Katarakta əməliyyatından sonra xəstəyə qulluq

Katarakta əməliyyatından sonra xəstəyə qulluq [Katarakta: 36]

Əvvəlki yazılarımızda əməliyyatımızı bitirdik, əməliyyatdan sonra xəstəyə qulluq haqqında.

Əməliyyat olunan göz qapandı, xəstə bir az istirahət elədi və xəstəni göndəririk yaxınların yanına. Bizdə əməliyyatxanamız dördüncü mərtəbədədir, müayinə otaqlarımız ikinci mərtəbədədir. Xəstə yaxınları ikinci mərtəbədə gözləyir. 

Aşağıda xəstə yaxınlarının yanına endikdən sonra orada xəstə və xəstənin yaxınlarına tapşırıqlar verilir. Əməliyyat olan bütün xəstələrin hamısını əməliyyatxanadan düşdükləri vaxt bizim əməliyyatlar ambulator olduqlarına görə onlardan mütləq epikrizləri hazır olur. 

Niyə bunu xatırladıram? 

Bəzən: 

– Doktor, bir il bundan əvvəl mən əməliyyat olmuşdum. Mən indi əməliyyat olduğuma aid sənəd istəyirəm. 

– Əməliyyat olduğunuza aid sənəd verilmişdi! 

Yəni xəstə əməliyyat otağından endiyi zaman, artıq xəstələrə dərmanları başa saldığım zaman artıq epikrizlər olaraq təqdim olunur. Ola bilər, bəlkə də, bir həyəcanlı olurlar, gərgin olurlar, unutmuş ola bilərlər. Amma onlara verilən kağızların, dərmanların, sənədlərin içərisində onların epikrizləri də olur. Epikrizdə əməliyyatın gedişatı, istifadə olunan materiallar, linzanlar onlarla əlaqədar məlumat yazılmış olur ki, o rəsmi sənəd, onların əməliyyatının gedişatına aid rəsmi sənəddir… 

Bu, nömrəli olur, bir nüsxə olur. Yəni onun ikincisi olmur. İtirdik, gedək təzəsini götürək. Elə söhbət yoxdur. Ona görə diqqətli olmaqlarını istəyirik. 

Epikriz təqdim olunur, dərmanlar başa salınır. 

Bizim işlətdiyimiz əsas iki dərmanımız var. 

Antibiotik və kartizon damcılar

Əməliyyatdan sonra bir antibiotik tərkibli dərmanlar yazırıq. Çünki nə qədər steril əməliyyat etməyə çalışmış olsaq belə, o, xəstə normal ev mühitində müalicəsini davam etdirəcək. O ev mühitində də əməliyyat sahəsi tam bağlanana qədər infeksiya düşməməkdən ötrü, əlavə bir problemlə məşğul olmamaqdan ötrü biz xəstələrə mütləq antibiotik veririk. İlk gün, yəni əməliyyat günü antibiotiki bir saatdan bir damızdırırıq. 

Bir də yüngül kortizon damcı veririk. Kortizon damcısı da ilk gün bir saatdan bir damızdırılır. Bir və ya iki saatdan bir… 

Damcılar ancaq oyaq vaxtı damızdırılır. Yatdıqları zaman dərman tökməyə ehtiyac olmur. Səhər qalxdıqdan sonra təkrar həkim müayinəsinə gələnə qədər yenə bir damcıdan bir və ya iki saatdan bir davam edirlər damızdırmağa. 

Sidikqovucu həb

Bir də əməliyyat günü xəstəxananı tərk etmədən yenə bir tabletka veririk. Sidikqovucu tabletka ki, əməliyyat vaxtı bəzi maddələr işlədirik gözün toxumalarına zərər verməməkdən ötrü həmin o maddələr bəzən gözdaxili təzyiq qaldıra bilər deyə, ilk gün sidikqovucu tabletka veririk. 

Deməli, sidikqovucunun mahiyyəti xəstələrə məlumat veririk, yenə də, amma buradan da demiş olum, o tabletkanı içəndən sonra 2-3 saat müddətində tez-tez tualetə getmək ehtiyacı olur. Ona görə o tabletkanı evdə olanda içməklərini tövsiyə edirik ki, tualet ehtiyaclarında sıxıntı yaranmasın. Bir də o tabletkanın yeməklə əlaqəsi yoxdur. Yeməkdən əvvəl sonra fərq etməz, nə vaxt olsa, istifadə edə bilərlər. 

Damcıları necə istifadə etməlidirlər? 

Damcıları tutaq, əgər ikisini də eyni vaxtda tökürlərsə, reseptdə yazılan ardıcıllıqla əvvəlcə birinci dərmanı, yəni antibiotiki, təxminən 5 dəqiqə sonra ikinci dərmanı, kortizonu tökməyə davam edirlər. Bu şəkildə. 

Əməliyyatdan sonra gözün sarğısı

Əməliyyat otağından xəstənin gözü bağlı şəkildə çıxmış olur. Orta hesabla 2 saata qədər gözün bağlı qalmağını tövsiyə edirik. Bu 2 saata qədər xəstə artıq evinə gedib çatmış olur. Evlərinə çatdıqdan sonra, yəni 2 saat keçibsə, artıq sarğılarını açırlar. 

Sarğını açınca nə ilə qarşılaşacaqlar? 

Katarakta əməliyyatdan sonra görmə

Əksər hallarda görmələrinin daha yaxşı olduğunun fərqinə varırlar. 

– Ooo… deyəsən qəşəngləşib, yaxşılaşıb. 

Amma həmin o andakı görüntü bizim üçün kriteri deyil. Bəzən elə ola bilir ki, ödem çox olar, açınca görməsində çox da fərqi hiss etməyə bilərlər. 

Bunu niyə vurğulayıram? Xəstələr panikləməməlidirlər ki, 

– Ay!.. Öz gözümdən heç o qədər də fərq eləmədi!

və ya

– Daha da pis gördüm!

Yəni daha çox şey dəyişəcək. Ona görə narahat olmasınlar. Çox nadir halda bəzən gözlərini açdıqları zaman içəridə “bubble”lar – qaz qabarcıqları qalmış olur. Gözlərinin önündə qabarcıqlar hərəkət edir, ondan narahat olurlar. 

Katarakta əməliyyatridan sonra gözdə narahatlıqlar

Bir də daha çox narahatçılığımız, nə də olmasa nə qədər az invaziv olmuş olsa belə, bir əməliyyatdır. Bəzən gözlərində qamaşma, qızartı, sulanma, batma şikayətləri, işıqdan qorxma şikayətləri olur. Bu şikayətlərin tez keçməsi üçün iki saat – saat yarım bir yuxu yatmış olsalar, əməliyyatan sonra o şikayətlər çox qısa müddətdə keçir. Ən pis ehtimal axşam yatırlar səhər yuxudan qalxanda artıq o şikayətləri keçmiş olur. 

Əməliyyatdan sonra ağrı ola bilərmi? Bayaq qeyd etdiyim kimi, qamaşma ola bilər, batma ola bilər, sulanma ola bilər, amma dözülməz ağrı əksər hallarda olmur. “Viskoelastik maddələr qalar, gözdaxili təzyiq qalxar,” Diakarbı buna görə veririk ki, ağrı olmasın.

Və əgər həqiqi mənada narahatlıqları varsa, istənilən ağrıkəsici tabletka içə bilərlər evlərində olan və ya daha öncələr narahat olanda hər hansı bir yerləri ağrıyanda hansı dərman istifadə edirdilərsə, ağrıkəsici, onu təkrar istifadə edə bilərlər. 

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir