Katarakta əməliyyatı Əməliyyat günü

Katarakta əməliyyatı: Əməliyyat günü [Katarakta: 35]

Gəldik çıxdıq əməliyyat gününə. Artıq bir gün öncədən xəstəyə məlumat verdik, saatını dedik, o deyilən saatda xəstə gəldi. Misal üçün, “Səhər 8-də klinikada olun” deyildi. Səhər 8-də istifadə etdikləri dərmanları istifadə etmiş şəkildə xəstəxanaya gəlirlər. 

Xəstəxanaya gələndə tövsiyə etdiyimiz, yenə də bir gün əvvəlcədən duş almaları, ondan sonra yüngül üst geyimdə gəlmələri, kosmetik vasitələrdən istifadə etməmələrini tövsiyə edirik.

Yanlarında bir nəfərlə gəlmələrini tövsiyə edirik. 

Gələrkən özləri ilə əlavə hər hansı bir qida vasitəsi gətirmələrinə ehtiyac yoxdur. 

Xəstəxanaya gəldilər

Xəstəxanaya daxil oldular, sənədləşmə hazırlandı və pasiyentin əməliyyat olacaq gözü əməliyyata hazırlanır. 

Əməliyyata hazırlıq yenə də, əməliyyat günü də biz xəstənin həmin gününə aid görmə itiliyinə baxırıq, gözdaxili təzyiqinə baxırıq, qan təzyiqi ölçülür, ondan sonra dərman vasitəsilə göz bəbəyi böyüdülür. 

Biz əksəriyyətində sedasiya edirik. Sedasiya istəməyən xəstədirsə, bir dənə həyəcan götürən bir tabletka veririk. Yox, əgər sedasiya olacaq bir xəstədirsə, ona ehtiyac yoxdur, əməliyyat otağında, onsuz da, nəzərə alınacaq, idarə olunacaq. 

Orta hesabla yarım saat – 45 dəqiqə bəbək böyüdülməsi ilə məşğul olunur və yarım saat – 45 dəqiqə sonra artıq bəbək ideal bir ölçüdə genişlənmiş olur. Ondan sonra xəstə əməliyyat otağına qaldırılır. 

Əməliyyat otağında

Üst geyimləri dəyişdirilir, əməliyyat önlüyü geyindirilir, xəstənin damar yolu açılır. Əməliyyata girəndə yenə qan təzyiqi ölçülür və əməliyyat otağına daxil olur. 

Əməliyyat otağında bizim istifadə etdiyimiz əməliyyat masaları Rini masalarıdır. Dünyanın ən rahat, komfortlu masalarından biridir. O masalar çox erqonomik olaraq düzəldilib, xəstə o masada uzanınca gərginlik hiss eləməsin, tamamilə “relax”… Yəni təsəvvür edin, o masada uzanınca bütün əzələlər boşalır, yəni xəstənin hər hansı bir nöqtəsindən balaca bir təzyiq eləyirsən, məsələn, çiynindən vurursan, ayaq barmaqlarının titrədiyini görürsən, tərpəndiyini görürsən, o qədər rahat olur. 

Əməliyyat masasına uzanır, təzyiqi ölçmək üçün manjet taxılır əllərinə. Barmaqlarına pulsoksimetr taxılır, bu şəkildə xəstə monitorizasiya olunur. 

Ondan sonra əməliyyat sahəsi steril məhlullarla işlənir, drep yapışdırılır, əməliyyat başlayır. 

Əməliyyat qeyd etdiyimiz kimi problemin varlığına görə 6 dəqiqə, 8 dəqiqə, 10 dəqiqə, yarım saat… Nə qədər isə çəkir.

Əməliyyatdan sonra xəstənin əməliyyat olmuş gözünə sarğı, “eye pad” yapışdırılır və xəstə əməliyyat otağından göndərilir. 

Təxminən bir 10-15 dəqiqə yenə əməliyyatxanada istirahət edir, ondan sonra yaxınlarının yanına buraxılır və orada xəstəyə tapşırıqlar verilir. Yəni həmin gün üçün eləməli olduğu tapşırıqlar verilir və xəstə yola salınır. 

Əməliyyatdan sonra nələr eləmək lazımdır onları başqa bir yazıda məlumat verərəm. 

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir