İndiyə qədər danışdıqlarımız katarakta əməliyyatına qədərki hissələr idi. Artıq əməliyyat hazırlığı olub, əməliyyatı planlaşdırmışıq, əməliyyat günümüz təyin olunub. Sabah əməliyyat olacağıq. Artıq bu bizim klinikada necə edirik? Mən onun haqqında istəyirəm məlumat verim.
Bizdə “mirvari günümüz” əksər hallarda həftənin ikinci günləri olur.
Həftənin birinci günü pasiyentlər gəlir, bütün müayinələri olunur. Pasiyent getdikdən sonra iş bitdi, bütün xəstə məlumatları toplanır, təkrar bir müzakirə olunur, analiz olunur. Əgər nəzərdən qaçan bir mövzu varsa, onun üstünə düşülür və o davam olunur sabahsı günü. Yox əgər hər şey qaydasındadırsa, bütün hər şey normaldırsa, əməliyyat gününün planı yazılır.
Əməliyyat planı
Əməliyyat planı yazılanda nələrə daha çox diqqət edirik? Əgər azyaşlı uşaqlar varsa, azyaşlı uşaqları önə alırıq narkozla olanda, ondan sonra şəkər xəstələri varsa, onları önə alırıq. Ondan sonra bir də əsas gözün birbaşa bulbus daxili, gözdaxili əməliyyatları önə alırıq, ön sıralara, daha sonra tutaq ki, çəplik əməliyyatıdır və yaxud da ki, qapaq əməliyyatları, onlar daha sonrakı vaxtlara yazılır.
Əməliyyatdan bir gün öncə, tutaq, həftənin birinci günü axşam saat 6 radəsində, 5-6 radəsində biz xəstələrimizə zəng edirik. Sabahkı əməliyyat sıralanmasına görə onların gəlmə saatlarını deyirik.
Əməliyyata necə gəlmək lazımdır?
Xəstə, onsuz da bilir, narkozla olacaq, yoxsa sedasiya ilə olacaq? İstənilən halda mümkün qədər əməliyyata gələndə yemək yeməmələrini tövsiyə edirik. Amma hər hansı bir daha öncədən istifadə etdikləri dərmanları varsa, o dərmanları, təzyiq dərmanıdır və ya hər hansı bir başqa dərmanlar onları istifadə etmələrini, göz damcıları varsa, göz damcılarını damızdırmalarını tapşırırıq.
Bundan əlavə, əməliyyata gələndə bir gün öncədən mütləq duş almalarını tövsiyə edirik. Çünki yay vaxtları bəzən 1 gün, 2 gün əməliyyatdan sonra çimməyə və ya əl üz yumağa qadağa ola bilir bəzən. Elə olan hallarda xəstə problem yaşamasın.
Ondan sonra əməliyyata gələndə yaxası açıq geyim tövsiyə edirik və ya yaxası açıla bilən geyim tövsiyə edirik və xanımlar üçün də mümkün qədər kosmetik vasitələrdən istifadə etməmələrini tövsiyə edirik.
Əgər narkoz olmayacaqsa, xəstələr üst paltarlarını dəyişirlər, amma alt paltarları dəyişilmir, onun üstündən əməliyyat önlüyü geyinirlər. Ona görə mümkün qədər alt paltarların da yaxası açıla bilən bir şey olmağı tövsiyə edirik. Çünki o yaxalı paltarlar əməliyyatın gedişatında bəzən istər-istəməz xəstəni narahat edə bilir, sıxa bilir, rahat nəfəs ala bilmirlər. Tam rahat nəfəs almaları üçün özlərini rahat, komfortlu hiss edə bilmələri üçün yaxası açıla bilən bir geyim olsa, daha yaxşı olar, tövsiyə edirik.
Narkoz olacaqsa mədə boş olmalıdır
Əgər narkoz olacaq, ümumi anesteziya olacaq xəstədirsə, axşam saat 11-dən yemək yeməyini tövsiyə edirik. Yox, əgər günün günortadan sonraya qalacaq, bir pasiyentdirsə ən az 6 saat tam aclıq, ən az 6 saat tam aclıq… Bəli.
Qidalanmada ən çox problem nə olur? Narkoz vaxtı bütün əzələlər boşaldığına görə mədə əzələləri də boşalır. Narkozlu bir xəstə əgər mədəsi doludursa, arxası üstə uzananda, xəstə yatırılıb, narkoz verilib, mədə içindəki möhtəviyyət gəlir, qalxır, buradan , qırtlaqda nəfəs borusunun içinə keçir və tutur… Nəfəs borusunun ağzını tutur. Ona görə boğulma əmələ gəlir.