Katarakta əməliyyatından sonra ağrı olurmu

Katarakta əməliyyatından sonra ağrı olurmu? [Katarakta: 37]

Əməliyyatdan sonra ağrı olurmu? 

Əməliyyat sonrası əksər hallarda ağrı olmur. 

Təxminən 50 faiz halda əməliyyatdan sonra yüngül göynəmə, qamaşma, batma, sulanma ola bilir. Çox nadir halda ağrı ola bilir. Qamaşma, sulanma işığa baxanda qıcıqlanma – bunlar hamısı, əməliyyat zamanı buynuz qişada biz kiçik kəsiklər edirik, o kəsklərin hesabınadır. 

Əksər hallarda əməliyyatdan sonrakı saat yarım – 2 saat yatsalar, yəni qapaq hərəkət etməsə, həmin o kəsik yerlərimizin ağzı eptilizasiya olmuş olur, yuxudan oyandıqları zaman şikayətlərin elə o 2 saatdan sonra şikayətlərinin 70-80 faizi keçmiş olur. Yatmasalar belə ən azı artıq gecə yuxusundan sonra səhər qalxanda artıq şikayətləri keçmiş olur. 

Bəs ağrı nəyə bağlıdır? Katarakt əməliyyatından sonra əksər hallarda ağrı kəsici içdirəcək qədər ağrı olmaz. 100 xəstədən 99-da. Birində ağrı ola bilər. Ağrının da mahiyyəti əməliyyat vaxtı gözünün daxilindəki toxumaları, hüceyrələri qorumaqdan ötrü istifadə etdiyimiz viskoelastik materiallar bəzən əməliyyatdan sonrakı ilk 24 saat içərisində gözdaxili təzyiqi qaldıra bilir. Gözdaxili təzyiqin qalxmasına uyğun olaraq bəzən ağrı verə bilir. 

Əməliyyat vaxtı əməliyyatın gedişatında biz mümkün qədər, əlimizdən gələn qədər viskoelastik materialları təmizləyib çölə çıxartmağa çalışırıq, amma çox kənarlarda, bağların arasında mikro səviyyədə bir şeylər qalmış ola bilər. Onlar da xəstəyə diskomfort verməsin deyə əməliyyatdan sonra sidikqovucular veririk, gözdaxili təzyiq qalxmasın.

Hə elə xəstələr olur ki, əməliyyatın gedişatına baxırsan bu göz problemli gözdür, trabekulyar şəbəkə dardır və bunda ağrı olma riski daha çoxdur. Bu zaman diuretikləri, yəni sidik qovucunun dozasını bir tabletka yox, iki tabletka verə bilirik xəstələrə. 

Bəzi xəstələrdə isə əksər hallarda ağrının səbəbi psixogen mənşəli olur. Yəni bir az panik atak olan, həyəcan, emosional gərgin insanlar sanki əməliyyat olandan sonra əməliyyat qalır bir qırağa, bunlar özləri o duyğuları, hissləri başlayır ortaya çıxmağa. 

Bir balaca batma hissini çox qabardırlar. Elə olan hallarda da: 

– Doktor, çox ağrıyıram. Mən nə edim?

Olunacaq şey, istənilən bir ağrıkəsici istifadə etmək. Bizim xüsusi tövsiyə etdiyimiz bir şey yoxdur. Tövsiyəmiz nə olar? Daha əvvəllər hər hansı bir yeriniz ağrayanda ağrıkəsici olaraq nə istifadə edirdinizsə, onu təkrar istifadə edə bilərsiniz. Yəni ağrıkəsici istifadə etməyin əməliyyatı, əməliyyatdan sonrakı nəticəyə heç bir təsiri, dəxli yoxdur. 

Tövsiyəmiz nə olur? Əgər bizim özümüz ağrısı olacağını öncədən bildiyimiz xəstələrə biz özümüz klinikada ağrıkəsici dərman vermiş oluruq. 

Yəni ağrı ilə bağlı əksər hallarda çox ciddi problemimiz olmur. 

Bilmirəm, başıma gəlməyib… Ağlıma bir anda belə bir şey gəldi ki, çox anormal bir ağrı olarsa əgər?! Ağrıkəsici də istifadə elədilər keçmədi… Hə, belə olan hallarda həkimlə əlaqə saxlamaqlarını tövsiyə edirik. 

Əgər həkimə heç cürə çata bilmirlərsə, o zaman təcili yardım xidməti var, təcili yardım xidmətini çağıra bilərlər. Onlar da hər hansı ağrıkəsici iynələr, daha güclü ağrıkəsici iynələr vurub elə xəstənin problemi həll ola bilər. 

Dərc edən

Sualınızı burada yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir