Əməliyyat olandan sonra xəstələr o yeni hala, o linzadakı görməyə necə adaptasiya olurlar? Fərqi necə hiss edirlər? Əvvəlki görmələri ilə, yəni öz təbii büllurlarındakı görmə ilə süni büllurun görüntüsü arasında fərq necə olur?
Mövzu nədir?
Birincisi, öz büllurun nə qədər işləyirdi!?
Yəni biz əməliyyatı niyə edirik? Büllurları işləmədiyinə görə. Büllurun ana funksiyası akkomodasiya etmək, yəni bütün dərinlik qazandırmaq, fərqli məsafələrdə aydın görməni təmin etmək.
40 yaşdan sonra bu funksiya azalır, 52-53 yaşdan sonra demək olar ki, bu funksiya olmur. Yəni akkomodasiya etmir.
İkinci, o şəffaf bir mühit olmalıdır, artıq şəffaflıq itmiş olur. Yəni artıq biz əməlliyyat edəndə, büllur öz funksiyalarını yerinə yetirməmiş olur. Yəni xəstələr artıq görmənin həm kəmiyyət, həm də keyfiyyətində problemləri olur. Onlar artıq uzağımı yaxşı görürük, ortanımı yaxşı görürük, yaxınımı yaxşı görürük… Yəni orada artıq keyfiyyətdən söhbət gedə bilməz və heç mövzunu da tuta bilmirlər. Problemin olduğunu bilirlər, amma haranı yaxşı görürlər, haranı pis görürlər.
Tutaq, xəstə gəlir soruşursan:
– Necə görürsən?
– Pis! Pis!
– Haranı daha yaxşı?
– Nə bilim, ay doktor? Elə hamısı eyni cürdür, hamısı eyni… Fərqi yoxdur.
Əməliyyat olandan sonra normal standart monofokallarda uzağı çox yaxşı görürlər, yaxından əziyyət çəkirlər, yaxını rahat görmürlər. Amma uzaqdakı aydınlıq bütün şeyləri unutdurur. Yəni öz büllurları son zamanlar görmə keyfiyyətini azaltdığına görə onlar keyfiyyətli görməni unutmuş olurlar. Və təkrar əməliyyatdan sonra aydın görüntü olunca, əlbəttə ki, çox məmnun qalırlar və onlar üçün, məncə, çox xoş olur. Çünki heç kimsə etirazını bildirmir.
Hə, yaxın mövzusundakı pisləşmə də, yenə də onlara yad bir şey deyil. Çünki 40 yaşdan sonra artıq bütün insanlarda presbiopiya əmələ gəlir və yaxın görməsi pisləşir.
Yəni yaxında rahat görə bilməmə də onlara yad bir şey deyil. Xatırlayırlar:
– Hə, 50 yaşında da belə idi, onsuz da, uzağı yaxşı görürdüm, amma yaxını o vaxtda eynək taxırdım.
– İndi yenə də eynək taxacaqsınız
Yəni, əməliyyatdan öncə xəbərdarlıq edirik xəstələrə.
Yəni onlar üçün görüntünün keyfiyyəti artır. Amma adaptasiya mövzusunda ciddi bir problem olmur.
Nələr yaşanır?
Mənim demək istədiklərim, həkim kimi demək istədiklərim bir mövzu var pasiyentlərə.
Əməliyyatdan sonra narahat olmamaqları üçün. Yəni bəri başdan biləndə onlara rahat olur. Əməliyyatdan sonra onları narahat edəcək mövzular:
Katarakta əməliyyatından sonra yüngül batmalar
Yüngül batmalar. “Elə bil ki, doktor, gözümə kirpik düşüb”. Kəsiyimizin yeridir. Maksimum 2 həftəyə keçib gedir. O batmalar da getdikcə azalır. 2 günə, 3 günə, hətta xəstəni artıq narahat etməz olur.
Katarakta əməliyyatından sonra 2 göz arasında rəng və kontrast fərqi
“Doktor, əməliyyat olan gözümlə, əməliyyat olmayan gözümün kontrast fərqi var. Hətta bəzən rəng fərqi var. Bu bir az bənövşəyi rəngdə göstərir və ya qırmızımtıl kimi göstərir”. Rəng fərqi olur. O rəng fərqi də orta hesabla 2 həftəyə keçib gedir.
Katarakta əməliyyatından sonra digər gözüm pisləşdi
Şikayətlə gəlirlər.
– Doktor, (misal üçün) Sol gözüm 80 faiz görürdü. Yaxşı idi. Həmişə onunla idarə edirdim. Qəşəng idi. Məni heç narahat eləmirdi. Bu gözüm 20 faiz görürdü. Bunu əməliyyat elədin. Bunu əməliyyat edəndən sonra bu pisləşməyə başladı, ay doktor. Bu niyə pisləşdi?
Müayinə edib təkrar onlara göstərir ki, müəllim, əslində bu pisləşməyib. Əməliyyatdan öncə də 80 faiz idi, yenə də 80 faizdir. Sadəcə, bu artıq 100 faiz görür. Yəni sizin indiyə qədər müqayisə obyektinizin yuxarı sərhəddi 80 faiz idi. Hər şeyi 80 faizə görə müqayisə edirdiniz. Amma hal-hazırda artıq sağ göz əməliyyat olundu və 100 faiz gördü. İndi siz 100 faizin nə olduğunu bilirsiniz. Əlbəttə ki, 100 faizə nəzərən bu zəifdir artıq. Amma bu pisləşməyib, əvvəlki vəziyyətindədir.
Çox nadir hallarda hətta doğrudan da pisləşə bilir. Əməliyyatdan əvvəl 80 faiz idi, xəstə narahat olur, yoxlayırsan, 60 faizə düşür. Bunun izahı nədir?
Akkomodasiya əzələlərində. Yenə bu göz yaxşı görmür. Bu göz özü gücü, görmə gücü 50%-60%-dir, amma o 50%, 60%-lə beyin qane olmur. Bütün göz ətrafındakı əzələlərə əmr gedir. “Kömək eliyin, o gözün nə qədər görməsini qaldıra bilirsinizsə, görməsini qaldırın”. Hə, bu ona görə 80 çıxıb, yoxlamışıq 80 olub. Bu yüzə çıxınca artıq beyin rahatlayır. “Mənə lazım olan məlumat buradan gəlir. Rahat olun”. Ordakı əzələlər gedir öz işlərinə və gözün görməsi, çılpaq görməsi sadəcə öz vəziyyətinə qayıdır. Yəni 50%, real vəziyyətinə qayıdır.
O mövzuya görə əsla narahat olmağa dəyməz. Mirvari suyu, katarakt, onsuz da, iki tərəflidir. Əgər burada oldusa, geci tezi burada da olacaq. Bu da əməliyyat olandan sonra bu da qəşəng görəcək. Ona görə narahat olmağa dəyməz.
Katarakta əməliyyatından sonra kölgəli görmə
Xəstələrdə bəzən kölgəli görmə…
– Doktor, yan tərəfimdə sanki belə bir kölgə var. Elə bilirəm, kimsə durub və həmişə də başımı çevirirəm, görüm orada adam var, yoxsa yoxdur?
Bizim axır vaxtlar istifadə etdiyimiz linzalar hamısı asferik linzalardır. Asferik linzalar, mərkəzdə oberasiyaları – yayınmaları, yansmaları azaltmaqdan ötrüdür. Onların yan tərəfləri düz olduğuna görə, hamar olduğuna görə yan tərəfdə ilk başda belə bir kölgə əmələ gəlir. Zamanla, 2-3 həftəyə, çox nadir halda, 3 aya qədər o hadisə qala bilir. Yəni yanda kölgənli olmağı.
Göz önündə uçuşan qara nöqtələrin çoxalması
Xəstələr gəlir.
– Doktor, gözümün qabağında qara uçan nöqtələr çoxalıb!
Əslində o nöqtələr əvvəllər də var idi. Sadəcə katarakta qabağını tutmuşdu, görmək keyfiyyətimiz çox aşağı düşmüşdü, onların böyük əksəriyyətini hiss eləmirdik. Çünki işıq düşmürdü oraya.
Əməliyyat olduq. Artıq görmək keyfiyyətimiz artdı. Düşən işıq selinin miqdarı artdı və o görünməz ləkələrin böyük hissəsini təkrar görməyə başladıq. Narahat olmayacağıq. Niyə? Çünki əməliyyat heç bir zaman oradakı ləkələrin sayını artırmaz, problemsiz əməliyyat. Zamanla beyin təkrar o uçuşan nöqtələri, qara nöqtələri beyin özü siləcək. Yəni maksimum 6 aya o ləkələri unutmuş olacağıq.
Axtaranda tapırıq, xüsusilə də, işıqlı yerə baxanda onu hiss edəcəyik, tapacağıq. Amma beynimiz, fikrimiz dağınıq olanda, ona fikir verməyəndə o ləkələr bizə heç bir maneçilik törətməyəcək. Əsas xətləri ilə bunlardır.