat olsalar, o qədər daha tez keyfiyyətli bir görmə əldə etmiş olacaqlar. 

Əksəriyyəti iş adamı olur. İşləri, gücləri var. Qısa müddətdə işlərinə geri dönüb, iş fəaliyyətlərini davam etdirmək istəyirlər. 

Yəni gənclər problemi dəqiqləşdirdikdən sonra qısa müddətdə əməliyyat olurlar və orqanizm gənc olduğuna görə əksər hallarda reabilitasiya periodu çox qısa çəkir. Hətta xəstələrimizin əksəriyyəti əməliyyatın səhəri günü işlərinə dönə bilirlər. Əksəriyyəti… 

Baxmayaraq biz “2 gün, 3 gün istirahət eləyin” desək belə, onlar, aktiv işləyən insanlar əməliyyatın səhəri günü işlərinə dönə bilirlər, işlərini davam etdirə bilirlər.

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir