Oğlum 2 yaş yarımlıqdır. Bir gözü həm balacalaşıb, həm də çəpliyə doğru gedir. Həkimə aparmışam. Nəsə xoşum gəlmir həkimdən. Heç nə yazmadı. Elə dedi ki, “Telefona baxmasın. Amma 6 aydan sonra gətirərsən müayinəyə uşağı.” Mən də qorxuram. Xahis edirəm cavab verərdiniz mənim sualıma.
Bu sual çəpgözlüyün növləri haqqında olan bir paylaşımımıza yazılmış bir kommentdir.
Haradan başlayım bilmirəm. Bir neçə mövzu var.
İki yaş yarımdır uşaq. Ana şikayətimiz gözün çəpləşməsi və balacalaşmağı.
Əslində bu şikayətlər önəmli şikayətlərdir. Yəni bir valideyn belə bir hissə gəlibsə ki, uşağın sanki gözü balacalaşır və çəpləşir, məncə çox da məsum bir şikayət deyil. Yəni bu şikayətin üstünə düşülməlidir.
Mövzular nədir?
Göz niyə balacalaşar?
Ana səbəb, xarici səbəblərdən: göz qapağı problemi olar.
Göz qapağı sallanmasına bağlı göz balaca kimi görsənər. Və ya allergiya olar, gözünü çox ovxalayar, buna bağlı yenə də qapaq sallanması olar, göz balaca kimi görsənər. Travma almış ola bilər, göz yuvasının alt qapağı sınıq ola bilər, piy təbəqəsi aşağı axmış ola bilər, göz çökəyə düşmüş ola bilər…
Ciddi sualdır və cavabı da ciddi olmalır. Yəni araşdırıb gözüm balacalaşmağı şikayəti belə çox önəmli bir mövzudur.
Valideynin birinci o həkimi bəyənmədim hissəsinə bir az təbəssüm elədim, güldüm. Yəni “həkimi bəyənmədim”… Hər halda orada daha çox gedəcək: məni qane etmədi. Böyük ehtimal cümlə belə olsa, daha yaxşı olar. Yəni həkim bu mövzuda valideyni rahatlatmalıdır, qane edəcək cavablar verməlidir ki, Misal üçün belə bir şey. Əgər həkim işdən narahat olmayıbsa, böyük ehtimal mövzu budur.
Valideyin uşağın gözündə çəplik olduğunu düşünürsə?
İkinci mövzu valideyn çəplik görüb, həkim deyib: “Hər şey qaydasındadır”.
İki yaş yarım uşaqlarda çox nadir halda belə şeylər olur. Onlarda latent hipermetrop, yəni cüzi pluslar olur gözlərində. Onlar +1.25, +1.5… Belə olan hallarda çox nadir halda anormal yorğun olan vaxtları çəpləşmə verə bilər. Və bəzən biz bunu ciddiyə almırıq, deyirik ki, Böyük ehtimal məsələ budur. Yəni analiz eləyincə hadisəni həm valideynin şikayətini, valideynə olan tövsiyəsi… Əslində ortada anlaşmazlıq yoxdur, sadəcə izahat bəlkə də tam olmayıb, uşağın valideyni tam qane olmayıb.
Yekunlaşdırım.
Mənim fikirləşdiyim ya konyuktivit olub, göz qapağı bir az sallanıb, ona görə göz balaca görsənir.
İkincisi, çox cüzi hipermetropu var, plusu var. O, plusdan dolayı bəzən uşağın gözündə çəpləşmə olur, əksər hallarda da içəriyə çəplik olur və bunlar ciddi bir şey deyil, həkim də o şəkildə dəyərləndirib hər 6 aydan bir nəzarət olunsun deyib.
Valideyn olsaydım, neyləyərdim?
Əgər bir valideyn olaraq qane olmadımsa, hələ də nigarançılığım davam edirsə, əlbəttə ki, alternativ, ikinci başqa bir həkimə gedərdim. Başqa bir həkimin fikrini, rəyini öyrənərdim, ta içimdəki o nigaranlığım tam ortadan qalxana qədər.
Bəlkə o pasiyent eləmir, amma digər, əksər pasiyentlər o anda bir dənə uşağın məhlədə oynayan bir dənə şəklin göstərir: “Doktor buna aid nə deyə bilərsən?” O qədər bizi yandıran bir sualdır ki… Cavab verirsən, “Vay!”, cavab vermirsən, “Vay!” Yəni uşağın bir dənə şəklini çəkir mənə göndərir. Mən bu şəkil haqqında sənin uşağına bir koment verim, rəy verim: “Uşağın problemi budur-budur…” Mümkün deyil!
Yəni probleminiz varsa, problemin də həlli ancaq müayinə ilə aşkar oluna bilər. Yəni bir şəkil… Uşaq oynayanda bir şəkil çəkib həkimə göndərim: O qədər məsuliyyətsiz bir sual və ona cavab verən həkim də. Yəni o mövzuya bir nəsə cavab verəsi olsa…
Yəni bu sual və cavabın həlli ancaq detallı müayinə nəticəsində ortaya çıxa bilər. Yəni belə şəkillə və yaxud da ki, nə bilim, bir səs atırlar.
Həm doktorun vaxtını almaqdır, həm özünüzü aldatmaqdır. Yəni keyfiyyətli, beyninizdəki suallarınızın cavabını tapmaq istəyirsinizsə, keyfiyyətli bir müayinə nəticəsi istəyirsinizsə, əlbəttə ki, bir müayinə olmalısınız, onun nəticəsinə fikir bildirməlidir.